Gündəm

Oğurluq edənlər yaxalandılar

13 Oktyabr 2017 16:09

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vətəndaşlara məxsus evlərdən və şəxsi nəqliyyat vasitələrindən oğurluq hallarına qarşı növbəti uğurlu tədbirlər həyata keçirilib.

Əvvəl evini qarət etdi, sonra bankomatdakı pulunu

13 Oktyabr 2017 16:07

Sentyabrın 6-da DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən bir şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, məlumatla əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

“İntellektual insan və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçiriləcək

13 Oktyabr 2017 16:04

Azərbaycan Milli QHT Forumu (MQF) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” adlı layihə icra edir.

İş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib

13 Oktyabr 2017 16:02

«Ölkəmizdə iqtisadiyyatın sosialyönümlülüyünün təmin edilməsi, o cümlədən 1,6 milyondan çox yeni iş yerinin yaradılması öz növbəsində yoxsulluğun 50 faizdən 5 faizədək aşağı düşməsi ilə nəticələnib». “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib. O, bildirib ki,  Azərbaycanın yoxsulluğun azaldılması istiqamətində əldə etdiyi nailiyyətləri statistik rəqəmlərdən də görmək mümkündür. Belə ki, respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.

Fransalı yazar tələbələrlə görüşdü

13 Oktyabr 2017 16:00

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetində Fransa Akademiyasının üzvü, yazıçı və həkim Jan Kristof Rufən ilə görüş keçirilib. Olaylar bildirir ki, ADU-nun Fransız dilinin fonetikası və qrammatikası kafedrası və Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə universitetin professor-müəllim heyəti, eyni zamanda fransız dili ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

13 Oktyabr 2017 16:00

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş F.Aslanovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 14-nə təyin edilmiş iclasında baxılacaq.

Ermənistan dövləti AŞPA-nın çağırışlarına məhəl qoymur

13 Oktyabr 2017 15:59

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azad müzakirələr” zamanı çıxış edən millət vəkili, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva təşkilatı ikili standartlarda ittiham edib. Q.Paşayeva bəzi deputatların Azərbaycan əlehinə apardığı kampaniyaya sərt cavab verib: ”Mən bu gün başqa bir çıxış edəcəkdim, amma təəssüflər olsun ki bəzi millət vəkillərinin özəlliklə Ermənistan heyətinin ölkəm əleyhinə bir neçə gündür burda dilə gətirdikləri saxta ittihamlara, yalanlara cavab vermək məcburiyyətindəyəm.

Amerikalı ekspert tələbələrlə görüşüb

13 Oktyabr 2017 15:57

Oktyabrın 13-də Azərbaycan Dillər Universitetinin Multikulturalizm elmi-tədqiqat laboratoriyasında amerikalı jurnalist, müstəqil tədqiqatçı, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. Olaylar bildirir ki, görüşdə P.Teys “ABŞ-da multikulturalizm ənənələri. Müasir mədəni müxtəlifliyə giriş” mövzusunda məruzə ilə çıxış edib.

Eyfel qülləsi bağlandı - Bu dəfəki səbəb?

13 Oktyabr 2017 15:46

Parisdə Eyfel qülləsi turistlərin üçün bağlanıb. Məlumata görə, buna günorta saatlarından başlayaraq gecəyə qədər davam edəcək tətillər səbəb olub. Fransada həmkarlar ittifaqlarının etirazları artıq bir neçə həftədir davam edir. Tətillər əmək qanunvericiliyinə dəyişikliklərlə bağlıdır.

Azərbaycanda dəhşətli tələbə cinayəti: əlləri və ayaqları bağlı şəkildə... - YENİLƏNİB

13 Oktyabr 2017 15:41

Novxanı bağlarında meyiti tapılan şəxsin kimliyi müəyyənləşdirilib. Bağ evində əlləri və ayaqları bağlı şəkildə meyiti tapılan şəxsin İran İslam Respublikası vətəndaşı, 1994-cü il təvəllüdlü Möhtati Saman Nemət oğlu olduğu müəyyən edilib. Onun qətlə yetirildiyi dəqiqləşib və faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Avropaya 29 avroya gedə bilərsiz - Razılıq əldə olundu

13 Oktyabr 2017 15:35

Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilib.

Avropa İttifaqının binasında kütləvi ZƏHƏRLƏNMƏ

13 Oktyabr 2017 15:34

Brüsseldə Avropa İttifaqı Şurasının binasında zəhərli tüstünün yayılması nəticəsində 10-dan çox insan zəhərlənib. Bu haqda qurumun mətbuat xidmətindən bildirilib. Öz növbəsində Belçikanın VRT telekanalı 17 nəfərin zəhərlənmə ilə xəstəxanaya yerləşdirildiyini xəbər verib.

Dərslik qalmaqalına AMEA da QOŞULDU: “Tarix İnstitutunun bu bəyanatı...”

13 Oktyabr 2017 15:32

Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birgə bəyanatda deyilir ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir: “Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir.

Məleykə Əsədova: “Çox istedadlıyam, gözələm, ona görə məni qısqanırlar”

13 Oktyabr 2017 15:28

(Gülür). Əhvalım yaxşıdır. Hətta lap əladır. Bizim sevincli günlərimiz saylarla olur. O günlər də premyeralara düşür. “Cəhənnəm sakinləri” tamaşasının premyerasını keçirmişik, çox gözəl, çox səviyyəli və uğurlu tamaşa alınıb. Tamaşaçı alqışı, tamaşaçı sevgisi mənim üçün əsas şərtdir. Siz özünüz də görürdünüz ki, alqış səsi bitmək bilmirdi. İnsanlar zalı tərk edib teatrdan ayrılmaq istəmirdilər. Mənim üçün bundan böyük hansı hədiyyə ola bilər? İnanın, o alqışların səsi hələ də qulaqlarımdan çəkilməyib. Ona görə dedi-qodular, böhtanlar məni incitsə də, sındırmır. Çünki insanlar məni sevirlər.

Saç əkdirən azərbaycanlı məşhurların SİYAHISI

13 Oktyabr 2017 15:19

Azərbaycan şou-biznesinin xanımları kimi bəyləri də tamaşaçı qarşısında baxımlı görünmək üçün əllərindən gələni edirlər. Bu gün ölkədə ciddi məsələ olan saç tökülməsi sənət adamlarının da ortaq probleminə çevrilib. Bəs Azərbaycan şou-biznesinin hansı kişi nümayəndəsi saç tökülməsini özünə dərd edərək həkimə üz tutub?