Gündəm

Roberto Karlos baba oldu

13 Oktyabr 2017 18:45

Braziliya millisi və "Real"ın sabiq müdafiəçisi Roberto Karlos baba olub. 44 yaşlı mütəxəssisin ikinci qızı Covanna oğlan övladı dünyaya gətirib. Ona Pedro adı verilib. Karlos İnstagram hesabından qızını təbrik edib.

İslandiyadan yeni rekord

13 Oktyabr 2017 18:41

İslandiya millisi növbəti rekorda imza atıb.  İslandiya əhalisinin sayına görə dünya çempionatlarının final mərhələləri tarixində yarışacaq ən kiçik ölkə (330 min) olacaq. Bunadək rekord Trinidad və Tobaqoya (1 milyon 300 min) məxsus idi.

İnternetlə hazır ev almaq olar

13 Oktyabr 2017 18:38

İnternetdən mal və xidmətlərin satışı üzrə ixtisaslaşan ABŞ-ın “MODs International” şirkəti hazır ev satışı sahəsində yeni xidmət təklif edib. Novate.ru saytının yazdığına görə, təklif olunan ev–konteyner rahat yaşayış üçün tam yararlıdır. Sahəsi 30 kvadratmetr olan evdə bütün zəruri kommunikasiya xətləri çəkilib.

Şok kadrlar: aktyor jurnalisti şillələdi - VİDEO

13 Oktyabr 2017 18:34

Meksikanın məşhur aktyorlarından biri, teleseriallar ulduzu Eduardo Yanyes cinayət məsuliyyətinə cəlb olunub. Səbəb onun jurnalisti vurmasıdır. Reporyorun Los-Anceles Polis Departamentinə şikayətindən sonra aktyora qarşı cinayət işi qaldırılıb.

Qadın və kişi arasında BİLMƏDİYİMİZ— 30 FAKT

13 Oktyabr 2017 18:30

Qadın hər zaman tapmaca sayılıb. Bu gün kişi və qadın bədəni arasındakı tibb elminin aşkar etdiyi fərqləri sadalayacaqlar.

Bu bitkilər evinizin havasını təmizləyəcək – SİYAHI

13 Oktyabr 2017 18:25

Bir çoxlarımız dibçəklərə müxtəlif güllər əkərək, evdə onlara qulluq etməyi xoşlayırıq. Ailem.az qulluğu və yetişdirilməsi asan olan, həmçinin evin havasını təravətləndirib, karbon monoksid kimi zərərəli qazlardan təmizləyən faydalı çiçəklərin siyahısını verir.

Ağdamda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

13 Oktyabr 2017 18:20

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. Hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gələrək maşınını yumaq istəyərkən elektrik cərəyanı onu vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.

Saçları gücləndirən və gözəlləşdirən MASKA

13 Oktyabr 2017 18:20

Bütün saç tiplərinin istifadə edə biləcəyi, xüsusilə quru, yıpranmış saçlar üçün faydalıdır. Bu maska ilə saç dəriniz sağlam olacaq və saçlarınız güclənəcək. İki yemək qaşığı qatığı bir kasaya qoyun. Bir yemək qaşığı bal ilə bir yemək qaşığı zeytun yağını azacıq isidin. Bu qarşıma kasadakı qatığı əlavə edin və yaxşı qarışdırın. Maskanı saçınıza ucdan dibə doğru vurun. Saç dərinizə masaj etməyi unutmayın. 30 dəqiqə gözlədikdən sonra durulayın.

"Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı"nda dəyişiklik edilib

13 Oktyabr 2017 18:17

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Qadınlar tərəfindən kəşf olunan 9 alət - SİYAHI

13 Oktyabr 2017 18:15

Tanınmış ixtiraçılar barədə soruşanda əksər hallarda Tomas Edison, Aleksandr Qraham Bell, hətta Leonardo da Vinçinin adlarını sayırlar. Amma qadın ixtiraçıların adları çəkilmir.

Cinsi həyata mənfi təsir edən 4 QİDA

13 Oktyabr 2017 18:10

Gündəlik həyatımızda çox istifadə etdiyimiz bəzi qidalar cinsi həyatımıza mənfi təsir edir. Hətta bu qidalar irəliləyən zamanlarda cinsi həyatımızı bitirmə nöqtəsinə belə gətirib çıxara bilər. Ailem.az cinsi həyata mənfi təsir göstərən qidaları sadalayır.

Əli Kərimli Müsavata sataşdı, qalmaqal düşdü

13 Oktyabr 2017 18:05

Özünü AXCP sədri kimi təqdim edən bloqqer Əli Kərimli müsahibəsində Müsavat partiyasını tənqid edib. O, Arif Hacılının rəhbəri olduğu Müsavatı müxalifəti yarıyolda qoymaqda ittiham edib. 

Nqoli Kante zədələnib

13 Oktyabr 2017 18:01

"Çelsi”nin futbolçusu Nqoli Kante uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Fransa millisinin heyətində olarkən zədələnən yarımmüdafiəçi dekabrın sonlarında sağalacaq.

Səfir: Türkiyə Prezidenti oktyabrın 30-da Azərbaycana səfər edəcək 

13 Oktyabr 2017 17:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il oktyabrın 30-da Azərbaycana səfər edəcək. Bu barədə  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

İstanbulda naməlum şəxs məktəblilərə atəş açdı - Yaralılar var

13 Oktyabr 2017 17:57

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib. Trend-in məlumatına görə, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. Hadisə yerinə polis və tibbi briqada cəlb olunub. Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək stəyib. Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.