Gündəm
ASAN xidmətdən açıqlama
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 3 gün qeyri-iş günü olacaq. “Olaylar” bildirir ki, Qurban bayramı ilə əlaqədar 1, 2, 3 sentyabr tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. 4 sentyabrdan isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Tahir Rzayev: “Azərbaycan dövləti sosial layihələrin icrasına xüsusi diqqət yetirir”
“Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda sosial layihələrin icrasına böyük maliyyə vəsaitinin ayrılması dövlətimizin qüdrətinin göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, böhranın nəticəsi olaraq Avropanın inkişaf etmiş ölkələrində iş yerlərinin ixtisara, sosial layihələrin icrasının təxirə salınması fonunda Azərbaycanda irimiqyaslı sosial layihələrin maliyyələşdirilməsi və maaşların, pensiyaların artırılması dövlətimizin qüdrətindən xəbər verir.
Ermənistan ordusu dağılmaq üzrədir
Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.
BAMF BMT Baş Katibinə müraciət edib
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT Baş Katibi Antoniu Quterreşə Avropa Parlamentinin 2017-ci il iyulun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi (2017-ci il) / 2041 (INI)) saylı Şuraya ünvanladığı tövsiyyəyəsinə bir daha ciddi nəzər salması üçün müraciət edib.
Unudulmaqda olan “Kaytaq” tikməsi üzrə ustad dərsi
Azərbaycan Xalça Muzeyi “Azərbaycanın mədəni sərvəti” layihəsini həyata keçirir.Layihənin məqsədi – unudulmaqda olan Azərbaycan xalq sənətkarlıq növlərini dirçəltmək və onlara yeni həyat verməkdir. “Olaylar” bildirir ki, sentyabrın 5-21 tarixlərində Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın dargin “Kaytaq” tikməsi üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisa İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Hal-hazırda bərpa edilən dargin “Kaytaq” tikmə növü üzrə ustad dərslər keçirir. Antikvar toxuculuq və XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
Yalnız 70 nəfər həccə gedəcək
Bu il Qətərdən Məkkəyə həcc ziyarətinə yalnız 70 nəfərin getməsinə icazə verilib. “Olaylar” bildirir ki, buna səbəb Qətərin Səudiyyə Ərəbistanı da daxil olmaqla bəzi ərəb ölkələri ilə diplomatik böhran yaşamasıdı.
Avropanın başının üzərindəki yeni kabus: Neonasistlər
Trampla bağlı hotel qalmaqalı və Ziya Məmmədovun “barmağı”
Donald Trampın şirkətinin prezident kampaniyası ilə eyni vaxtda Moskvada «Trump Tower» tikmək barədə danışıqlar apardığı üzə çıxıb; sabiq nəqliyyat naziri Kremllə vasitəçi ola bilərdimi?
"Bu qədər inkişafın fonunda fəal olmamaq mümkün deyi" - Leyli Hüseynova
ABŞ: Ərdoğanın 15 mühafizəçisinin işi məhkəməyə verilib
ABŞ-da prezident Rəcəb Tayyip Ərdoğanın may ayında Washington-a səfəri zamanı Türkiyə səfirliyinin iqamətgahı qarşısında baş verən dava ilə əlaqədar 19 nəfər haqqında məhkəmə prosesinin başlanmasına qərar verilib. Böyük münsiflər heyətinin qəbul etdiyi ittihamnamədə adları qeyd edilən şəxslərin 15-i prezident Ərdoğan-ın mühafizəçisidir. Washington D.C. Prokurorluğu işdə adları keçən şəxslərdən 16-na qarşı ittihamların irəli sürüldüyünü, üç mühafizəçinin adının isə yeni əlavə edildiyini bildirib. Prokurorluqdan verilən məlumata görə 19 müttəhim nifrət cinayətində ittiham olunub. ABŞ qanunlarına əsasən bu cinayətin cəzası 15 ilə qədər həbsdir.
Jirinovski: Ən nüfuzlu şəxs mənəm – Putindən sonra
Prezident Vladimir Putindən sonra Rusiyada ən nüfuzlu şəxs mənəm. Bunu rusiyalı videoblogger Yuri Dudeyə müsahibəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. O, 2018-ci ildə prezident seçksində ikinci yeri tutacağını bildirib.
Vergilər nazirinin müşavirlərinin sayı 12-yə çatdı
Habil Məmmədov Azərbaycan vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri təyin edilib. H.Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini də icra edəcək.
DTX-dan açıqlama: "Terrorçuluğun..."
Terrorçuluğun əsas maliyyə mənbəyindən olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə aparılır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə beynəlxalq birliyin qarşısında duran ən mühüm məsələlərdəndir.
"Nazirlərin üçtərəfli görüşü sentyabrın 6-da Bakıda keçiriləcək"
Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü sentyabrın 6-da Bakıda keçiriləcək. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 5-də Bakıya gələcək.
Tanınmış aktyor borca görə öldürülüb? - YENİ TƏFƏRRÜATLAR
Aparıcı-aktyor Vatan Şaşmazın ölümü ilə bağlı təfərrüatlar bitmir. Aparıcını güllələyən Filiz Akerin həbsdən çıxan qardaşıSümer Bayer bacısının onu, əslində, avqustun 21-də öldürmək istədiyini deyib: "Vatan Şaşmaz günahsız deyil. Bacım mənə dedi ki, avqustun 21-də onunla görüşüb və 130 min dollar borcunu qaytarmasını deyib. Vatan da sentyabrın 20-də qaytaracağına söz verib.
.jpg)



.jpg)









