Gündəm
Röya Teymur Abazova dəstək verdi
Əməkdar artist Röya Ayxan dörd gün sonra Gürcüstana yola düşəcək. Sənətçi Marneulidə merliyə namizəd olan Teymur Abazova dəstək olacaq.
“Heç kim mənə əxlaq dərsi keçə bilməz!": Müğənni OD PÜSKÜRDÜ
Həyat yoldaşına xəyanət etməkdə günahlandırılan türkiyəli müğənni Gülben Ergen Seda Sayanın verilişində açıqlama yayıb. Haqqında çıxan xəbərlərə od püskürən ifaçı ilk olaraq eks-həyat yoldaşı Erhan Çelikinin avtomobilinə hücum etməsi ilə bağlı danışıb: “Belə bir açıqlama verdiyim üçün təəssüf edirəm. Hesabat vermək çox pis şeydir. İnsan haqlıdırsa, özünü müdafiə edər. Amma haqsızlıqla üzləşirsə, haqqını tələb etməlidir.
Nursultan Nazarbayevin həyatından bəhs edən kitab Azərbaycan dilinə tərcümə olunub
Bu günlərdə Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin ömür yolundan bəhs edən "Nursultan Nazarbayev. Həyat yolu" kitabı Azərbaycan dilində nəşr olunub. Olaylar bildirir ki, kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan prezidenti Katibliyinin müdiri Mahmud Kasımbekovdur. Kitabda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin insanlara dərs ola biləcək təlatümlü və maraqlı həyatı, odla-alovla apardığı mübarizədən, ölkənin var olmasının ölüm-qalım savaşında yadellilər və böyük güclərlə olan mücadilələrindən danışılır. Kitabın içərisindəki əks olunan sənədlər prezident Nursultan Nazarbayevin şəxsi arxivindən götürülüb.
Xəstəxanada polis həkimi döydü - Azərbaycanda şok olay
Mingəçevir Mərkəzi Xəstəxanasında döyülmə hadisəsi baş verib. Hadisə xəstəxananın Acil şöbəsində qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan polis əməkdaşı xəstəxananın Acil şöbəsinə gələrək növbətçi həkim Elşən Kazımovu vurub. Lakin hadisənin böyüdüyünü görən polis əməkdaşı sonradan həkimin yanına gələrək ondan üzr istəyib və etdiyi hərəkətdən peşman olduğunu bildirib. Məlum olub ki, həkimə qarşı kobudluq edən gənc polis əməkdaşı Acil şöbəsinə gətirilmiş 1959-cu il təvəllüdlü Ağdam rayon sakini Həsənov Mübariz Niyazi oğlunun övladıdır. O, hazırda paytaxtda polis əməkdaşı kimi xidmət edir.
"Ədəbiyyatsız dünya” çap olundu
“Ədəbiyyatsız dünya” adlı yeni tərcümə kitabı çap olunub. Kitabı Azərbaycan dilinə tanınmış şair Qismət Rüstəmov tərcümə edib. “Ədəbiyyatsız dünya” kitabına məşhur dünya yazarlarının ədəbiyyat və sənət məsələləri haqqında esseləri toplanıb.
Teatrda premyera olacaq
Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdi. Olaylar bildirir ki, teatrın bədii şurası “Yaşıl adam” tamaşasının yeni versiyada hazırlayıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlib. Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.
Təhsil işçilərinin sosial vəziyyəti yaxşılaşdırılacaq
Məktəbəqədər təhsildə əsas çətinliklərdən biri də motivasiyalı əməkhaqqı sisteminin tətbiq olunmamasıdır. Bu barədə "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Qeyd olunur ki, məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramının hazırlanması nəzərdə tutulsa da, yalnız məktəbəhazırlıq məsələləri ilə bağlı dövlət proqramı hazırlanıb. Yüksək ixtisaslı pedaqoqların hazırlanması istiqamətində işlər sürətləndirilə və məktəbəqədər təhsilin inkişafı istiqamətində dövlət proqramı hazırlana bilər.
MEK İƏT dövlətlərinin Mədəniyyət İnstitutu Kitabxanasına xüsusi ədəbiyyat təqdim edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət ünvanlanıb. Müraciətdə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyətlərinin təbliği, mədəni inteqrasiyasının, eyni zamanda mənəvi əlaqələrin gücləndirilməsi məqsədilə Mədəniyyət İnstitutu nəzdində xüsusi kitabxananın təsis edilməsi və üzv dövlətlər arasında Mədəniyyət İnstitutu Kitabxanalarının (MİK) inkişafına xidmət edə biləcək sənədlərin mübadiləsi fikri səsləndirilib. Olaylar bildirir ki, təklifi müsbət qiymətləndirən AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA elmi müəssisələrinin iştirakı ilə müxtəlif elm sahələri üzrə ədəbiyyat hazırlayaraq İƏT-ə üzv dövlətlərin MİK-nə çatdırmaq üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri və İƏT-in Daimi Nümayəndələr Şurasında daimi nümayəndəsi cənab Bünyad Hüseynova təqdim edib.
MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 1918-1920-ci illərdə 23 ay mövcud olan, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Bu şanlı tarixi yaradanların əziz xatirəsini əbədiləşdirmək, tarixi dövlətçilik irsimizin qorunub saxlanılmasına töhfə vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hazırlıq haqqında müvafiq sərancam imzalamışdır. Sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, Nazirlər Kabineti tərəfindən tədbirlər planının hazırlanıb həyata keçirilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasının keçirilməsi tövsiyə edilib.
Sabiq baş nazir prezident olmaq istəyir
“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək. Bu barədə “NewsOne” telekanalı məlumat verib.
Araz Ağalarovun qabırğaları sındı
Azərbaycan əsilli rusiyalı oliqarx Azar Ağalarov idmanla məşğul olarkən iki qabırğasını sındırıb. Biznesmen bu barədə Zhara TV-yə “Crocus Fitness”in təqdimat zamanı deyib.
Türkoloq alim Gənclər Klubunun üzvləri ilə görüşdü
Bilik Fondunun "İl boyu bilik" proqramına uyğun olaraq, Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecində filologiya üzrə fəlsəfə doktoru, tarix üzrə elmlər doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısı Güllü Yoloğlu Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri və kollec tələbələri ilə görüşüb. Olaylar bildirir ki, tədbiri giriş sözü ilə Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva açaraq, Gənclər Klubu haqqında məlumat verib, gənc tarixçilərin mühazirə və elmi seminarlarda, müzakirələr və elmi turlarda fəal iştirakı barədə danışıb.
Çin döyüş sənəti üzrə master-klass keçirilib
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Tai chi chuan” - ənənəvi Çin döyüş sənəti və müxtəlif sağlamlıq gimnastikası üzrə master-klass keçirilib. Olaylar bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Konfutsiçilik fəlsəfəsinə, təbiət qanunlarına əsaslanan “Tai chi chuan” sənətinin ortaya çıxması tarixindən və insanın özünün inkişafın unikal bir sistemi olmasından bəhs edib.
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzaları yüngülləşdirilir. Amma bu xətaya görə əlavə cəza növü olan azadlığın məhdudlaşdırılmasının tətbiqi təklif edilir. Bəzi şəxslər isə qoluna taxılan elektron qolbaqla izlənəcək. Kredit borcuna görə 3 il həbs cəzasının 2 ilə endirilməsi təklif edilir. Kredit borclarını qəsdən ödəmiyənlər üçün azadlıqdan məhrum etmə cəzası yüngülləşdirlir.
Kraliçanın 100 milyonluq yaxtası mübahisələr doğurdu
Böyük Britaniya kraliçası II Elizabet üçün tikilməsi nəzərdə tutulan 100 milyon funt-sterlinq dəyərində yaxta mübahisələr doğurub. Daily Telegraph qəzetinin yaydığı məlumata görə, bəzi nazirlər 104 metrlik özəl yaxtanın düzəldilməsinə razılıq veriblər.














