Gündəm

Ruslar oktyabrın 13-də uçmağa qorxurlar

13 Oktyabr 2017 15:16

Ruslar 13 oktyabr tarixində uçmaqdan qorxurlar. Belə bir qənaətə "Momondo" turizm xidməti xüsusi sorğudan sonra gəlib. Belə ki, bu cümə gününə olan uçuşlara tələbat ötən həftə ilə müqayisədə 26 % azalıb və bunun ayın 13 olması ilə əlaqədar olduğu bildirilir.

Cəbhə bölgəsində vətənpərvərlik təbliğatı aparılır 

13 Oktyabr 2017 15:12

"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Cəbhəyanı bölgələrdə yaşayan gənclər arasında vətənpərvərlik təbliğatını gücləndirmək məqsədi ilə tədbirlərin təşkili” adlı layihənin icrasını davam etdirir. “OLAYLAR”-a daxil olan məlumata görə, layihə çərçivəsində növbəti tədbir Tərtər rayonunun Xoruzlu kəndində keçirilib.

Mənzildə kişi meyiti aşkar olunub

13 Oktyabr 2017 15:11

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1959-cu il təvəllüdlü Kərimov Aydın Həmid oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.

Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarısı alınıb

13 Oktyabr 2017 15:10

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Bakı-Tehran aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı gömrük nəzarətindən "yaşıl dəhliz" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməmişdir.

Baş Prokurorluğun nümayəndə heyəti Ukraynada səfərdə olub

13 Oktyabr 2017 15:08

Oktyabrın 9-10-da Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Ukrayna prokurorluqları arasında cinayət işləri üzrə hüquqi yardım sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə Kiyev şəhərində səfərdə olmuşdur.

Yeni ictimai birlik fəaliyyətə başlayıb

13 Oktyabr 2017 15:07

Azərbaycanda aktiv ictimai fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoymuş daha bir yeni təşkilat yaradılıb.  “OLAYLAR”-ın xəbərinə görə, təşkilatın adı "Sabaha İnam" İctimai Birliyidir. İctimai birliyin sədri Vüsal Əliyev, təsisçilər isə Qüdrət Əliyev və Bəxtiyar Nəsirovdur. 

Bilik Fondu İsmayıllıda mühazirə təşkil etdi

13 Oktyabr 2017 15:07

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramına uyğun olaraq, İsmayıllı Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədlinin “Ana dilinin saflığının qorunmasında ictimaiyyətin rolu” mövzusunda mühazirəsi təşkil olunub. Olaylar bildirir ki, tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov dilimizin saflığının qorunması ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən siyasətdən danışıb.

“Azərbaycanın xarici siyasətinin konseptual əsasları və İlham Əliyev” mövzusunda məlumat saatı keçirilib

13 Oktyabr 2017 15:06

Binəqədi Rayon İcra Hakimiyyətində “Azərbaycanın xarici siyasətinin konseptual əsasları və İlham Əliyev”  mövzusunda  “Məlumat saatı” keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, məlumat saatında Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq, siyasi şərhçi Elman Nəsirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşları və s. iştirak ediblər.

Yeni nazir kollektivə təqdim olunub

13 Oktyabr 2017 15:03

Yeni naz Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi- Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazovu nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edib. Əli Əsədov Pərviz Şahbazovun nazir təyin olunması haqqında Prezidentin sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb.

Dağlıq Qarabağdakı aqressiv separatizmə biganə yanaşma

13 Oktyabr 2017 15:01

Avropa Şurası Parlament Assambleyasının payıs sessiyası bir daha qurumun iç üzünü açmış oldu. Daha dəqiq, AŞ PA-nın illərdən bəri öz prinsiplərinə dönük çıxaraq üzv ölkəlrinə qarşı ikili standartlar sərgilədiyini təsdiq etmiş oldu. Məlumat üçün qeyd edək ki, AŞ PA-nın mövcudluğu dövründə qurumun üzv dövlətlərində dəfələrlə insan hüquqları ilə bağlı problemlər yaşanıb, hətta feparatizm meyillərinin güxləndiyi məqamlar da olub. Lakin təşkilat öz nüfuzunu qorumaq, prinsiplərinə sadiq qalmaq əvəzinə, ayrı-ayrı qrup deputatların əlində vasitəyə çevrilib.

AŞPA-nın qəbul etdiyi qərəzli qərarlar onun imicini ləkələyir

13 Oktyabr 2017 14:59

Azərbaycana qarşı növbəti qarayaxma kampaniyası, ölkəmizin imicinə zərbə vurma kimi məkirli plan həyata keçirilir. Hər zaman olduğu kimi bu dəfə də antiAzərbaycan kampaniyasının sifarişçiləri erməni lobbisi, icraçıları isə erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən Avropa və Qərbdəki bəzi siyasi təsisatlar və parlamentarilərdir. Əgər əvvəllər erməni lobbisi Azərbaycana qarşı kampaniyada beynəlxalq qeyri-hökumət təşkilatları şəbəkəsindən istifadə edirdilərsə, bu dəfə nə qədər təəccüblü və təəssüfedici olsa da, Avropa Şurasını da öz çirkin məqsədlərinə alət edə biliblər. Hər halda bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilmiş iki qətnamə belə deməyə əsas verir.

Qadınların sosial-psixoloji problemləri Beyləqanda müzakirə olundu

13 Oktyabr 2017 14:58

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi (QLUB) “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində Beyləqan rayonunun xanımları ilə görüş təşkil edib.

Ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb

13 Oktyabr 2017 14:57

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan qlobal böhran şəraitində stabil inkişafını qoruyub saxlayıb, neft gəlirlərindəki azalmalara baxmayaraq şaxələndirilmiş iqtisadiyyatın digər istehsal sahələrində artım hesabına gəlirlərimizin həcmi artıb. Həmin dövrdə qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb, qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Bütün bu göstəricilər öz-özlüyündə ölkədə qeyri-neft sektorunun inkişaf etməsinin bariz nümunəsidir və təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Aydın Hüseynov hesab edir ki, hazırda Azərbaycan iqtisadiyatı neftdən asılı olmadan inkişaf edir. İqtisadiyyatın əsas inkişaf indikatoru olan qeyri-neft sektorunda 2,5 faiz artıb.

Rusiya Ermənistanın müstəqilliyi və ordusu üzərində hakimiyyəti ələ keçirir

13 Oktyabr 2017 14:51

4 günlük aprel müharibəsinin nəticələrindən danışarkən regional təhlükəsizliyi araşdıran ekspertlər nədənsə, uzaqmənzilli “İskəndər” raketlərinin Cənubi Qafqaza gətirilməsini fəsadlardan biri kimi dəyərləndirirlər.Onların versiyasına görə, Krım ətrafında sərt beynəlxalq sanksiyalara məruz qalan Rusiya özünün hərbi maraqlarını dərindən təhlil edərək müxtəlif vektorlar üzrə hərəkətə keçdi və strateji mənzilli silahlarını yaxın müttəfiqi saydığı ölkələrə yerləşdirməyə başladı.

Avropa Şurası simasını tamamilə itirib

13 Oktyabr 2017 14:48

AŞ PA-nın payıs zessiyasında Azərbaycan daha bir təzyiq vasitəsilə üzləşdi, daha bir ikili standartın şahidi oldu. Belə ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assmbleyasında həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə, həmçinin belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” 14397 saylı Qətnamə qəbul olunub. Başdan-ayağa qərəz və kin üzərində qurulan sözügedən hesabatlarda Azərbaycanda insan hüquq və azadlıqlarının guya kobud şəkildə pozulduğu, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığı, bir sıra şəslərin siyasi baxışlarına görə həbs edildiyi kimi iddialar səsləndirilir.