Gündəm
İstanbulda 145 min insan öləcək – Dəqiq tarix AÇIQLANDI
İstanbulda yaxın 12 ildə böyük bir zəlzələnin baş vermə ehtimalı 60 faizdir. Bu nəticəyə zəlzələ barədə məlumatları təhlil edən Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) mütəxəssisləri gəliblər.
5 gün internetsiz qaldılar, GÖRÜN NƏ BAŞ VERDİ - VİDEO
Britaniyanın “Channel 5” telekanalı maraqlı eksperimenti nəzərdən keçirib. Kanal 5 könüllünü seçərək, 5 gün ərzində təkkameralı təcridxana otağını xatırladan, bütün müasir kommunikasiyalardan təcrid olunmuş palatada internetin yoxluğuna necə tab gətirəcəklərini yoxlamaq qərarına gəlib. Sınağın nəticələri “In Solitary” (təklikdə) şousunda nümayiş olunub.
"Mançester Siti"nin Aleksis sevdası: 50 milyona "yox" dedilər
"Arsenal" "Mançester Siti"nin Aleksis Sançez üçün 50 milyon funtluq təklifini rədd edib. "Mavilər" transfer pəncərəsi bağlanmadan çilili ulduzu öz heyətinə qatmaq istəyir. Aleksis üçün iki klub danışıqlara çərşənbə axşamı başlayıb. "Arsenal" çilili oyunçu üçün 50 milyon və Rəhim Sterlini tələb etsə də, "Mançester Siti" cəbhəsi bu fikrə müsbət baxmayıb.
Türkiyə bu gün Zəfər bayramını qeyd edir
Bu gün Türkiyə Cümhuriyyətində Zəfər Bayramı qeyd olunur. Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-ölkəni yadelli işğalçılardan azad edilb və bu qələbə, tarixə Zəfər Bayramı kimi daxil olub. Bu böyük tarixi zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsini ortaya qoyub. 30 avqust 1922-ci ildə Türkiyə Atatürkün başçılığı ilə Türkün böyüklüyünü, xarakterini nümayiş etdirib.
BMT TŞ Myanmada müsəlmanların kütləvi qətli ilə bağlı iclas keçirəcəkmi?
Britaniya Myanmanın Arakan vilayətindəki vəziyyəti müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasını təcili iclas keçirməyə çağırıb. Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft bildirib ki, Arakanda uzun müddətdir davam edən problemi həll etmək lazımdır. Təcili iclasın bu gün keçiriləcəyi gözlənilsə də, BMT TŞ bu barədə hələ rəsmi açıqlama yaymayıb.
Zübeydə xanımın büstü götürüldü
1999-cu ildə Türk Analar Dərnəyi tərəfindən Haliç Metro Körpüsünün yaxınlığında yerləşən parkda Mustafa Kamal Atatürkün anası Zübeyde xanıma ucaldılan büst götürülüb. “Olaylar” bildirir ki, ətrafda yaşayan insanların narahatlığına səbəb olan bu hadisəyə Alibəy qəsəbəsinin rəsmiləri aydınlıq gətirərək bunu ərazidə aparılan yenidənqurma işləri ilə əlaqələndiriblər. Büstün baxımsız olduğunu qeyd edən vətəndaşlar artıq 10 gündür ki, büstün üst hissəsinin götürüldüyünü qeyd edirlər.
Metroda şübhəli çanta
İngiltərənin paytaxtı Londonda metroda şübhəli bir çanta açkarlanıb. “Olaylar” bildirir ki, çantadan çıxan tüstü sərnişinləri arasında narahatlığa səbəb olub. Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələrinin göstərişi ilə metro stansiyasındakı insanlar evakuasiya edilib.
Təbiətə 5700 manat məbləğində ziyan dəydi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Sumqayıt şəhəri ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. "Olaylar" bildirir ki, keçirilən reyd zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yaşköküstə 70 sm diametrliyində 1ədəd çoxillik tut ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı həmin ağacın Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Gülüstan Babayevanın göstərişi ilə kəsildiyi və təbiətə 5700 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.
"Forbes" Rusiyanın ən zəngin 3 xanımından yazdı
Zorakı ana həbs edildi
Son zamanlar xəbər portallarında azyaşlıların tez-tez valideynləri tərəfindən şiddətə məruz qaldığı barədə xəbərləri görürük. Bir çox hallarda onlar qanun qarşısında məsuliyyətdən yaxa qurtarırlar. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzininin kordinatoru Vasif Akifli sosial şəbəkədə anası tərəfindən fiziki şiddət görmüş 4 yaşlı Yağmur barədə məlumat verib:”4 yaşlı Yağmuru çoxları xatırlayır.12 may 2017-ci il tarixində Binəqədi rayon PB-nin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib.Fiziki zorakılığa məruz qalan azyaşlının hüquqi və psixoloji reabilitasiyası hələdə davam etdirilməkdədir.
Küçədə tapılan körpənin bədənində zorakılıq əlamətləri aşkar edilib
Dörd yaşlı uşaq döyülərək, küçəyə atılıb. Azyaşlı polis əməkdaşları tərəfindən tapılıb. Uşağın dediyinə görə onu valideynləri bu hala salıb. "Olaylar" bildirir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Usaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli bildirib ki, uşaq avqustun 26-da gecə saatlarında Nəriman rayonu ərazisində aşkarlanıb: “Gecə saat 23:00 radələrində Bakı şəhəri Nərimanov rayonunda Daxili İşlər Nazirliyinin əməkdaşları baxımsız və kimsəsiz bir uşaq tapıb. Uşağın 4 yaşı var. Hazırda sığınacağa yerləşdirilib. Onun üzərindən 1 manat pul çıxıb. Özünün dediyinə görə, müəyyən zamanlarda ailəsi onu diləndirilib. Əmiləri isə dəfələrlə döyüblər. Uşağın bədənində döyülmə izləri var. Bu gün o, tibbi müayinədən keçəcək”.
Evdən nəm qoxusunu aradan qaldırmağın ÜSULLARI
Taleyimizi müəyyən edən QARAÇI FALI - BÜRCLƏR
Hər bir xalqın öz inancları və ənənələri var. Məhz bu xüsusiyyətlər bizi digər millətlərdən fərqləndirir. Uzun illərdir Şərq qoroskopuna alışıb, ona daha çox maraq göstərsək də, məlum olub ki, qaraçıların da öz qoroskopu var. Bu qoroskop da digərləri kimi 12 bölümdən və addan ibarətdir. Lakin onların özünəxas özəllikləri var.
Ürəyi gedən, zəhərlənən, yanan adama İLK YARDIM belə olmalıdır
Ev qəzalar zamanı məlumatsız şəkildə edilən müdaxilələr bəzən insanın ölümü ilə belə nəticələnə bilər. Bununla bağlı təlimçi müəllim Deniz Karadenizin məsləhətlərini diqqətinizə çatdırırıq.
Bədbəxtlik gətirən adlar
Dünyada bədbəxtlik gətirdiyinə inandığımız ən birinci əşyalardan biri insan enerjisinin toplandığı sınıq güzgüdür. Daha sonra ölmüş bir insana məxsus əşyalar, qədimi və bahalı zinət əşyaları, daş-qaşlar və s. Psixoloqlar isə iddia edir ki, bütün bunlar boş şeydir. Bu mənfi enerjini insanın üzərinə çəkən əsas məqam onun məhz adı ilə bağlıdır.














