Gündəm
Azərbaycanda bu sahədə xidmət göstərənlərə medal veriləcək
Azərbaycanda yeni medal təsis olunur. “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif edilir. Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif ediləcək.
İran İraq Kürdüstanı ilə quru sərhədini bağladı
İran İraq kürd muxtariyyəti ilə quru sərhədini bağlayıb. Bu barədə bazar günü “Al Mayadin” telekanalı məlumat yayıb. Tehrandan məsələ ilə bağlı rəsmi təsdiq hələlik yoxdur.
Acun açıqladı
TV 8 kanalının sahibi Acun İlıcalı “O səs Türkiyə”nin münsif kürsüsündə əyləşən müğənni Yıldız Tilbe haqqında açıqlama verib. O İnstaqram hesabında ifaçını müdafiə edib: “Son günlərdə xəbər tapmaqda çətinlik çəkən bəzi jurnalistlər Yıldız Tilbe ilə bağlı olmayan bir xəbəri gündəmə gətirməyə çalışır. Ona “O Səs Türkiyə” çəkilişlərində yaşandığı iddia edilən hadisə yalan və böhtandır. Yıldız Tilbe əcnəbi dil bilmədiyi, başqa dillərdə deyilən sözləri tam başa düşmədiyi üçün geri dönmədiyini deyib. Onun bu səmimi sözlərinin irqçiliklə nə bağlılığı ola bilər?!
Əməkdar artist: “Toylara getmirəm, bizneslə qazanıram”
“Allah həmişə yaxşı adamları ətrafımda bol eləyir. Əgər bir tərəfdən çətinlik olursa, qarşımda başqa yerdən qapı açılır”. Bu sözləri əməkdar artist Aygün Bəylər “Günə davam” verilişində deyib. Muğam ifaçısı artıq toy məclislərinə getmədiyini bildirib:
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Yağlı yeməklər orqanizmdə piylənməyə səbəb olmaqla yanaşı, insan beyninin fəallığını da azaldır. Bu yaxınlarda aparılan tədqiqatlar da insan beyninin qeyri-düzgün qidalanma nəticəsində intellektual və keyfiyyətli fəaliyyətini yavaş-yavaş itirdiyi təsdiq olunub. Vircinya ştatının Tibb kollecindən olan bir qrup alimin uzun müddətli araşdırmaları sona çatıb. Siçanlar üzərində aparılan tədqiqatlarda həqiqətən də qidalanma pozğunluğu və yağlı yeməklərin təsirindən beyində yaddaş genlərinin balansının pozulmasına rast gəlinib.
Qırğızıstanda prezident seçkiləri keçirilir
Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir. Qırğızıstan vaxtı ilə səhər saat səkkizdə ölkə ərazisində 2 375 seçki məntəqəsi açılıb. Seçicilərin ümumi sayı 3 025 768 nəfərdir. Bunların 2 908 455-i Qırğızıstanda, 18 580 seçici isə xarici ölkələrdə səs verəcək.
Litvalı müxbirlər Cocuq Mərcanlıda
Litvanın “Lietuvos jinios” qəzetinin müxbiri Aidanas Praleika və fotoqraf Romualdas Jurgaitis Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib. Horadiz-Cəbrayıl avtomobil yolunun kənarındakı “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra qonaqlar Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər.
Azərbaycanda yeni sosial şəbəkə fəaliyyətə başlayıb
Azərbaycanda “Equpy” adlı yeni sosial şəbəkə fəaliyyətə başlayıb. Bu barədə “Report”a “Equpy” sosial şəbəkəsinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bu sosial şəbəkə digərlərindən öz istifadə rahatlığı və bəsitliyi, həmçinin funksiyalarının çoxluğu ilə fərqlənir.
Məscid yandırıldı
Azərbaycanda at əti satışının qarşısı alındı
Bərdə Rayon Baytarlıq İdarəsi Karantin polisi ilə birgə rayon ərazisində at əti satışının qarşısını alıb. Keçirilən reyd zamanı rayonun Bakı küçəsində yaşayan Novruzova Vəsilə Ərşad qızı və onun oğlu Niyamədin Novruzovun yaşadığı evin həyətindəki tikilidə 110 kq at əti aşkar edilib.
"Facebook"dan daha bir YENİLİK
“Facebook” yemək sifarişi qəbul etməyə başlayacaq. Sosial media nəhəngi “Facebook” ABŞ-da yemək sifarişlərinin qəbuluna başlayacaqlarını açıqlayıb. Xidmət hələ ki, yalnız ABŞ-da göstəriləcək. “Evə çatdırılma” və “restorandan al” seçimləri ilə müştəriyə xidmət edəcəklər. Həmçinin, istifadəçiləR restoranlar haqqında dostlarının rəylərini də oxuya biləcəklər. Hazırda məhdud sayda restoranlar var.
“Zəng” tamaşası Adanada nümayiş olunacaq
Oktyabrın 16-dan noyabrın 1-dək Türkiyənin Adana şəhərində 4-cü Şəhər Teatrları Görüşü baş tutacaq. Tədbir Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları tərəfindən təşkil ediləcək. Teatrlar görüşündə Türkiyə, Azərbaycan, Gürcüstan və Şimali Kiprdən gələn 18 teatr qrupu iki həftə sənətsevərlərlə bir arada olacaq. Ölkəmizi bu tədbirdə təmsil edəcək A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı oktyabrın 19-da “Zəng” tamaşasını nümayiş etdirəcək.
“Nar bağı” filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında
Noyabrın 9-dan 16-dək Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalı keçiriləcək. Festival Malatya Valiliyinin dəstəyi ilə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilir. Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi festivalın beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında ölkəmizi təmsil edəcək. Baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova festivalda iştirak edəcəklər. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.
Mirzə Ələkbər Sabirin virtual muzeyi təqdim edildi
ABŞ-da ölümcül virus yayılır
Kaliforniyadakı meşə yanğınlarında ölənlərin sayı 36 nəfəri keçdiyi bir vaxtda yeni bir təhlükə insanları vahiməyə salıb. Ölkənin bir çox ştatlarında "Hepatit A" virusu yayılıb. Kaliforniya, San Dieqoda fövqəladə vəziyyət elan edilib.








.jpg)





