Gündəm
"Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir"
Cəmiyyətə bərabərlik və mərhəmət kimi yüksək əxlaqi hisslər aşılayan Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıQurban bayramı münasibətilə xalqa ünvanladığı təbrikində bildirib.
Vatan Şaşmazın dünyaya gəlməyən oğluna TƏSİRLİ MƏKTUBU
“Çocukar duymasın” serialının rejissoru Birol Güvən bazar günü keçmiş sevgilisi Filiz Aker tərəfindən güllələnərək öldürülən dostu Vatan Şaşmaz haqqında məktub yazıb. Rejissor məktubu dostunun dünyaya gəlməyən oğluna ünvanlayıb. Sözügedən məktubu təqdim edirik.
“Kamran istintaqı Hindistan kinolarına bənzədir” – CİNAYƏT, QALMAQAL və 300 min PUL
Dünən 2 ilə yaxındır aralarında maliyyə qalmaqalı olan müğənni Samir Piriyevlə bağlı mətbuata açıqlama verən Kamran Həsənlinin dediklərinin yalan olduğu ortaya çıxıb. Belə ki, məsələ ilə bağlı Publika.az-a danışan S.Piriyev Həsənlinin dediklərini gülünc adlandırıb və bundan sonra mətbuata bu barədə açıqlama verməyəcəyini bildirib.
16 şam ağacı məhv edildi – Nazirlik araşdırır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
XIX əsrə aid tikmələrin sərgisi təşkil olunacaq
Sentyabrın 5 – 21 tarixlərində Xalça muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. “Olaylar” bildirir ki, sərgidə müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq.
Qısqanc ər arvadını boğaraq öldürüb
Paytaxt Bakıda qətl hadisəsi baş verib. Məlumata görə, Bakının Nizami rayon sakini, 1981-ci il təvəllüdlü Bəxtiyar Cəbrayıl oğlu Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Zülfiyyə Zülfüqar qızı Mərifovanı boğaraq öldürüb. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Kolleclərə ixtisas seçimi başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi abqustun 30-u saat 23:59-da başa çatır. By barədə DİM-in mətbuat xidmətindən verilən məlumatına görə, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
Deputatlar tətildən qayıtdılar
Avqustun 30-da Azərbaycan Milli Məclisinin deputatlarının tətili başa çatıb. Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşıb. "Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.
Elmar Məmmədyarov nazirlərin toplantısına qatılacaq
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək. Bu barədə XİN-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin toplantısında iştirak etməkdir. E. Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır" - VİDEO
Məktəbli formaları, çantalar, dərs ləvazimatları müxtəlif obyektlərdə fərqli qiymətlərlə satışa çıxarılıb. Məktəb bazarlığının daha çox vəsait tələb edən hissəsi isə məktəbli formalarıdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, saxta formalar həm valideynlərin cibinə, həm də şagirdlərin sağlamlığına ziyan vurur.
Qəbələdə meşə zolağında yanğınlar nəzarətə götürülüb
Qəbələdə meşə zolağında yanğınlar nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar nəzarətə götürülüb. Yanğınların yayılmasının qarşısı alınıb.
Həbsdə olan sabiq nazirdən xəbər var - "Heç bir şikayəti yoxdur"
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsində vəkili ilə görüşüb. Bu barədə V.Ələsgərovun vəkili Tofiq Allahverdiyev məlumat verib. O bildirib ki, görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Saxlanma şəraiti və səhhəti normaldır, heç bir şikayəti yoxdur. Hazırda cəzasını çəkir".
UEFA Polşa klubunu növbəti dəfə cəzalandırdı
UEFA Polşanın "Legiya" klubunu növbəti dəfə cərimələyib. Buna Moldova "Şerif"i ilə Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində keçirilmiş ev oyununda varşavalı fanatların qitə futbol klubu əleyhinə açdıqları banner səbəb olub.
Ərdoğanın Azərbaycana səfəri təxirə salındı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Diplomat səfərin yaxın vaxtlarda baş tutacağını qeyd edib.
14 İŞİD üzvü öldürüldü
Əfqanıstanın şərqindəki Nangarhar vilayətinin Açin mahalında təşkil edilən hava əməliyyatı zamanı 14 İŞİD üzvü öldürülüb. “Olaylar” bildirir ki, Nangarhar rəsmisi Ataullah Hogyani bildirib ki, NATO qüvvələrinə məxsus hava vasitələri Açinin Mamandi Mergey və digər ərzilərdə İŞİD – in mövqelərini bombaladığını açıqlayıb.




.jpg)









