Gündəm
Ali təhsil müəssisələri üçün minimum normalar ləğv edildi
"Ali təhsil müəssisələrinin inşaat, maddi-texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum normalar" ləğv edilib. Bununla bağlı Təhsil Nazirliyinin Kollegiyası qərar verib. Qərarda bildirilir ki, Azərbaycan Prezidentinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanına və Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarına əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir və ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipinə uyğun müəyyən olunur.
Prezidentlərin görüş tarixi bəlli oldu
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixi açıqlanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə görüşü keçiriləcək.
Ture: "FİFA və Rusiya hökumətinə köməyə hazıram"
"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture 2018-ci il dünya çempionatı öncəsi təcrübəli havbek bunları deyib: "Gözləmək lazımdır. Çünki heç kimi dəyişikliklər edilməsi maraqlandırmır. İrqçilik halları baş versə, bizim üçün böyük problem olacaq. Bəziləri üçün Rusiya barədə danışmaq çətindir. amma ümid edirəm ki, Rusiya hər kəsi təəccübləndirə biləcək.
Rusiya Mərkəzi Bankı avrodan qızıla keçir
Rusiya Bankı (Mərkəzi Bank) son 10 ildə qızıl-valyuta ehtiyatlarının idarə edilməsində önəmli dəyişikliklər edib. Dəyişikliklər əsasən avro və qızıl ehtiyatlarına aid olub. Belə ki, son 10 il ərzində Rusiya Bankı ehtiyatlarında avronun payını 40%-dən 25,7%-ə endirib. Bu dövr ərzində dolların payı isə 40-49% diapazonunda dəyişib. Mərkəzi Bank bu dövrdə qızıl ehtiyatlarını 8 mlrd. ABŞ dollarından 73,6 mlrd. dollara, yəni 9 dəfədən çox artırıb. Ümimilikdə, oktyabr ayının 1-nə Rusiya Bankının idarəetməsində 424 mlrd. dollar həcmində aktivlər cəmlənib.
Əhalimizin sayı 10 milyona çatır
Ölkə əhalisinin sayı ilin əvvəlindən 57 min 269 nəfər və ya 0,6% artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 867 min 250 nəfərə çatıb. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.
“Uşaq hüquqları aylığı” keçiriləcək
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr – Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilib.
Kredit borcları ilə bağlı cəzalar sərtləşdirilir
verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Təyyarə təcili eniş etdi
Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi təcili eniş etməli olub. Olaylar bildirir ki, 121 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Keniyanın Mombasa hava limanından İstanbula doğru istiqamətlənməli idi. Lakin, təyyarə səmaya qalxar – qalxmaz sərnişinlər qorxu dolu anlar yaşayıb. Belə ki, təyyarənin mühərrəklərinin birində olan problem onun təcili olaraq Mombas hava limanına eniş etməsinə səbəb olub.
Fahriye təkliflərdən uşaq üçün imtina edir?
Türkiyəli aktrisa Fahriye Evcenin iyunda baş tutan toyundan sonra gələn bütün film və serial təkliflərindən imtina etməsinin səbəbi bəlli olub. Burak Özçivitlə ailəli olan aktrisa tezliklə ana olmaq istəyir. Elə buna görə də heç bir layihədə yer almayacaq.
Türk deputatlarla bağlı Bakıdan açıqlama
Təəssüflə qeyd edirəm ki, Türkiyədən olan millət vəkilləri, böyük Atatürkün yaratdığı partiyanın nümayəndələri Azərbaycanın əleyhinə olan qətnamənin qəbul edilməsini dəstəkləyiblər. Bu bir daha onu göstərir ki, Türkiyənin içərisində olan bəzi qüvvələr hələ də Azərbaycan barəsində mənfi fikir yaratmağa çalışırlar.
Azərbaycan Prezidenti: Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq
Tezliklə Bakıdan Sofiyaya birbaşa təyyarə reysləri açılacaq. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
Prezident İlham Əliyev: Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq
Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq. Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq
Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək. Bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib. Profilaktika ilə əlaqədar olaraq telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.
Bakıda insanları zəhərləyən supermarketlər var — EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ
Bir neçə marketdə olduq. Bu marketlərdə müştərilərin ixtiyarına verilən elə məhsul var idi ki, onun qiymətindəki fərq 3-4, bəzən isə 5 manata qədər çatırdı. Qiymət fərqi xarici məhsullarda daha çox nəzərə çarpır. Lakin bu məqamda gömrük rüsumu və digər xərclər bəhanə edilə bilər. Bu səbəbdən də, əsas diqqətimizi yerli istehsalata yönəltdik. Məsələn, bir marketdə eyni şirkətə məxsus, eyni qablaşdırmada olan toyuğun kiloqramı 5,80 AZN idisə, digərində bu 3,40 AZN idi. Kiloqramı 15 AZN olan eyni adlı yağı isə digər dükanda 11,20 AZN-ə verirdilər.
DYP-nin “nömrə əməliyyatı” qalmaqal yaratdı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib. Ötən gün edilən xəbərdarlıqda bildirilir ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək, nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər.














