Gündəm

PKK-nın Suriyadakı liderlərindən Adnan Əbu Əmcəd öldürüldü

30 Avqust 2017 13:38

PKK terror qruplaşmasının Suriya qolu sayılan YPG-nin üst səviyyəli liderlərindən Adnan Əbu Əmcəd öldürülüb. Terrorçu 29 avqust tarixində Rakkada İŞİD terrorçuları ilə baş verən silahlı toqquşmada qətlə yetirilib.

Mobil oyunlarla ehtiyatlı olun - Milyonlarla şifrə oğurlandı  

30 Avqust 2017 13:35

Müasir smartfonların, demək olar, hamısında olan məşhur oyun “hack”lanıb.  Mobil oyunlar içində ən məşhur olanlarından “Clash of Kings”də təxminən 1,6 milyon hesab məlumatları oğurlanıb. İstifadəçilərə təcili olaraq şifrələrini dəyişdirmələri tövsiyə edilir.

Sevgilisi ilə görüşən ərini küçənin ortasında... - ANBAAN VİDEO

30 Avqust 2017 13:26

Türkiyənin Dənizli bölgəsinin Pamukkale adlanan hissəsində ərini başqası ilə görən qadın hər kəsə faciəli anlar yaşadıb. Yaxınlıqdakı kafedən bıçaq götürən qadın həyat yoldaşının üstünə hücum çərək onu çiyin nahiyəsindən bıçaqlayıb.

Bu azərbaycanlı məşhurlara "QURBANLIQ GEDƏCƏK" - Nişanlı şou-biznes əhlinin SİYAHISI

30 Avqust 2017 13:24

Şou-biznes əhlinin sevilən nişanlı məşhurları bu il Qurban bayramını xüsusi təmtəraqla qeyd edəcək. 

Baş pediatrdan suçiçəyi ilə bağlı XƏBƏRDARLIQ

30 Avqust 2017 13:18

Azərbaycanda uşaqlar arasında suçiçəyi xəstəliyi ilə bağlı sonuncu alovlanma keçən il və bu il ərzində müşahidə edilib. Bunu  Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma halı azalıb.

Özbəkistanda bir gündə 4 min nəfər həbs olundu: Gecə şəhərdə gəzdiklərinə görə

30 Avqust 2017 13:15

Avqustun 26-27-də Özbəkistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluq tərəfindən reyd keçirilib. Yerli hakimiyyət orqanları axşam saat 9-dan sonra küçələrdə gəzən 3706 nəfəri həbs edib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, saxlanılan şəxsalərin yarısı bir sutkadan sonra sərbəst buraxılıb. Digərləri isə daha uzun müddət nəzarətdə qalıb. Saxlanılan "bivec vətəndaşlara" yerli hakimiyyət orqanları tərəfindən müvafiq normalara uyğun cərimə tətbiq edilib.

“Ağ atlı oğlan” gözləyən qızlar, daha gözləməsinlər...  

30 Avqust 2017 13:12

Azərbaycanda “Ağ atlı oğlan” məfhumu hər zaman gənc xanımların xəyal etdiyi obyekt kimi dəyərləndirilib. Əsrlərdir ki, “ağ atlı oğlan” gənc xanımların tapmaq istədiyi ən uyğun, ideal həyat sirdaşının, gələcək ömür-gün yoldaşının rəmzləşdirilmiş formasiyasına çevrilib. Bəzi qızlar ailə qurmağa tələsməyib, xəyal dünyalarındakı ağ at sahibinin yolunu gözləyiblər. Burada söhbət hər hansı xülyadan, fantastik varlıqdan getmir. Hər xanım üçün  öz ağ atlı oğlanı əslində, kifayət qədər real ünsürdü. Xanım onu öz gördüyü kimi təsəvvür edir,  onun üçün ümdə olan vacib xüsusiyyətləri həmin gələcək “at sahibi”nin üzərinə köçürür.

Bu xəstəxanada 3 gündə 61 uşaq ölüb

30 Avqust 2017 13:09

Hindistanın Uttar-Pradeş ştatındakı Qorakxpur xəstəxanasında son 3 sutkada 61 uşaq keçinib. Buna səbəb xəstəxanada oksigen balonlarının azlığı olub. Lakin yerli rəhbərlik əslində ölüm hallarının yeni doğulan uşaqlar arasında ensefolit xəstəliyinin yayılması ilə əlaqələndirilib. Qorakxpurdakı xəstəxananın hesabatlarında avqustun əvvəlindən 1,2 mindən artıq insanın keçindiyini bildirib.

Göz rəngini dəyişmək istədi, kor oldu

30 Avqust 2017 13:07

Gözəllik uğruna göz rəngini dəyişdirmək üçün lisenziyasız fəaliyyət göstərən klinikaya gedən qız az qala kor olacaqdı.  İstanbulda 17 yaşlı qız qəhvəyi rəngli gözlərini mavi rəngə boyatmaq üçün piqmentlərin dəyişdirilməsi üçün əməliyyat keçirib. Lisenziyasız fəaliyyət göstərən klinkaya müraciət edən qız prosedur üçün həkim belə olmayan bir şəxsə 25 min türk lirəsi ödəyib. Lazerlə piqment dəyişdirmə əməliyyatı uğursuz olduğu üçün özünü həkim kimi təqdim edən adam yoxa çıxıb. Qəflətən vəziyyəti pisləşən qız isə başqa bir xəstəxanaya köçürülüb. Gənc qızın kor olma riski var.

“İran Ermənistana qarşı yeni siyasi konsepsiya üzrə davranır”

30 Avqust 2017 13:06

İranla münasibətlər Ermənistan rəhbərliyi üçün həmişə reallıqdan daha çox piar resursu oynamışdı. Bu fikrin təsdiqi üçün hədsiz çox misal gətirmək olar. Amma bircəciyi kifayətdir.

Millimizin formasında yenilik

30 Avqust 2017 13:04

Millimizin oyun formasına Azərbaycan bayrağı əlavə edilib. Komandamızın formasına - futbolkanın arxa yuxarı hissəsinə kiçik ölçüdə Azərbaycan bayrağı əlavə edilib. Millimizin səfər və üçüncü oyun dəsti Norveçin ev dəstinin rəngləri ilə uyğun olmadığı üçün futbolçularımız Norveçə qarşı ev dəstində oynayacaqlar. Yığmamızın San Marinoya qarşı da ev dəstində oynayacağı bildirilir. 

Evdən cadunu tapan qadınlar onu belə məhv etdilər - Qayçıya bərkidilmiş açarlar - VİDEO

30 Avqust 2017 13:02

Azərbaycanda evlərdən birində cadu taplıb.  "Qaynar xətti"nə göndərilən videodan da göründüyü kimi bir neçə açar qayçıya xüsusi şəkildə bərkidilib.  Cadunu tapan sakinlər əşyanı balta ilə vuraraq dağıdıblar. Bir-birinə qaynaq edilən açarlar və qayçı balta ilə vurularaq əzilib. 

Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina etdi

30 Avqust 2017 12:59

Bir müddət öncə idman yarışları ilə yanaşı, toy mərasimlərinin də keçiriləcəyi məkan olaraq gündəmə gələn Bakı Olimpiya Stadionunda intensiv işlər aparılır. Bu haqda Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. 

Azərbaycan Gürcüstana növbəti yanğının söndürülməsində kömək etməyə hazırdır

30 Avqust 2017 12:57

Azərbaycan Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda Abastumani kurortu yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün kömək etməyə hazır olduğunu bildirib.

Nazirin qardaşından üzr istənildi-Kütləvi İnformasiya Vasitələrinə müraciət

30 Avqust 2017 12:46

Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirləndirilən Nəbiyev Samir Qənbər oğlu Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. “Olaylar”a daxil olan müraciətdə bildirilir ki, onu adı mətbuatda özünün xəbəri və istəyi olmadan hallandırılıb: “Mənə qarşı açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı son aylarda adımdan dövlətimizin rəhbər şəxslərinə müraciətlər yayılıb.