Gündəm

12 saat işləyən yeniyetmə maniken  podiumda komaya düşüb öldü 

29 Oktyabr 2017 16:52

Çinin Şanxay şəhərində keçirilən moda həftəsində 12 saat podiumda qalan model yorğunluqdan dolayı komaya düşərək dünyasını dəyişib. Podiumda 12 saat qalan 14 yaşlı Vlada Zyuba yorğunluqdan komaya düşüb. İki gün reanimasiyada qalan yeniyetmə modeli edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb və hayatına vəda edib. 3 saat yerinə 12 saat işlədildi…

Oqtay Əliyev Dilarənin ad günündə ona ev hədiyyə etdi, özü də başqa ölkədə

29 Oktyabr 2017 16:49

Tanınmış rejissor və prodüsser Oqtay Əliyev xanımı Dilarə Əliyevaya ad günündə ev hədiyyə edib. Bu haqda “İnstagram”da paylaşılan fotonun şərhində qeyd edilib:

Atəşkəs rejimi uzadıldı - İraq hökuməti ilə kürdlər arasında

29 Oktyabr 2017 16:47

İraqın hökumət qüvvələri ilə Kürd hərbiləşdirilmiş birləşmələri (“peşmərgə”) hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər. Bu barədə bazar günü “Shafaq News” xəbər portalı məlumat yayıb.

Məmur oğurlandı

29 Oktyabr 2017 16:44

Pakistanda Əfqanıstanın Kunar əyalətinin qubernator müavini oğurlanıb. Bu barədə DAWN nəşri Pakistan polisinə istinadən məlumat yayıb. Hadisə cümə günü Peşavar şəhərində baş verib, ancaq KİV bu barədə bu gün məlumat əldə edib. Peşavara müalicə məqsədi ilə gələn Kunar əyalətinin qubernatorunun müavini Qazi Məhəmməd Nəbi Əhmədini naməlum istiqamətə aparıblar. Hələ ki, heç bir qruplaşma qubernator müavininin oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürməyib.

İstanbul teraktın qarşısı alınıb, 4 nəfər saxlanılıb

29 Oktyabr 2017 16:40

İstanbul polis Departamenti Bayrampaşada ələ keçirilən terrorçu haqda yazılı bəyanat verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, ticarət mərkəzinin dayanacağında partlayıcı ilə yüklənmiş avtomobil və minalanmış motosiklet saxlanılıb.

Silah arsenalı tapıldı - Sumqayıtda

29 Oktyabr 2017 16:39

Sumqayıtda çoxlu sayda hərbi sürsat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, 28 Oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində silah-sursatın olması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Taliban əfqan polis dəstəsini yox etdi

29 Oktyabr 2017 16:37

Taliban hərəkatı ilə toqquşma zamanı 13 Əfqanıstan polisi həlak olub. Bu barədə informasiyanı "Pajvak" agentliyi yayıb. Agentlik toqquşmanın Qunduz vilayətində baş verdiyini bildirib.

Arvad qonağa qoşulub qaçdı

29 Oktyabr 2017 16:35

Türkiyədə ayaqqabı təmiri ilə məşğul olan 45 yaşlı Ali Osmanın xeyirxahlıq etmək istəyi başına bəla olub. Ali Osman yaxın dostuna yaxşılıq etmək üçün bir neçə günlük evində qalmağa icazə verib. O, iki gün sonra işdən evə qayıtdıqda arvad, uşaq və qonağın evdə olmadığını görüb.

Sualtı qayıqda qalmaqal: Əsgərlər narkotik üstündə, komandir isə qadınla yaxalandı

29 Oktyabr 2017 12:54

İngilis donanmasının sualtı qayığı üçün başladılan istintaqda 9 əskər seks və narkotik qalmaqalından dolayı xidməti vəzifəsindən uzaqlaşdırılıb.  “Daily Mail” qəzetinin yayımladığı xəbərdə istintaq zamanı narkotik testinə məruz qalan 9 əsgərin nəticələri müsbət çıxıb. Donanma komandiri, qanında kokain təsbit edilən əsgərlər xidməti vəzifələrindən uzaqlaşdırılıblar. Xəbərə görə, sualtı qayıqda təşkil edilən şənlikdə əsgərlərin narkotik maddədən istifadə etdiyi və aralarından bir əsgərin də həyat qadını ilə cinsi əlaqədə olduğu deyilir.

14 gündür komada olan millət vəkilindən xəbər var - Xanımının əlini sıxdı

29 Oktyabr 2017 12:52

14 gündür komada olan Deniz Baykal ilk dəfə xanımı Olcay Baykalın əlini sıxaraq reaksiya verib. İki həftədir reanimasiyada olan və vəziyyəti yaxşılığa doğru gedən CHP-nin sabiq lideri Deniz Baykalın səhhəti yaxşılaşmağa doğru gedir. Hətta xanımı Olcay Baykalın ilk dəfə əlini sıxdığı açıqlanıb.

Sabah hökm oxunacaq

29 Oktyabr 2017 12:50

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinə elan olunacaq hökmün vaxtı məlum olub.

13 polis öldürüldü

29 Oktyabr 2017 12:40

Deputat qəzaya düşdü

29 Oktyabr 2017 12:38

Ədalət və İnkişaf Partiyasının deputatı, Türkiyə siyasətinin aktiv üzvlərindən olan Şahin Tin avtoqəzaya düşüb. Deputat Dənizli-İzmir yolunda qəzaya düşüb. Onun olduğu avtomobildə AKP-nin Dənizli təşkilatının sədri Nəcib Filiz, sabiq deputat Məhmət Yuksel və daha 8 nəfər olub.

Bu dəfə Kamran Həsənli danışdı: "Samirin bütün yalanlarını üzə çıxardım"

28 Oktyabr 2017 16:43

Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı uzun müddətdir davam edir.  Sənətçi K.Həsənlinin ondan 110 min dollar aldığını və illərdir geri qaytarmadığını bildirib. S.Piriyev məhkəməyə müraciət edib və K.Həsənliyə qarşı cinayət işi açılıb.  Kamran Həsənli iddiaları uzun müddət cavabsız qoysa da, bu dəfə susqunluğunu pozub. O, saytımıza açıqlamasında müğənninin onun əleyhinə verdiyi açıqlamalara münasibət bildirib: