Gündəm

İŞİD-dən tam azad edildi

14 Oktyabr 2017 08:45

İŞİD-in Suriyadakı qeyri-rəsmi olan Rakka şəhəri terrorçulardan tam təmizlənib. Məlumata görə, son terrorçular "Suriya Demokratik Qüvvələri”nin dəstələrinə təslim olublar.

Bütün dünyanı çaş-baş salan ayaqqabı - Hərə bir rəngdə görür

13 Oktyabr 2017 20:00

Bir müddət əvvəl sosial şəbəkələrdə paylaşılan qadın geyiminin hansı rəng olduğuna dair müzakirələr gündəmi zəbt etmişdi. İndi də bu ayaqqabılar...

“YouTube” proqramında videonu avtomatik işə salan funksiya tətbiq ediləcək

13 Oktyabr 2017 19:50

“Google” şirkəti “YouTube” proqramında tez-tez yeni funksiyaları sınaqdan keçirir. Bu dəfə internet nəhəngi çarxların avtomatik işə salınmasını yoxlayıb. Bu haqda “Androidcentral” nəşri yazır.

“Ağıllı” üzük kimyəvi və bioloji təhlükələri aşkarlayacaq

13 Oktyabr 2017 19:45

San Dieqo Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi və bioloji təhlükələri aşkarlayan “ağıllı” üzük yaradıblar. 

Bükülən “iPhone” smartfonu təqdim ediləcək

13 Oktyabr 2017 19:40

“Apple” korporasiyası “LG” şirkəti ilə birgə bükülən “iPhone” smartfonlarının hazırlanması üzrə işə başlayıblar. Məlumata görə, “LG” şirkətində gələcək “iPhone” smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb. Eyni zamanda “LG Innotek” şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

Avtonom taksilər üçün yeni “NVIDIA” platforması buraxılacaq

13 Oktyabr 2017 19:35

"NVIDIA" şirkəti avtonom avtomobillərin yaradılması texnologiyası ilə bağlı yeni yanaşma təqdim edib. Şirkət mütəxəssislərinin nümayiş etdirdiyi və yarım ilə satışa çıxarılacaq "Drive PX Pegasus" platforması avtonom taksilər üçün ən yaxşı sistem olacaq.

“Microsoft” okean dibi ilə 6600 km uzunluğunda kabel çəkib

13 Oktyabr 2017 19:30

"Microsoft" şirkəti Atlantik okeanın dibi ilə "Marea" adlı  internet kabelin çəkilməsi üzrə işləri başa çatdırıb. Yeni internet kabelin buraxılış qabiliyyəti saniyədə 160 Tbit təşkil edir ki, bu da adi ev internet xəttinin orta sürətindən 16 milyon dəfə çoxdur.

Robot masajçı Sinqapur klinikasında işə başlayıb

13 Oktyabr 2017 19:26

Ötən il klinik sınaqları keçirilən “Emma” (Expert Manipulative Massage Automation) robot masajçının hazırkı “Emma 3.0” versiyası Sinqapur klinikasında fəaliyyətə başlayıb.

Dördkameralı “ZTE Nubia Z17S” smartfonu rəsmən təqdim olunub

13 Oktyabr 2017 19:20

“ZTE” şirkəti çərçivəsiz ekran və dörd kamera ilə təchiz edilən yeni qabaqcıl “Nubia Z17S” smartfon modelini rəsmən təqdim edib. Qurğunun üst tərəfini tam əhatə edən displeyin diaqonalı 5,73 düym, təsvir ölçüsü “Full HD+” (2040 x 1080 piksel) təşkil edir. Smartfon müasir “Qualcomm Snapdragon 835” prosessoru əsasında işləyir və komplektləşmədən asılı olaraq 6 və ya 8 giqabaytlıq operativ yaddaş və 64 və ya 128 giqabayt tutumlu quraşdırılmış yaddaşla təchiz olunur.

Yerişə görə insanın şəxsiyyətini təyin edən yeni texnologiya təqdim edilib

13 Oktyabr 2017 19:15

Çinli alimlər tərəfindən hazırlanmış yeni biometrik eyniləşdirmə texnologiyası insanın şəxsiyyətini onun yerişinə görə təyin edəcək. Sistemin işləməsi üçün yalnız hədəfdən 50 metr məsafədə kamera lazımdır.

Deyingən arvadından bezdi - meşədə yaşayır

13 Oktyabr 2017 19:10

Arvadı daim deyinən, donquldanan kişi nə edir? Ya çayxanaya, pivəxanaya gedir, ya da həyətə - qonşu kişilərlə söhbətləşməyə. Sonra evə dönür, "dırdır" yenə başlanır.

Yutub tarixində rekorda imza atan məşhurlar pul toplamağa başladılar

13 Oktyabr 2017 19:04

Yutub tarixində ilk dəfə 4 milyarddan çox izlənən klip olan “Despacito”nun ifaçıları Luiz Fonsi və Deddi Yanki örnək bir kampaniya başladıb. Müğənnilər “Mariya” qasırğasının yerlə yeksan etdiyi Porto Rikonun bərpası üçün yardım aksiyasına start verib. Porto Rikoda anadan olan Luiz Fonsi kiçik yaşlarında ailəsi ilə birgə ABŞ-a köçüb. Lakin o vətən sevgisini unutmayıb və ən məşhur mahnısı olan “Despacito”ya da elə Porto Rikoda klip çəkib. “Mariya” qasırğasının vurduğu zərərləri aradan qaldırmaq üçün dəstək olmağa çalışan müğənni bu barədə 5.2 milyon izləyicisi olan instaqram hesabından paylaşım edib.

Messi "Mançester Siti"yə keçə bilər

13 Oktyabr 2017 19:00

Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubunu tərk edə bilər. 30 yaşlı hücumçu "Barselona"da qalmağa tərəddüd edir.  Braziliyalı Neymarın Fransa təmsilçisi PSJ-yə satışı, Ernesto Valverdenin komandanın baş məşqçisi təyin edilməsi və Kataloniyadakı siyasi durum kapitanı narahat edir. Təcrübəli forvardın xidmətində ən çox maraqlı olan klub isə "Mançester Siti"dir. İngiltərə təmsilçisinin rəhbərliyi bir neçə dəfə futbolçunun nümayəndəsi ilə görüşüb. Oyunçunun özü də bu varianta ciddi yanaşır. 

"Prosineçkinin böyük gələcəyi var"

13 Oktyabr 2017 18:55

Prosineçki əla insandı. Futbolu da yaxşı anlayır. Bu sözləri bosniyalı futbol mütəxəssisi İvitsa Osimdeyib.  Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisi postuna namizədlərdən biri sayılır. Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən Osim maraqlı fikirlər səsləndirib. Vaxtilə Yuqoslaviya yığmasını çalışdırmış, daha sonra isə "Partizan", "Panatinaikos", "Şturm" kimi klublara, həmçinin Yaponiya millisinə rəhbərlik etmiş 76 yaşlı mütəxəssis Prosineçkini tərifləyib.

Dik Advokat millidən gedir

13 Oktyabr 2017 18:50

Futbol üzrə Hollandiya milli komandasının baş məşqçisi Dik Advokat noyabrda postunu tərk edəcək. Bu barədə 70 yaşlı mütəxəssisin özü "Football Oranje" portalına açıqlama verib. O bildirib ki, Niderland Krallığının Futbol İttifaqı gələcək üçün milliyə yaxşı baş məşqçi tapmalıdır. Advokat yığmanın noyabrda keçirəcəyi yoldaşlıq oyununa qədər postunda qalacağını söyləyib.