Gündəm

Tibb Universiteti beynəlxalq Eduroam şəbəkəsinə qoşulub

16 Oktyabr 2017 10:02

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada ölkəmizdə elm və təhsilin informasiya təminatının gücləndirilməsi, infrastrukturunun müasirləşdirilməsi, bu sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi kimi mühüm vəzifələr müəyyən edilmişdir. Olaylar bildirir ki, bu sahədə həyata keçirilən islahatlara dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri ilə yanaşı, respublikanın ali təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən istifadəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.

31 yaşlı Sebastyan Kurts Avstriyanın yeni kansleri olacaq

16 Oktyabr 2017 09:56

Avstriyada keçirilən növbədənkənar parlament seçkiləri başa çatıb. İlkin nəticələrə görə, seçkilərdə ölkənin xarici işlər naziri, 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi mühafizəkar əhval-ruhiyyəli Avstriya Xalq Partiyası (ANP) liderlik edir. Partiya lideri indi Nazirlər Kabinetinin formalaşdırılması səlahiyyətinə sahib olacaq. Bundan əlavə, qələbə Kurtsa respublikanın kansleri postunu tutmaq imkanı verəcək.

Məşhur Rotşildlər nəslinin nümayəndələri Əlyazmalar İnstitutunda 

16 Oktyabr 2017 09:47

Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Olaylar bildirir ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və burada qorunub saxlanılan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətləri barədə məlumat verilib.

Şamaxıda 10-cu sinif şagirdi özünü asıb

15 Oktyabr 2017 20:17

Şamaxı rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.  Qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Polad Məhəmməd oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən kəndirlə asaraq intihar edib.

Hərbi xidmətlə bağlı qanuna dəyişiklik edilir

15 Oktyabr 2017 20:11

Müddətli həqiqi hərbi xidmətdə olan  qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı həhsil müəssisələrinin kursantlarına hərbi xidmət üzrə məhdudlaşdırma cəzası verilməyəcək. Bununla bağlı Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) maddəsinə dəyişikliklər edilir.

Qırğızıstanda prezident seçkiləri başa çatdı

15 Oktyabr 2017 20:09

Qırğızstanda keçirilən prezident seçkiləri yerli vaxtla 20:00-da başa çatıb. Saat 17:00-a seçicilərin 40,12%-i və yaxud 1 213 803 nəfər səs verib. Səslərin 47 faizi, yəni 486 min səs sayılıb. Qırğızıstan Mərkəzi Seçki Komissiyası bu səslərin 233 minini hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekovun qazandığını açıqlayıb.

Tillersonun Bərzaniyə məktubu üzə çıxdı

15 Oktyabr 2017 18:49

ABŞ Dövlət katibi Reks Tillersonun Şimali İraq Kürd Muxtariyyətində keçirilən 25 sentyabr müstəqillik referendumundan əvvəl Məsud Bərzaniyə məktub yazıb. Dövlət katibinin məktubunu “Blomberq” agentliyi üzə çıxarıb. Xəbərə görə, dövlət katibi M.Bərzaniyə məktubu sentyabrın 23-də göndərib.

Məşhur yazıçıdan gözlənilməz etiraf: "Biseksualam"

15 Oktyabr 2017 18:44

Məşhur türkiyəli yazıçı Elif Şafak biseksual olduğunu açıqlayıb. O, bunu etiraf etmək üçün bu vaxta qədər cəsarət tapmadığını deyib: "Biz yazıçılar hər zaman bir hekayə ardınca qaçırıq. Eyni zamanda, siyasi və mədəni tabular, səsimizi ucadan çıxara bilmədiyimiz mövzularla da maraqlanırıq. Bunlar bizim cəsarət tapıb haqqında danışa bilmədiyimiz şeylərdir. Lakin, mən həmişə cinsiz azlıqlar, qadın və LGBT haqları haqqında yazmağa çalışmışam".

Ölkədə 3 günlük matəm elan olundu

15 Oktyabr 2017 18:41

Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 189-a çatıb, 200-dən çox adam yaralanıb. Partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb. Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib.

Zəlzələ - MİNGƏÇEVİRDƏ

15 Oktyabr 2017 18:38

Mingəçevir rayonunda 3.3 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla 15:38-də baş verib.

Azərbaycan Çinə şərab ixrac edəcək

15 Oktyabr 2017 11:39

Çin Azərbaycanın qeyri-neft məhsulunun ixracı üçün əsas hədəf bazarıdır. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov deyib. Onun sözlərinə görə, hazırda doqquz Azərbaycan şirkəti Çinə şərab ixracı barədə saziş imzalayıb: "Təsadüfi deyil ki, biz Honkonqda şərab məhsulları sərgisində iştirak etdik və artıq Çinə iki ixrac missiyası göndərmişik.