Ermənistan ordusu dağılmaq üzrədir

Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.

Orduda ərzaq, su və tibbi xidmətlə bağlı ciddi problemlər yaşanır

Ermənistanın "Demokratiya bu gün" ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında "Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları" nəşri hazırlanıb. Ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur. Sorğuda iştirak edənlər hərbi hissələrdə psixoloqların olmasının vacibliyini bildiriblər. "Olaylar" xəbər verir ki, bunu nəşrin müəlliflərindən olan Anna İşxanyan jurnalistlərlə söhbət zamanı bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31