Gündəm
Amerikalı diplomat: “ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq var”
“ABŞ və Azərbaycan hökumətləri arasında təhlükəsizlik sahəsində güclü tərəfdaşlıq mövcuddur”. Bu sözləri Saatlı rayonunun Varxan kəndində təkmilləşmiş suvarma sisteminin açılışında iştirak edən ABŞ-ın Azərbaycandakı səfirinin müavini Uilyam Gil deyib.
Plüralizm Azərbaycanın həyat tərzinə çevrilib
Artıq 20 ildən çoxdur ki, Azərbaycan müstəqil dövlət olaraq fəaliyyət göstərir. Min bir əzab-əziyyət, qanlar bahasına əldə edilən bu müstəqillik ölkəmizin beynəlxalq aləmdə, dünya birliyində demokratik bir cəmiyyət kimi formalaşmasına, inkişaf etməsinə öz dəyərli töhfəsini verib. Ümumiyyətlə, müstəqilliyin ilk illərindən etibarən Azərbaycan bütün demokratik norma və prinsipləri özündə ehtiva edərək onların ölkədə inkişaf etdirilməsi, təmin olunması istiqamətində çalışıb, addımlar atıb. Elə günümüzdə də Azərbaycan öz ənənəsinə sadiq qalaraq demokratik adət-ənənələr, prinsiplərin ölkədə inkişaf etməsi, bu prinsiplərə əməl olunması istiqamətində məqsədyönlü fəaliyyət göstərir, müvafiq addımlar atır. Hər kəsə məlumdur ki, demokratik cəmiyyətlərə xas olan xüsusiyyətlərdən biri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmdir.
Röyanın keçmiş qaynatası şikayət etdi
"Çudo Peçka" və "ÇP Aqro" MMC-nin təsisçisi Çingiz Cəlilov barəsində həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Rusiya ilə ABŞ-ı birləşdirəcək körpünün tikilməsi təklif edildi
Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski Rusiyanın Çukotka yarımadası ilə ABŞ-ın Alyaska ştatı arasında körpünün tikilməsini təklif edib.
20 yaşlı qız özünü 18-ci mərtəbədən atdı
Bakıda 20 yaşlı qız intihar edib. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 20 yaşlı Diana Abbasova özünü yaşadığı çoxmərtəbəli binanın 18-ci mərtəbəsindən yerə ataraq intihar edib.
Antarktidada 36 min pinqvin acından ölüb
Antarktidada 36 min başlıq sürüdən cəmi iki pinqvin sağ qala bilib. Okeanın çəkilməsindən sonra pinqvinlər suya çatmaq üçün uzun yol qət etməli olublar və yolda onların, demək olar ki, hamısı acından ölüb.
Günel Ələkbərova Vüsalə Kərimova haqda: "Oğlu yaşında oğlanla görüşür"
Ötən gün "Maşın”ı tərk edən Günel Ələkbərova şounun digər iştirakçıları jurnalist Ülviyyə Alovlu və aparıcı Vüsalə Kərimova ilə aralarında yaranan mübahisədən bəhs edib.
Oğluna toy etmək istəyən anadan ağlasığmaz hərəkət: yad kişi ilə sevişdi, sonra...
Dələduzluqda ittiham olunan Astara rayon Şiyəkəran kəndində anadan olmuş 1972-ci il təvəllüdlü Fəxriyyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Fəxriyyə Hüseynova özgə əmlakını ələ keçirmək niyyətilə 1 oktyabr 2015-ci il tarixdə, saat 10.00-da Qazax şəhər H.Əliyev prospektində yerləşən qızıl satışı mağazasına gəlib.
Ərdoğan müttəfiq dövlətlərin Türkiyəyə qarşı ikiüzlü davranışı barədə
“Türkiyəni Qərb və dünyadan təcrid üçün əllərindən gələni edənlər nahaq yerə əziyyət çəkirlər”. Bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan təşkilatın mərkəzi qərargahında partiyanın əyalət sədrlərinin genişləndirilmiş toplantısında deyib.
Aleksandr Lukaşenko: "Azərbaycanlılar və belaruslar qardaşdır"
"Azərbaycan və Belarus parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər". Məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüş zamanı deyib. "Hesab edirəm ki, parlamentlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilər. Mən parlament rəhbərləri və deputatların dediyinə çox önəm verirəm və dinləyirəm. Bilirəm ki, Prezident İlham Əliyev bu baxımdan çox demokratik insandır. Bir şey faydalı olarsa, həmişə onu dinləyir", - A.Lukaşenko deyib.
Havanin pisləşməsi mobil şəbəkəyə təsir edir?
"Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir". Bunu "Bakcell" şirkətinin icraçı direktoru Nikolay Bekers deyib. Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də simsiz rabitədən istifadə ounur: "Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər".
Astrofizika Rəsədxanasından geomaqnit qasırğası ilə bağlı AÇIQLAMA
Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, Kp indeksinin qiyməti 3 ilə 5 arasında dəyişir: "Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir. Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək. Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsrarəngiz təbiət hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub".
Mağazadan oğurluq edən saxlanıb
Sumqayıt şəhərində oğurluq gaktının üstü “isti izlərlə” açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 10-da şəhər ərazisindəki mağazaların birindən 80 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən İlkin Nağıyev tutulub. Faktla bağlı araşdırma aparılır.
Oğrunun digər əməlləri aşkar edildi
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin digər əməlləri ifşa olunub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Turqut Sadıqlının ətrafında Nərimanov RPİ 18-ci PB-nın əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqustun 24-də və sentyabrın 29-da rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib.
Bakı sakinindən silah və patron götürülüb
Bakı şəhər sakiniində odlu silah aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Hüseynovdan “Makarov” markalı tapança və 8 ədəd patron götürülüb. Araşdırma aparılır.














