“Nar bağı” filmi 7-ci Malatya Beynəlxalq Film Festivalında

Noyabrın 9-dan 16-dək Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalı keçiriləcək. Festival Malatya Valiliyinin dəstəyi ilə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilir. Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi festivalın beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında ölkəmizi təmsil edəcək. Baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova festivalda iştirak edəcəklər. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib.

Noyabrın 9-dan 16-dək Türkiyədə 7-ci Malatya Beynəlxalq Film Festivalı keçiriləcək. Festival Malatya Valiliyinin dəstəyi ilə Malatya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilir. Rejissor İlqar Nəcəfin "Nar bağı" bədii filmi festivalın beynəlxalq uzunmetrajlı filmlər müsabiqə proqramında ölkəmizi təmsil edəcək. Baş rolların ifaçıları Qurban İsmayılov və İlahə Həsənova festivalda iştirak edəcəklər.

"Nar bağı" bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Film" kino şirkəti birgə istehsal edib.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31