Gündəm

Bələdiyyələrin səlahiyyətləri artırılır

13 Oktyabr 2017 12:57

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq. “Olaylar” xəbər verir ki, bununla bağlı “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik ediləcək.Qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni-21.4 bəndi əlavə olunacaq.

Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq

13 Oktyabr 2017 12:53

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək.  ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz  18-22° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.

Pakistan səfiri gənclərlə görüşüb

13 Oktyabr 2017 12:43

Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi və Xarici İşlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Gənc Elçilər” proqramı çərçivəsində Pakistan Respublikasının səfirliyində görüş keçirilib.

Elmin İnkişafı Fondu müsabiqə nəticələrini açıqlayacaq

13 Oktyabr 2017 12:42

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ilk dəfə olaraq keçirilmiş “2016-cı İlin Alimi” və “2016-cı İlin Gənc Alimi” mükafat müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçiriləcək.

Baş nazirə sui-qəsd cəhdi — Yəməndə ŞOK HADİSƏ

13 Oktyabr 2017 12:35

Yəmənin baş naziri Əhməd bin Dağr ölkənin Lahic şəhərinə səfər edib. Lahicdə baş nazirə sui-qəsd təşkil edilib. Əhməd bin Dağr isə yaralanmadan qurtula bilib. Naməlum şəxslər baş nazirin kortecinə Sabiha bölgəsində atəş açıblar.

Ermənistanın müdafiə xərcləri artacaq

13 Oktyabr 2017 12:33

Ermənistan müdafiə xərclərini 37 milyard drama qədər artıracaq. Bu barədə İnnovasiya və İnstitusional Araşdırmalar Mərkəzinin rəhbəri Atom Markaryan jurnalistlərlə görüşü zamanı deyib. Onun sözlərinə görə, artım ÜDM-un kontekstində təxminən 1,5 faiz təşkil edir.

Maradona tarix oldu: YENİ REKORD GƏLİR

13 Oktyabr 2017 12:32

İtaliya I Futbol Liqası (A seriyası) komandalarından olan “Napoli”nin kapitanı Marek Hamsik klubun əfsanəsi olan Dieqo Armando Maradonanı geridə qoyacaq. M.Hamsik 14 oktyabrda Roma ilə keçirilən qarşılaşmada qol vurarsa, Maradonanın qol rekordunu təzələyərək həm də yeni rekord qıracaq.

Çin dağlarda tras çəkir - 13,4 milyard dollara

13 Oktyabr 2017 12:30

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb. Məlumata görə, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin ərazisindən keçəcək trasın çəkilməsi 13,4 milyard dollara başa gələcək. Dağlıq ərazidən keçəcək yolun uzunluğu 450 kilometr təşkil edəcək. Hesablamalara görə, yolun hər kilometri 30 milyon dollara başa gələcək. Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil.

ADPU-da  "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq Elmi Konfransı  öz işinə başlayıb

13 Oktyabr 2017 12:28

Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin  və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da "Azərbaycan-Türkiyə münasibətləri" II Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk Şəhidliyi Abidəsini ziyarət edərək "Əbədi Məşəl" kompleksi, həmçinin, Türk Şəhidliyi Abidəsinin önünə gül dəstələri düzüblər.

Bolqarıstan Prezidenti: Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır

13 Oktyabr 2017 12:27

Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Məlumata görə, bunu Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

Bacısına mesaj yazıldığına görə adam öldürən gəncdən XƏBƏR VAR

13 Oktyabr 2017 12:24

Bacısına mesaj yazan şəxsi öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

TSK açıkladı: İdlib'de gözlem noktaları oluşturuluyor

13 Oktyabr 2017 12:21

TSK: İdlib Gerginliği Azaltma Bölgesinde görev yapacak Türk Silahlı Kuvvetleri unsurları, 12 Ekim 2017 tarihinden itibaren Gözlem Noktalarını teşkil faaliyetlerine başlamıştır TSK, Suriye'nin İdlib bölgesinde gözlem noktaları oluşturulmasına başlandığını açıkladı. TSK'dan yapılan açıklama şu şekilde:

Rusiya ABŞ kəşfiyyatçılarını bu üsulla de-şifrə edirdi - ŞEYTANIN BELƏ AĞLINA GƏLMƏYƏN ÜSUL

13 Oktyabr 2017 12:21

Günümüzdə də davam edən Rusiya-ABŞ kəşfiyyat müharibəsinin tarixi keçmişə dayanır. Bu savaşın ən qzığın dövrlərindən biri isə II Dünya müharibəsindən sonra başlanan “soyuq müharibə” vaxtı idi. Amerikalılar rus adı altında Moskvada, ruslarsa amerikalı adı altında Vaşinqtonda sözün həqiqi mənasında “yeraltı döyüş” aparırdı. Amma tarixi mənbələr Rusiyanın ABŞ casuslarını daha çox de-şifrə etdiyini yazır. Bunun səbəbi isə olduqca sadə və maraqlıdır.

“Kara Sevda”nın Nihanı 2500 qadın üçün Bakıya GƏLİR - AÇIQLAMA

13 Oktyabr 2017 12:19

“Kara Sevda” serialında Nihan rolu ilə Azərbaycanda sevilən türkiyəli aktrisa Neslihan Atagül Bakıya gələcək. Məlumata görə, onun gəliş səbəbi “Altın Kelebek Ödülleri” çərçivəsində siması olduğu şampun firmasının təşkil etdiyi gecədir. Bu barədə məlumatı tədbirin mətbuat xidməti verib: “Elektra Evenets Hallda 3 noyabr gecəsi baş tutacaq tədbirdə 2500 qadının iştirakı gözlənilir.