Gündəm

Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

13 Oktyabr 2017 17:54

Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş illik toplantısında iştirak edib.

Polis Gəncədə itkin düşən qadınla 3 yaşlı oğlunu axtarır

13 Oktyabr 2017 17:43

Bu il sentyabrın 4-də Gəncə şəhər sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və qayıtmayıblar.    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır. Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.

Bakıda DƏHŞƏTLİ QƏZA: Betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı

13 Oktyabr 2017 17:41

Bir qədər əvvəl metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın "VAZ 2107" markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində ölən və ya xəsarət alanların olması dəqiqləşdirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub. 

Nazirdən  diaspor rəhbərinə  təbrik

13 Oktyabr 2017 17:38

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri Azad Cabbarov Dünya Azərbaycanlıları Assambleyası (DAA) rəhbərinə təbrik məktubu yazıb.  Qurumun mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki.  Assambleyanın “AZE Nakhchivan” SK futbol klubu təşəbbüsünü alqışladığını, bu addımın millət və dövlət qarşısında yüksək bir xidmət olduğunu məktubda qeyd edib. Naxçıvan rəhbərliyinin klubun yaradılma ideyasının, həmçinin klubun nəzdində Naxçıvan muzeyi üçün lazım olan texniki ləvazimatların göndərildiyini də bildirib.

Frankfurtda Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

13 Oktyabr 2017 17:37

Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində hər il olduğu kimi, bu il də Azərbaycan təmsil olunub.  Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sərgidə Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərin diqqətinə təqdim edilib.

Prokuror Britaniya vətəndaşına qarşı soyğunçuluqda təqsirləndirilən şəxslərə cəza istəyib

13 Oktyabr 2017 17:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, Emin Mustafayev və Nicat Hacıyevin hər birinin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir

13 Oktyabr 2017 17:31

Azərbaycanda kredit borclarını ödəməkdən yayınan şəxslərin cəzası yüngülləşdirilir, onlara qarşı yeni cəza növü tətbiq olunur. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinə dəyişiklik edilir. 

Azərbaycanda dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olanlardan həbs cəzası ləğv olunur

13 Oktyabr 2017 17:30

Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olanlarla bağlı həbs cəzası ləğv olunur. Məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 200-1 (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsinin 1-ci bəndinə dəyişiklik təklif edilir.

Müəllim və valideynlər qəbul edilib 

13 Oktyabr 2017 17:28

Oktyabrın 13-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

BNA kobud qayda pozuntusu edən sürücünü cəzalandırdı

13 Oktyabr 2017 17:25

Məlum olduğu kimi, 13.10.2017 tarixində sosial şəbəkələrdə 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun yolun əks istiqamətinə çıxaraq hərəkət etməsi ilə bağlı videogörüntü yayılıb. Məsələ dərhal Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətə götürülərək araşdırmalara başlanılıb. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevin “OLAYLAR”-a ver diyi məlumata görə, müəyyən edilib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TH031 DQN-lı avtobusun sürücüsü sərnişinlə dolu olan nəqliyyat vasitəsi ilə yolun əks istiqamətinə çıxmaqla idarə edib.

Qarabağda separatçıların "DÖYÜŞÜ" BAŞLANDI

13 Oktyabr 2017 17:00

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma DQR-in “rəhbərliyi” arasında mübarizə başlayıb. Separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanla “DQR” “prezidenti” Bako Saakyan arasında münasibətlər kəskinləşib.

60 dəqiqə ərzində Rusiya məhv ediləcək: 3 il sonra Moskvanı gözləyən DƏHŞƏTLİ SONLUQ

13 Oktyabr 2017 16:59

ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov məlumat verib.

"Rusiya olmasaydı, Suriya deyə bir ölkə qalmayacaqdı"

13 Oktyabr 2017 16:57

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın 92%-nin terrorçulardan təmizləndiyini elan edib. Məsələ barədə fikirlərini bölüşən Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının professoru Aleksandr Vavilov Rusiyanın Suriyada apardığı mübarizələrin önəmini vurğulayıb: “Suriyada böyük irəliləyişlər qeydə alındı.

Şimali Koreya yenə təhdid etdi: “Əlimiz tətikdədir”

13 Oktyabr 2017 16:54

Şimali Koreya Guam adasında ABŞ-a qarşı görüləcək ən sərt tədbirlər üçün əllərinin tətikdə olduğunu açıqlayıb. Bu barədə Şimali Koreyanın dövlət agentliyindən məlumat verilib.

General Aydəmirov: “Polonez” sistemi “İsgəndər”lə rəqabət apara bilər

13 Oktyabr 2017 16:52

“İsgəndər” operativ-taktiki raket kompleksi (OTRK) Rusiya hərbi-sənaye kompleksinin (ISK) ən böyük nailiyyəti hesab edilir. Bəzi hərbi ekspertlərin fikrincə, hədəfin məhv edilməsinin dəqiqliyinə və dağıdıcı qüvvəsinə görə bu silahların analoqları, həmçinin onlarla rəqabət aparmağa qabil olan və onun hava hücumundan müdafiə (HHM) və ya raket hücumundan müdafiə (RHM) sistemlərinin raketlərini vura biləcək silah yoxdur.