Teatrda premyera olacaq

Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdi. Olaylar bildirir ki, teatrın bədii şurası “Yaşıl adam” tamaşasının yeni versiyada hazırlayıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlib. Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın "Qrinç" - ("Yaşıl adam") əsəri əsasında eyniadlı tamaşanın hazırlanmasına start verilib. Sözügedən əsər ötən ilin dekabr və bu ilin yanvar ayında yeni il tamaşası olaraq kiçik yaşlı tamaşaçılara təqdim edilmişdi. Olaylar bildirir ki, teatrın bədii şurası "Yaşıl adam" tamaşasının yeni versiyada hazırlayıb, il ərzində mütəmadi olaraq nümayiş olunması barədə qərara gəlib.

Əsərin səhnələşdirəni və quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtbatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Tamaşanın yeni versiyasında rolları teatrın istedadlı aktyorları Ramil Məmmədov, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Nuriyyə Əliyeva, Könül Əbilova, Nuranə Hüseynova, Natiq Fərzəliyev, Vahid Orucoğlu, Xəyalə Meydanova, Aygün Fətullayeva və b. ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası oktyabr ayının 28-i, saat 12:00-da və 14:00-da baş tutacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31