Zübeydə xanımın büstü götürüldü
1999-cu ildə Türk Analar Dərnəyi tərəfindən Haliç Metro Körpüsünün yaxınlığında yerləşən parkda Mustafa Kamal Atatürkün anası Zübeyde xanıma ucaldılan büst götürülüb. “Olaylar” bildirir ki, ətrafda yaşayan insanların narahatlığına səbəb olan bu hadisəyə Alibəy qəsəbəsinin rəsmiləri aydınlıq gətirərək bunu ərazidə aparılan yenidənqurma işləri ilə əlaqələndiriblər. Büstün baxımsız olduğunu qeyd edən vətəndaşlar artıq 10 gündür ki, büstün üst hissəsinin götürüldüyünü qeyd edirlər.
30 Avqust 2017 10:22 Dünya1999-cu ildə Türk Analar Dərnəyi tərəfindən Haliç Metro Körpüsünün yaxınlığında yerləşən parkda Mustafa Kamal Atatürkün anası Zübeyde xanıma ucaldılan büst götürülüb. "Olaylar" bildirir ki, ətrafda yaşayan insanların narahatlığına səbəb olan bu hadisəyə Alibəy qəsəbəsinin rəsmiləri aydınlıq gətirərək bunu ərazidə aparılan yenidənqurma işləri ilə əlaqələndiriblər. Büstün baxımsız olduğunu qeyd edən vətəndaşlar artıq 10 gündür ki, büstün üst hissəsinin götürüldüyünü qeyd edirlər.
Qeyd edək ki, 2008 - ci ildə büstün üzərində "Türk qadınları sənə minnətdar" sözləri yazılmış, lakin sonrada həmin sözlərin silindiyi deyilir. IMM (İhtiyari Mali Sorumluluk) Twitter hesabından insanlara cavab verərək məsələnin araşdırılacağını bildirib.