Gündəm

3 media şirkəti bağlandı

18 Oktyabr 2017 12:44

İsrail ordusu Qərb Şeriyada  üç media şirkəti ilə bir mətbəəni bağlayıb. Olaylar bildirir ki, İsrail əsgərləri, Ramallah, El-Xəlil və Nablusda fəaliyyət göstərən "Palmedia", "TransMedia" və "RamSat" şirkətlərinə basqın təşkil edib.

Azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən qadının məhkəmə baxışı başlayıb

18 Oktyabr 2017 12:40

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda prokuror ittiham aktını elan edib.

Separatçı Dağlıq Qarabağ rejiminin əsas sponsorlarından biri ölüb

18 Oktyabr 2017 12:37

Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən əsas fiqurlardan olan erməni biznesmen Levon Ayrapetyan ölüb. Bu barədə onun ailəsindən bildirilib. 68 yaşında ölən L. Ayrapetyan Moskvada dəfn olunacaq.

Dövlət Komissiyası: Bu il Azərbaycanda 390 nəfərin İİV-ə yoluxduğu müəyyənləşib

18 Oktyabr 2017 12:36

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfərdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan  bildirilib ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir. 

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində yeni körpünün təməli qoyulub

18 Oktyabr 2017 12:34

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib. Məlumata görə, mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Medvedev Avropa Birliyinə görə Yerevana gedir

18 Oktyabr 2017 12:23

Rusiya baş naziri Dmitri Medvedev oktybarın 24-də Yerevana səfər edəcək. Oktyabrın 18-də xüsusi reyslə təhlükəsizlik xidməti və protokol xidmətinin əməkdaşları da Yerevana gələcəklər.

İflic olan Könül Xasıyeva 500 min manatını mənimsəyən qadından danışdı

18 Oktyabr 2017 12:21

"Xəzər" telekanalında Zaurun qonağı səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva olub. Aparıcı xanım sənətkara "Eşitdim ki, Könül xanımın 500 min manat pulunu kimsə mənimsəyib. Bu doğrudurmu?" sualı ilə müraciət edib.

Zərərçəkən Maşallah Əhmədov barəsindəki qərardan Ali Məhkəməyə şikayət etdi

18 Oktyabr 2017 12:05

Dələduzluqda təqsirləndirilən futbolçu Maşallah Əhməov barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib. Bu barədə zərərçəkmiş Yusif Əzizov məlumat verib.

Moskvada erməni taksi sürücüsü 100 nəfəri zəhərləyərək öldürüb

18 Oktyabr 2017 12:02

Moskvada müştəriləri  zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb. İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. KİV-in yazdığına görə, milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar ola bilər. Onların arasında tanınmış aparıcı Artur Bitov da var.

Cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb

18 Oktyabr 2017 11:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi yaradılıb.

İraq ordusu Kərkük və digər mübahisəli əraziləri ələ keçirib

18 Oktyabr 2017 11:57

İraq ordusu bundan əvvəl kürd administrasiyanın əlində olan mübahisəli ərazilərə nəzarəti tam təmin etdiyini bəyan edib. Məlumata görə, bununla əlaqədar zəfər elan edən rəsmi Bağdad bu istiqamətdə aparılan hərbi əməliyyatların uğurla başa çatdığını bildirib.

Objective Baku: How Hitler Lost the Battle for Oil receives UK premiere in the Palace of Westminster

18 Oktyabr 2017 11:55

On 17 October – less than one month before the Remembrance Day commemorations across the UK – a landmark documentary about a lesser-known battle of the war was shown to a packed audience of over 100 multinational Londoners in Committee Room 12 of the House of Lords in the UK Parliament. The screening was organised by Mark Menzies MP, Vice-Chairman of the All-Party Parliamentary Group for Azerbaijan, for which The European Azerbaijan Society (TEAS) provides the secretariat. Over 100 Azerbaijanis, military historians and multinational friends of Azerbaijan were in attendance. The event followed the European premiere at the Musée de l’Armée in the Hôtel National des Invalides in Paris. Using digitally restored and colourised unique archival footage, the film details the bravery of the Azerbaijanis who participated in the war as part of the Soviet army to combat Fascism, with some 400,000 losing their lives and half a million being wounded. Altogether, 128 Azerbaijanis had the title Hero of the Soviet Union conferred upon them. This documentary film entitled Objective Baku: How Hitler Lost the Battle for Oil, was produced by Louis Vaudeville for CC&C Productions, in collaboration with Baku Media Centre, with the support of the Heydar Aliyev Foundation, and directed by Robert Mugnerot.

Tahir Rzayev: Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daim idarə olunur

18 Oktyabr 2017 11:55

Ermənistan prezidenti Serj Sarkisyan müstəqil siyasət yeritməyi, danışıqlarda öz sözünü deməyi bacarmayan bir şəxsdir. Bu barədə millət vəkili Tahir Rzayev deyib. Millət vəkili bildirib ki, Serj Sarkisyan daim himayədarlarının fikirləri ilə hərəkət edib və sona qədər də belə olacaq: "Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil. Bu əvvəllər də olub. Çünki o öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır.

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” - Filmi Londonda

18 Oktyabr 2017 11:53

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Qeyd edək ki, Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə “Musée de l’Armée” Ordu Muzeyində filmin Avropa premyerası keçirilib. Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

Deputat: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır

18 Oktyabr 2017 11:53

Azərbaycan hüquqi dövlət yolunda inamla irəliləyir, inkişaf edir, dövlətçilik möhkəmlənir və idarəetmə sistemində daim uğurlu islahatlar aparılır. Bunu Milli Məclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə verdiyi sərəncamlarla sonuncu Konstitusiya dəyişikliklərinə uyğun olaraq idarəetmə sistemində, ali icra hakimiyyəti oqranında islahatlar başlayıb: “Əvvəla vitse-prezidentlik institutu yaradıldı, birinci vitse-prezident təyin oldu və birinci vitse-prezidentin aparatı, iş strukturu formalaşdırıldı və uğurla da fəaliyyət göstərir.