Millət vəkili: "Sarkisyan daima idarə olunur" AÇIQLAMA
"Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu, əvvəllər də olub. Çünki öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır". Bu fikirləri millət vəkili Tahir Rzayev deyib.
18 Oktyabr 2017 11:28 Siyasət"Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu, əvvəllər də olub. Çünki öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır". Bu fikirləri millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, düşmən ölkə prezidenti dövlət rəhbəri kimi tanınmır: "Bu gün hər birimiz biliriki ki, Ermənistanın himayəçisi kimdir və Dağlıq Qarabağ münaqişəsinin həllinə kim mane olur. Məhz bunun nəticəsidir ki, Ermənistan prezidenti görüş zamanı başqa, görüşdən sonra isə tamamilə fərqli fikirlər irəli sürür. Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daima idarə olunur. Ona görə də buna təbii baxmaq lazımdır".
Deputat əlavə edib ki, Ermənistan prezidenti Serj Sarkisyan müstəqil siyasət yeritməyi, danışıqlarda öz sözünü deməyi bacarmayan bir şəxsdir. Serj Sarkisyan daima himayədarlarının fikirləri ilə hərəkət edib və sona qədər də belə olacaq".