Bu dəfə Kamran Həsənli danışdı: "Samirin bütün yalanlarını üzə çıxardım"
Müğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı uzun müddətdir davam edir. Sənətçi K.Həsənlinin ondan 110 min dollar aldığını və illərdir geri qaytarmadığını bildirib. S.Piriyev məhkəməyə müraciət edib və K.Həsənliyə qarşı cinayət işi açılıb. Kamran Həsənli iddiaları uzun müddət cavabsız qoysa da, bu dəfə susqunluğunu pozub. O, saytımıza açıqlamasında müğənninin onun əleyhinə verdiyi açıqlamalara münasibət bildirib:
28 Oktyabr 2017 16:43 MədəniyyətMüğənni Samir Piriyevlə aparıcı Kamran Həsənli arasındakı pul qalmaqalı uzun müddətdir davam edir.
Sənətçi K.Həsənlinin ondan 110 min dollar aldığını və illərdir geri qaytarmadığını bildirib. S.Piriyev məhkəməyə müraciət edib və K.Həsənliyə qarşı cinayət işi açılıb.
Kamran Həsənli iddiaları uzun müddət cavabsız qoysa da, bu dəfə susqunluğunu pozub. O, saytımıza açıqlamasında müğənninin onun əleyhinə verdiyi açıqlamalara münasibət bildirib:
"İki ildir Samir bu haqda danışır. Məhkəmənin heç bir qərarı yoxdur, iş polisdədir. Təhqirlər hələ də davam edir. Artıq mənim də danışmağım lazımdır. Burada bir çox yalanlar ortaya atılıb. Birincisi, Samirin bütün yalanları üzə çıxıb. İlk ərizəsində polisi aldadıb. Yazıb ki, mən Kamrana pul verdim, amma getdim gördüm ki, Türkiyədə obyekt yoxdur. Bunu guya aldatmışam. İstintaq zamanı ortaya çıxdı ki, obyekt var və Samir dəfələrlə orada olub, sahibi ilə də görüşüb. Pasportu yoxlanıldı və ölkəyə girişi-çıxışı görüldü. Özü də avtomobillə gedib-gəlib. Pulu da orada özü aparıb verib.
250 min verməli idi, 115 min verib. Ərhan Yılmaz adlı adama verib pulu və bizlə şərik olub. Mən də orada şərikəm, 300 min avrom batıb, türkün isə 3 milyonu... Özü dələduzluq edib, polisi aldadıb.
Deyir ki, ona 15 min pul qaytarmışam. Pulu mən yox, Ərhan Yılmaz qaytarıb. Ərizəsində əvvəl yazıb ki, 80 min pulu burada maşında mənə verib. İkinci dəfə ərizə yazıb ki, guya çay evində ondan pul almışam. İkinci yalanı da budur.
Deyir Ərhan Yılmazı Türkiyədə həbs ediblər. Əksinə, Ərhan bezib özü Bakıya gəldi, polis idarəsində Samirlə üzləşdi. Dedi ki, Türkiyədə Samirə pul verib.
Ərhanın ifadəsindən sonra bu gülməli istintaq işi bağlanmalı idi. Çox gülməli bir prosesdir. Bu mülkü işdir, cinayət deyil. Amma Samir müstəntiqlə əlbir olub, işi uzadır. Samir iddia edir ki, çay evində türkə pul verəndə bərbər olub yanlarında.
2009-cu ildə çay evində çalışan şəxsi tapıb gətimişik. Deyir, otaqda pul vermişik. Amma ortaya çıxdı ki, özünün dediyi çay evində heç otaq yoxdur. Elariz Məmmədoğlu da işin içində idi, ifadə verdi. O da bizə şərik olmaq istəyirdi. Amma pulu bir il sonra gətirdi, dedim şirkət batır, vermə. Əgər mən dələduz olsaydım Elarizin də pulunu alardım.
2009-cu ildə hadisə olub, niyə Samir 2016-cı ildə şikayət edib? Gedib obyekt görməyibsə, elə gəlib verərdi polisə də. Düşünür ki, Kamranı şikayət etsəm, qaça-qaça pulu gətirəcək. Bəs, Kamran 300 mini hardan alsın?".
K.Həsənli bildirib ki, mətbuat konfransı keçirəcək və orada bütün sualları cavablandıracaq:
"Həftənin çərşənbə axşamı saat 12:00-da Nizami Kino Mərkəzində mətbuat konfransı edəcəm. Samirlə bağlı şok açıqlama verəcəm. Onun işi ora-bura ərizə yazmaqdır, insanları şərləməkdir.
Bu qədər yalandan sonra iş hələ də bağlanmırsa, demək müstəntiq onun adamıdır, mənim yox".
Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Axşam.az