Məşhur Rotşildlər nəslinin nümayəndələri Əlyazmalar İnstitutunda
Məşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Olaylar bildirir ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və burada qorunub saxlanılan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətləri barədə məlumat verilib.
16 Oktyabr 2017 09:47 MədəniyyətMəşhur Rotşildlər nəslinin nümayəndələri - Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Olaylar bildirir ki, Humanitar Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli ilə görüşdə qonaqlara müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri, əldə olunmuş nailiyyətlər və burada qorunub saxlanılan əlyazmalar, onların toplanma, bərpa xüsusiyyətləri barədə məlumat verilib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək hazırda əlyazmaların elektronlaşdırılması istiqamətində işlərin aparıldığını bildirib.
Daha sonra qonaqlar institutun Sərgi salonunda nümayiş olunan eksponatlarla, o cümlədən Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının ibri əlifbasındakı əlyazma nüsxəsi, farsca "İncil" və "Musa qoyun otarır" adlı nadir ilüstrasiya ilə tanış olublar.
Görüşün sonunda ibri əlifbasında olan bir sıra əlyazmaların elektron variantları qonaqlara hədiyyə edilib.