Gündəm

Məşhur aktrisa PKK – nı təbliğ edir?

30 Oktyabr 2017 09:34

Məşhut türk aktrisası Hazl Ergüc saxlanılıb. Olaylar bildirir ki, aktrisanın saxlanılmasına səbəb PKK terror təşkilatından şübhəli bilinməsi olub. Belə ki, aktrisanın sosial şəbəkə hesabından yayımladığı qısa filmdə PKK terror təşkilatını təbliğ etdiyi bildirilir.

Həsən Ruhani təklifi rədd etdi

30 Oktyabr 2017 09:07

İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampın görüşməklə bağlı təklifini rədd edib. Bunu iranlı analitik Mahdi Fazaeli bildirib.

Sabiq prezidentin qardaşı həbs olundu - Jurnalistin qətlində günahkardır

30 Oktyabr 2017 09:05

Burkina Faso respublikasının eks-prezidentinin qardaşı jurnalistin qətlinə görə Parisdə həbs olunub. Sabiq prezident Blez Kompaorenin qardaşı 63 yaşlı Fransua Kompaore Şarl de Qoll adına Hava Limanında saxlanılıb. Fransua Kompaore 1998-ci ildə qətlə yetirilmiş burkinalı jurnalist Norbert Zongonun ölümündə günahlandırılır.

Sevdiyi qıza görə özünü asdı - Astarada

30 Oktyabr 2017 09:03

Astara rayonunda intihar hadisəsi baş verib. Hadisə Kijəbə qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı İbrahimov Nazim Elvin oğlu yaşadığı evin həyətində intihar edib. Yaxınlarının dediyinə görə, onun intihar etməsinə səbəb sevdiyi qızın başqasına nişanlanması olub.

İŞİD təhdid etdi - Kral ailəsini

30 Oktyabr 2017 09:02

İŞİD terror təşkilatı Britaniya şahzadəsi Uilyamın 4 yaşlı oğlu şahzadə Corcun küçədə çəkilmiş fotosunu paylaşaraq kral ailəsini təhdid edib.  İŞİD üzvünə məxsus Teleqram messencerinə yerləşdirilən foto “Kral ailəsi belə yalnız buraxılmamalıdır” mesajı ilə paylaşılıb.

Telefon partladı, ev alışdı -  BAKIDA 

29 Oktyabr 2017 23:07

Uzun müddət cərəyanda saxlanılan telefon partlayıb və evdə yanğın baş verib. Hadisə bir neçə gün öncə Bakının Xətai rayonunda baş verib. Ayin Məmmədov adlı izləyici bildirib ki, telefonu yatarkən cərayana qoşublar. Gecə saatlarında partlayış səsinə oyanan ailə, xalçanın alışdıqını görüb. Vaxtında müdaxilə nəticəsində alovun qarşısını almaq mümkün olub. Ustalar isə telefonlarda partlama və alışmanın bir neçə səbəbdən başa verə biləcəyini deyirlər.

Gənc yazarlarımız beynəlxalq ədəbiyyat festivalında

29 Oktyabr 2017 23:04

Oktyabrın 28-dən başlayaraq İstanbul Fatih Bələdiyyəsinin təşkilatçılığı ilə Gənc Yazarların Görüşü keçirilir. Noyabrın 4-dək keçiriləcək tədbirdə ölkəmizi tanınmış şair, saytımızın və APA TV-nin əməkdaşı Şəhriyar del Gerani və gənc yazar, rejissor Mətləb Muxtarov təmsil edirlər.

Azərbaycanlı iş adamı oğurlandı - Arvadından 1,5 milyon istəyirlər

29 Oktyabr 2017 22:48

Rusiyada Azərbaycan əsilli şəxs oğurlanıb. Hadisə oktyabrın 25-də Peterburqun Viborqsk rayonunda Engels prospektində baş verib. Dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayıb. Həmin an müşahidə kamerasına düşüb. Onlar öncə kişini yerə yatırır, sonra isə “Volkswagen Caravelle” markalı göy rəngli mikroavtobusa əyləşdirirlər.

Baş nazirdən İlham Əliyevə TƏŞƏKKÜR

29 Oktyabr 2017 22:46

Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.  B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə verdikləri dəstəyə görə təşəkkür edib.

Dənizə düşən helikopter tapıldı

29 Oktyabr 2017 22:37

Oktyabrın 26-da Norveçdə Şimal dənizində qəzaya uğrayan yüngül mühərrikli “Mi-8” helikopteri tapılıb. Tapılan helikopterdən 8 ekipaj üzvünün cəsədi çıxarılıb.

Təbii fəlakət - Polşa və Almaniyada

29 Oktyabr 2017 22:32

Ötən gecə Polşada müşahidə olunan güclü fırtına iki nəfərin həyatına son qoyub. Bu barədə dövlət yanğınsöndürmə xidmətinin mətbuat katibi Pavel Frantçak açıqlama verib. Hər iki ölüm hadisəsi ağacın maşının üstünə aşması nəticəsində baş verib. Fırtına ilə bağlı xilasetmə orqanlarına 500 müraciət olunub.

Polislər arasında QANLI DAVA - Xidməti yoldaşını bıçaqladı

29 Oktyabr 2017 22:28

Moskvada polislər arasında qanlı dava olub. Polislərdən biri xidməti yoldaşını ölümcül döyüb və başına bıçaqla zərbə endirib. Qanlı hadisə Odoevski küçəsindəki mənzildə baş verib.

10 min quş tələf oldu - Quşçuluq ferması yandı

29 Oktyabr 2017 17:00

İsmayıllı rayonunda quşçuluq fermasında yanğın olub. Hadisə İsmayıllı rayonunun Ağahüseyn Aslanov küçəsində yerləşən quşçuluq fermasında qeydə alınıb. İsmayıllı rayon sakini Abdullayev Azər Həmid oğluna məxsus ümumi sahəsi 450 kvadratmetr olan quşçuluq fermasında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Naxçıvan məhsulları Türkiyəyə rüsumsuz ixrac ediləcək

29 Oktyabr 2017 16:58

Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Bu məqsədlə İğdırda səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və tədbir iştirakçıları əvvəlcə Heydər Parkını ziyarət edib, Ümummilli Liderimizin büstü önünə əklil qoyublar. Tədbir iştirakçıları həmçinin Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün büstünün önünə də əklil qoyublar. Sonra öz işinə başlayan Türkiyə-Azərbaycan biznes forumunda Azərbaycan və Türkiyə tərəfindən rəsmilər, Naxçıvan Muxtar Respublikasından və Türkiyənin müxtəlif bögələrindən olan olan iş adamları iştirak edib.

İki gün vaxtınız qaldı - Yol polisindən XƏBƏRDARLIQ

29 Oktyabr 2017 16:54

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Məlumatda qeyd edilib ki, yük avtomobilləri və avtobusların texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.