Baş nazirdən İlham Əliyevə TƏŞƏKKÜR
Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb. B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə verdikləri dəstəyə görə təşəkkür edib.
29 Oktyabr 2017 22:46 Xarici siyasətTürkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.
B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə verdikləri dəstəyə görə təşəkkür edib.
Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.
Qeyd edək ki, sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək. Publika.az