Gündəm
Rusiya yeni "İsgəndər" raketlərini sınaqdan çıxarıb
Rusiya yeni "İsgəndər" raketlərini sınaqdan çıxarıb. Məlumata görə, "İsgəndər" kompleksləri üçün yeni raketlərin sınağı Həştərxan vilayətində "Kapustin Yar" poliqonunda keçirilib.
Magistral yolda rəngləmə işləri aparılacaq
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.
Azərbaycan Yazıçılar Birliyi Türkiyənin Moldovadakı səfirini mükafatlandırdı
Türkiyənin Moldovadakı səfiri Hulusi Kılıç Azərbaycan Yazıçılar Birliyinin dəvəti ilə Bakıya gəlib. “OLAYLAR”-ın xəbərinə görə, səfir özünün facebook profilində bu barədə məlumat verib. Hulusi Kılıç qeyd edib ki, səfərdə məqsəd Azərbaycan Yazıçılar Birliyi tərəfindən ona verilməli olan “The First-Türk Dünyası Mükafatı”nın təqidmetmə mərasimində iştirakdır.
İqtisadiyyat Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Azərbaycan-Belarus biznes forumu keçirilib
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes forumu keçirilib.
Lənkəranda gənclər üçün treninq keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün treninq keçirilib.
Nazirliyə edilən müraciətlərin 70,4 faizi müsbət həll olunub
2017-ci ilin 9 ayı ərzində vergi orqanlarına 74 609 müraciət daxil olub ki, onların 93,2 faizi ərizə, 7,3 faizi şikayət, 0,2 faizi təklifdir.Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Olaylar”a verilən məlumata görə, müraciətlərin 38,7 faizi müxtəlif arayışların alınması, 31,6 faizi kameral vergi yoxlamaları, 10,4 faizi vergi borcları, 2,8 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 2,5 faizi vergi qanunvericiliyinin tətbiqi və digər məsələlərlə bağlıdır. Bütün müraciətlərə vaxtında baxılıb, onların 70,4 faizi müsbət həll olunub.
Düşmən 122 dəfə atəşkəs rejimini pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Əflatun Amaşov QDİƏTPM-nın komitə iclasına qatılacaq
Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 49-cu iclasında iştirak etmək üçün bu gün Albaniyanın paytaxtı Tiranaya səfər edəcək.
Siyasi şərhçi: “Ermənistan əməldə tamam başqa işlə məşğuldur”
"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü uzun fasilədən sonra baş tutdu. Ötən ilin aprel hadisələrindən sonra Ermənistanda bir qədər boğazdan yuxarı bəyanatlar səslənirdi". Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Millət vəkili: "Sarkisyan daima idarə olunur" AÇIQLAMA
"Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu, əvvəllər də olub. Çünki öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır". Bu fikirləri millət vəkili Tahir Rzayev deyib.
Ukrayna müharibə üçün HƏRƏKƏTƏ KEÇDİ: "Rusiyanın rahatlığını pozacağıq"
Ukrayna donanması Rusiyaya qarşı hərəkətə keçib. Donanma Rusiyanın Qara dənizdəki flotuna qarşı “qurd sürüsü” adlı taktikadan istifadə etməyi planlaşdırıb. Ukraynalı general Aleksandr Requla taktika haqqında məlumat verib: “Taktika tək bir düşmənə qarşı bir neçə zirehli müharibə gəmisi ilə eyni zamanda, hücuma keçməyi ehtiva edir.
Müsəlman bayramları: olsun, olmasın - Almaniya çalxalanır
Almaniyanın daxili işlər naziri Tomas de Mezyerin ölkənin bir sıra bölgələrində İslam bayramlarının qeyd olunması barədə təklifini Almaniya Katoliklərinin Mərkəzi Komitəsi dəstəkləyib.
Məşhur aparıcı FETÖ –dən şübhəli bilindi
Türkiyə Bakırköy Respublika Prokurorluğu FETÖ terror qruplaşmasına məxsus qarşı bir neçə nəfər haqqında arşdırmalara başlayıb. Olaylar bildirir ki, şübhəli şəxslər arasında Ailə və Sosial Siyasət naziri Fatma Betül Kayanın həyat yoldaşı, FOX TV – nin məşhur səhər aparıcısı İsmayıl Küçükkaya və sərbəst vəkil kimi fəaliyyət göstərən Fidel Okan da var.
7 polis həlak oldu – Pakistanda
Pakistanın cənub-qərbindəki Baloçistan əyalətinə bombalı hücum təşkil olunub. Olaylar bildirir ki, hücum nəticəsində yeddi polis məmuru həlak olub, 22 nəfər yaralanıb. Yaralılar Kuetta Dövlət Xəstəxanasına yerlə.dirilib. Pakistanın təhlükəsizlik rəsmiləri Küetta şəhərinin Sariab Mill rayonunda yerləşən Kuetta-Sibbi yolunda 35 nəfərlik polis konvoyunun keçməsi ilə partladıldığını elan edib.














