Gündəm

Deputat: "Cenevrə görüşündə konkret razılaşmanın əldə olunacağı inandırıcı görünmür" 

13 Oktyabr 2017 14:11

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə cəbhə xəttində atəşkəsin qorunması ilə bağlı əlavə tədbirlərin keçirilməsi müzakirə oluna, hətta bununla bağlı hər iki ölkənin müdafiə nazirlərinə tapşırıq da verilə bilər". Bunu  Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Nəsimi rayonunda 2017-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib

13 Oktyabr 2017 14:08

Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilib. “Olaylar” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, respublikamızda olduğu kimi Nəsimi rayonunun iqtisadi və sosial həyatında da ciddi uğurlar əldə olunmuşdur.

Nəsimi rayonunda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

13 Oktyabr 2017 14:06

13 oktyabr 2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. Rayon İcra Hakimiyyətindən “Olaylar2a bildirilib ki, tədbirdə Nəsimi rayonunda fəaliyyət göstərən özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat rəhbərləri, rayon təhsil, səhiyyə müəssisələrinin, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak ediblər.

Minsk səfərinin yekununa dair Bəyannamə imzalanıb

13 Oktyabr 2017 14:04

Minsk şəhərində rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının baş naziri Andrey Kobyakovla görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, A. Kobyakov bildirib ki, Azərbaycan bölgədə Belarusun ən etibarlı dostu və strateji müttəfiqidir.

Çində lazer silah

13 Oktyabr 2017 14:02

Çin Kosmik Elm və Sənaye Təşkilatı 200 metr məsafədəki hədəfə atəş edə bilən lazer silah hazırlayıb. Olaylar bildirir ki, lazer silah heç bir səs və radiasiyaya yol vermədiyi qeyd olunur.

Məşhur Hollivud ulduzlarına təcavüz edən prodüserə cinayət işi açıldı - Coli də şikayətçi idi

13 Oktyabr 2017 14:01

Bir çox məşhur sima tərəfindən cinsi istismarda təqsirləndirilən “Oscar” mükafatlı prodüser Harvi Veynşteyn haqqında ABŞ və İngiltərə polisi istintaq işi açıb.  Nyu-York polisi prodüserin törətdiyi təcavüz hadisələrinin 2004-cü ildən başladığını bildirib. London polisi isə təcavüzün 1980-ci illərdən başlandığını iddia edib. H.Veynşteyn isə haqqında irəli sürülən ağır iddiaları qəbul etməyərək, qarşılıqlı razılaşma olmadan cinsi əlaqəyə girmədiyini deyib.

Əsgər anaları Sarkisyanı BİABIR ETDİ: “Sən haradan biləsən ki...”

13 Oktyabr 2017 13:59

Ermənistanda əsgər anaları yenidən müdafiə naziri Viqen Sarkisyana qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları övladlarının yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirildiyini və bütün bu cinayətlərin açılmadığını deyirlər. “Əgər bu illər ərzində Müdafiə Nazirliyi bizim məsələmizlə maraqlansaydı, hüquq-mühafizə orqanları və məhkəmələr övladlarımızın qətlilə bağlı cinayət işlərini açardı”, - deyə əsgər anaları bildirib.

"Hacı" Şəbnəmə BAHALI HƏDİYYƏ ALDI

13 Oktyabr 2017 13:57

Müğənni Şəbnəm Əsədovaya kəbinli həyat yoldaşı, "Hacı" deyə xitab edilən şəxs hədiyyə alıb. Buna səbəb onlarının sevgi münasibətlərinin 6 ilinin tamam olmasıdır.

Deputat: “Ermənistan çökür, iqtisadi və siyasi tənəzzülə uğrayır” 

13 Oktyabr 2017 13:56

“Yaxın zamanlarda Azərbaycan və Ermənistan prezdentlərin görüşü gözlənilir. Prezdentlərin görüşündən gözləntilərimiz böyükdür. Çünki, uzun illərdir ki, torpaqlarımız işğal altındadır. İstəyirik ki, məsələ müzakirə olunsun, ermənilər iddialarından əl çəksin, qaçqınlarımız öz doğma yurdlarına qayıtsın və Daglıq Qarabağda da normal ritmli həyat bərpa olunsun. Amma hər şey düşmən ölkənin rəhbərliyindən asılıdır”. Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Dəniz Baykal da AŞPA-da Azərbaycana qarşı səs verdi - FOTOFAKT

13 Oktyabr 2017 13:52

Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı iki hesabat müzakirəyə çıxarılmış və əlavə və dəyişikliklər edildikdən sonra hər iki hesabat üzrə qətnamələr qəbul edilmişdi.

Manaf Ağayevə görə canlı yayımda Zaur mikrafonları söndürtdü - Bu axırıncı o birindən ləzzətli oldu

13 Oktyabr 2017 13:51

Ötən gün "5/5" verlişində Zaur Kamalın qonaqlarından biri Manaf Ağayev olub. Veriliş ilk dəqiqələrdən maraqlı məqamlarla yadda qalıb. Belə ki, Zaur Manafa "Mənlə yol yoldaşı olub, maşında getmək xoşdur, yoxsa təyyarədə?" sualı ilə müraciət edib. Müğənninin "Onu bir Allah bilir, bir də biznən gedən dostlar. Hamısı, ləzzətlidir. Amma bu axırıncı o birindən də ləzzətli oldu. Çünki orada bir material olduye..., evdə..." cavabı aparıcının mikrafonları bağlatması ilə nəticələnib.

Putin MDB-ni SSRİ-yə çevirmək istəyir?

13 Oktyabr 2017 13:49

"Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının və xarici işlər nazirlərinin görüşü keçirildi. Prezidentlərdən əvvəl Soçidə MDB xarici işlər nazirləri görüşdülər. Rusiya pezidenti Vladimir Putinin görüşdə əsas fikri bundan ibarət oldu ki, MDB-ni gücləndirmək lazımdır. Təsadüfi deyil ki, Soçidə prezidentlər MDB-nin strukturlarının effektivliyinin artırılması barədə müzakirə apardılar. Bundan başqa, toplantıda üzv dövlətlər arasında ticarətin artırılması və investisiya əlaqələrinin dərinləşməsi də müzakirə edildi".

Azərbaycanlı aktyoru erməni filminə dəvət etdilər — YAZIŞMANIN FOTOSU

13 Oktyabr 2017 13:45

Tanınmış aktyor-ssenarist Elsevər Mehdizadəyə erməni rejissor tərəfindən filmə çəkilmək təklifi edilib.

"Azərbaycanda qarşıdurma təbliğ edən saytlar aşkarlanıb" — Dövlət Komitəsi

13 Oktyabr 2017 13:42

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq çap və elektron KİV-in monitorinqini aparır". Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov bildirib. 

Səlim Müslümov Ağsuda 5 rayonun sakinləri ilə görüşüb 

13 Oktyabr 2017 13:38

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda həmin rayonun və Şamaxı, Qobustan, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.