Gündəm
İri dövriyyəli pərakəndə satış obyektləri daha çox vergidən yayınırlar
Azərbaycanda vergidən yayınma hallarının qarşısının alınması məqsədilə ciddi islahatlar həyata keçirilir. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsilə paralel, müasir informasiya kommunikasiya texnologiyaların tətbiqinə də üstünlük verilir. Lakin bütün görülən işlərə baxmayaraq hələ də vergidən yayınma hallarını tam şəkildə aradan qaldırmaq mümkün olmayıb.
Rəqabət Məcəlləsinin qəbuluna kimlər maneə olur?
Milli Məclisin son iclasında bir sıra deputatlar ölkənin bank sistemində ciddi problemlərin olduğunu və yaranmış vəziyyətin iqtisadi inkişafa mənfi təsir etdiyini diqqətə çatdırdılar. Lakin məsələnin ciddiliyi hələ də bank sektorunu yerindən tərpədə bilməyib. Belə ki, ötən müddət ərzində qldırılan məsələlərin həlli istiqamətində hansısa addımın atılmasının şahidi olmamışıq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bank sistemi ilə əlaqədar ölkə başçısının da müəyyən iradları var: “Yadınızdadırsa, keçən il Prezident İlham Əliyev hökumətin hesabatında çıxış edərkən dedi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən çox ziyanı bank sistemi vurub.
Ənənəvi muxalifətin yanlış siyasəti Azərbaycan siyasətində ciddi problemə çevrilib
Artıq bir xeyli müddətdir ki, Azərbaycan müxalifətinin belə demək mümkünsə konstruktiv mövqedən çıxış edən cinahında seçki hazırlıqlarına start verilib. Bəzi partiyalar hələ bir neçə ay əvvəl özünün mərkəzi strukturlarının toplantısını çağıraraq 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesini müzakirə edib, seçkilərdə iştirak edəcək namizədini müəyyənləşdirib. Məsələn, bu sırada Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, eləcə də digər siyasi təşkilatları göstərmək olar. Adları çəkilən hər iki partiyadan, VİP və ALDP-dən müvafiq olaraq partiya sədrləri, Əli Əliyev və Fuad Əliyev ilkin olaraq 2018-ci ilin prezident seçkilərinə namizəd olaraq müəyyən edilib. Ancaq sözügedən partiyaların qərarlarında o da qeyd edilib ki, əgər müxalifət düşərgəsi ciddi bir namizəd müəyyən etsə, o zaman partiyalar namizəd məsələsində güzəştə gedə bilərlər.
Türkiyədə fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadıla bilər
2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddən sonra tətbiq edilmiş fövqəladə vəziyyətin müddəti yenidən uzadıla bilər. Məlumata görə, bazar ertəsi Türkiyə Parlamenti ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə məsləyə baxacaq.
Acları doyurmaq üçün yemək sifariş verdi, hesab gələndə şok oldu
Hindistanda qəribə hadisə baş verib. Axileş Kumar adlı kişi restoranda əyləşib sifariş verdiyi yeməyi gözləyirmiş. O, pəncərədən küçəyə baxanda kiçik bir oğlan uşağının yeməklərə baxaraq udqunduğunu görür. Oğlanın yanında isə ondan bir az böyük bacısı olub. Axileşin uşaqlara ürəyi yanır və onları masasına dəvət edir. Sonra baş verənlər isə onu heyrətə gətirib.
“Gəncliyin nə olduğunu hiss etməmişəm” - Keçmişdəki mən
Gənclik illərini asan keçirməyib. Kinoya, teatra, gəzməyə getməyə nə imkanı olub, nə də həvəsi. Oxuyub, əsas vaxtını təhsilə sərf edib. Amma bunun üçün peşman deyil. Çünki o zəhmətini bəhrəsini sonralar görüb və bu gün də hiss edir. Müsahibimiz AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovdur.
Adını Marsa göndərmək istəyənlər üçün NASA-dan JEST - TƏLƏSİN
Amerika Aviasiya və Kosmik Stansiyası (NASA) gələn il Marsa göndərməyi planlaşdırdığı “InSight” kosmik gəmisi ilə bağlı qəribə və maraqlı layihəyə imza atıb. NASA hələ 2015-ci ildə bütün dünya insanlarına müraciət edərək adını Marsa göndərmək istəyənlərin tələbini qəbul etdiyini bildirmişdi. Həmin elandan bu günə qədər 827 min insan adını Marsa göndərmək üçün NASA-ya müraciət ünvanlayıb. Daha sonra bu vakansiyanı bağladığını elan edən NASA ikinci bir çip açmaqla Marsa adını göndərmək istəyənlərə yeni şans yaradıb.
Xalq artistindən aparıcıya: “Zaur da mənim kimi “kəntoşdur”
Xalq artisti Brilliant Dadaşova “5/5” verilişinin qonağı olub. Müğənni hər zaman formada olmasıyla bağlı sualları cavablandırıb. Dadaşova bildirib ki, bunun üçün yalnız idman edir: “Xanımlar elə bilir ki, arıq qalmaq üçün quş südü içmək lazımdır. Amma birincisi qəlbin təmiz olmalıdır. Qəlbin gözəl olması səhhətə də təsir edir. Formada qalmaq üçün yalnız idman etmək kifayətdir”.
Bir verilişin uzun müddət efirdə yayımlanmasına necə baxırsınız? - SORĞU
Televiziya yaradıcı mühütdü. Burada tamaşaçı hər an yeni, fərqli nələrisə görmək istəyir. Tamaşaçı zövqünü oxşamaq, bir növ “damarını” tutmaq isə yaradıcılıq, yeni ideyalar, layihələr tələb edir. Bu gün hər kəs yerli televiziya kanallarına baxmadığını iddia edir. Səbəb kimi yeni, fərqli, maraqlı layihələrin olmamasını əsas götürürlər. İllərlə izlədikləri verilişlər isə artıq tamaşaçıları yorur. Və haqlı olaraq da tamaşaçı öz istədiyi layihəni, verilişi qonşu dövlətlərin televiziyasında axtarır və tapır.
İrəvan iki YOL AYRICINDA: 3 gün sonra Qarabağla bağlı NƏLƏR BAŞ VERƏCƏK?
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oktyabrın 16-da Cenevrədə olacaq. Görüşün Soçidə MDB dövlət başçılarının sammiti çərçivəsində keçiriləcəyi gözlənilsə də, bu, baş tutmadı. Soçi sammitindən iki gün sonra isə Ermənistanda hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan prezidentlərin gələn həftə Cenevrədə görüşəcəyini dedi. Bu gün isə Azərbaycan XİN rəsmi açıqlamasında görüşün dəqiq tarixini açıqladı.
Gənclər arasında Dünya çempionatında ilk qadın referi
17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında qadın hakim də olacaq. FİFA isveçrəli Ester Ştoyblini Yaponiya - Yeni Kaledoniya matçına referi təyin edib. Oktyabrın 14-də başlayacaq görüş Hindistanın Kalkutta şəhərində olacaq.
“Qarabağ” yatağında ekoloji monitorinq tədqiqatı keçirilib
SOCAR-ın Ekologiya İdarəsinin ekspedisiya qrupu “Azneft” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi çərçivəsində oktyabr 5-dən 11-ə kimi “Qarabağ” yatağı ərazisində ekoloji monitorinq tədqiqatı həyata keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, monitorinq planına əsasən yataqda ətraf mühitin ilkin tədqiqi aparılıb. Tədqiqatda istifadə olunan “Nefteqaz-62” gəmisinin göyərtəsində ekoloji monitorinq üçün tələb olunan cihaz və avadanlıqlar quraşdırılıb. Ekoloji tədqiqatın nəticələri “Qarabağ” yatağının işlənməsi layihəsi çərçivəsində hazırlanacaq Ətraf Mühitin İlkin Vəziyyətinin tədqiqi və Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi hesabatlarına daxil ediləcək.
Müəllimlər üçün ixtisasartırma təlimləri keçirilir
İbtidai sinif müəllimləri üçün yeni ixtisasartırma proqramlarının sınaq təlimləri təşkil edilib. “OLAYLAR”-ın xəbərinə görə, oktyabrın 4-dən start verilən təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) keçirilir. Təlimlərin təşkilində əsas məqsəd yeni ixtisasartırma proqramlarını sınaqdan keçirdikdən sonra ümumi istifadəyəverməkdən ibarətdir.
BANM Ukrayna universiteti ilə Memorandum imzalayıb
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ukraynalı nümayəndələr Poltava Milli Texniki Universiteti barədə ətraflı məlumat verib, universitetin 1930-cu ildən fəaliyyət göstərdiyini qeyd ediblər. Tədris müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi məqsədilə Azərbaycana səfər etdiklərini bildirən qonaqlar BANM-in qısa müddət ərzində qazandığı nailiyyətləri təqdir edib, bu nüfuzlu ali məktəblə əməkdaşlığa xüsusi maraq göstərdiklərini vurğulayıblar. Sonda BANM və Poltava Milli Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Xocalı hadisələrinə vaxtında hüquqi qiymət verilsəydi, bu gün İŞİD kimi terror qrupu da olmazdı
İnsanlığa qarşı cinayətlər tarixboyu baş verib və təəssüflər olsun bu gündə baş verir. Hər müharibənin və münaqişənin öz dəhşətli itkilərlə dolu tarixi var. Azərbaycan da belə faciəvi tarix yaşayıb.














