Gündəm
"Azərbaycan və Almaniya ilə oyunlarda 2 xal pis nəticə sayılar"
Azərbaycan və Almaniya ilə oyunlar bizim üçün böyük önəm kəsb edir. Bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib. Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanla, ayın 4-də isə Almaniya ilə üz-üzə gələcək.
Bakı zooprakındakı heyvanların aqibəti: istilərdən necə qurtuldular?
Yay isti havalarla xarakterizə olunan fəsildir. Temperaturun artmasının insanlara təsiri məlumdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu cür hava şəraiti digər canlılara, o cümlədən heyvanlara da təsir edir.
Hava yağmursuz olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
İlk azərbaycanlı rektorunun barelyefi açıldı
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində universitetin ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında xatirə barelyefinin açılış mərasimi keçirilib. “Olaylar” bildirir ki, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov açılış mərasiminin ali təhsil ocağı üçün tarixi əhəmiyyətindən danışıb.
“Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edilib
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində “Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edib. İctimai Birlikdən “Olaylar”a verilən mlumata görə, kitabçada adıçəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında əksini tapmış məlumat və şəkillərlə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği yönündə ekspert, diaspor və gənclər təşkilatları nümayəndələrinin fikirləri yer alıb. Kitabça müvafiq sahə üzrə ekspertlər, gənclər təşkilatları, diaspor nümayəndələri arasında paylanmaq üçün nəzərdə tutulub. Kitabçanın çap olunması və paylanması ilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinə yekun vurulub.
Almaniya terrora qarşı XƏBƏRDARLIQ ETDİ
Alman Federal Cinayət Dairəsi ölkəyə qərbdə qatar istiqamətində ola biləcək terror hücumlarına qarşı xəbərdarlıq edib. “Olaylar” bildirir ki, Cinayət İdarəsi verdiyi açıqlamada təşkilatların dəmir yollarında daha çox təxribatlar həyata keçirməklə bu cür terror hadisələrin baş verməsinə səbəb qatarların relslərdən çıxması kimi düşünülür.
Qubada üç gün meşədə qaldıqdan sonra tapılan uşaq xəstəxanaya yerləşdirilib
Quba rayonunda meşə massivində avqustun 28-də itkin düşən və bu gün səhər tapılan uşağın səhhəti normaldır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.
Akif Çovdarovun vəkili çıxış üçün məhkəmədən bir ay vaxt istəyib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Rusiyanın ən zəngin ailələri açıqlanıb
"Forbes" jurnalı Rusiyanın ən zəngin ailələrinin reytinq cədvəlini tərtib edib. "Forbes"in reytinqində ilk yeri 9,91 milyard dollar sərvətə malik Qutseriyev ailəsi tutub. "Forbes" artıq dördüncü ildir ki, uğurlu sahibkarlıq fəlaiyyəti ilə məşğul olan ailələrin reytinqini tərtib edir. Qutseriyevlər ailəsi ardıcıl üç ildir siyahıda ilk sıradadır. İş adamı Mixail Qutseriyevin ailəsinə məxsus "Safmar" qrupuna iki yeni tərəfdaş daxil olub. Bu tərəfdaşlar Mixail Qutseriyevin oğlu Səid və bacısı oğlu Bilan Ujaxovdur. Onlar "Safmar" kompaniyasının ayrılıqda 10 faiz aksiyasına sahib olublar. Mixail Qutseriyev "Rusneft"dəki aktivlərini də oz oğlanları ilə bölüşüb.
Azərbaycan Gürcüstanda yanğınların söndürülməsinə yenidən helikopter göndərib
Azərbaycan Gürcüstanda yanğınların söndürülməsinə yenidən helikopter göndərib. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürmə helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb.
Məşhurlarımızın 80 faizi bu əməliyyata girib... - Yeni “virus” dalğası
400 məktəblini xilas edən polisə 784 dollar mükafat verdilər
Hadisə Hindistanın Saqar vilayətində baş verib. Abxişek Patel adlı polis əməkdaşı, 400 məktəblini xilas etmək üçün qəhrəmancasına bir addım atıb. O, məktəbin ərazisində tapılmış 10 kq-lıq partlamamış mərmini götürərək ərazidən mümkün qədər uzaq məsafəyə aparıb.
"Hoqlandın açıqladığı prinsiplər münaqişənin həlli ilə bağlı danışıqları tərpədə bilər"
“Ümumiyyətlə, ABŞ-da prezident seçkilərindən sonra bir sıra dəyişikliklər baş verib. Ötən gün ATƏT-in Minsk qrupunda amerikanı təmsil edəcək yeni həmsədr Endrü Şoferin fəaliyyətə başlaması bu dəyişliklikdən irəli gələn məsələdir. Lakin bir həmsədrin dəyişməsi düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir təsir edə bilər. Çünki, problemin həlli bir həmsədrdən asılı məsələ deyil”. Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Yeni dərs ili "Ümumi təhsildə keyfiyyət ili” elan edilib
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin Fəaliyyət planı təsdiqlənib.
Şimali Koreya lideri ABŞ-ı yenidən hədələdi
Şimali Koreya lideri Kim Çen In 2 öncə baş tutan ballistic raket sınağı ilə bağlı fikirlərini bölüşüb. Şimali Koreyanın dövlət radiosuna danışan lider ballistic raket sınaqlarının ABŞ-ın Quam adasına endiriləck raket zərbələrinə hazırlıq olduğnu deyib. “Bu hələ başlanğıcdır. Cənubi Koreya və ABŞ-ın təxribatlarına qarşı ilk addımdır”.














