Gündəm
Elşad Xose barəsində cinayət işi açıldı - Oksananı bıçaqlamaq istəyib - RƏSMİ
Tanınmış reper Elşad Xosenin polis tərəfindən saxlanılması rəsmən təsdiqlənib. Bu barədə KİV-də gedən məlumatlarla bağlı sorğunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə qeyd edib ki, oktyabrın 27-də Bakı şəhər sakini Oksana Rəsulova Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək həmin gün saat 01.00 radələrində yaşadığı evdə keçmiş həyat yoldaşı, əvvəllər məhkum olunmuş Elşad Əliyev (Elşad Xose) tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.
Mehriban Əliyeva bu dəfə buğlama bişirdi - FOTOLAR
49 İŞİD tərəfdarı həbs edildi
Ankarada keçirilən əməliyyat nəticəsində 49 İŞİD tərəfdarı həbs olunub. Ankara prokurorluğunun açdığı cinayət işində İŞİD-lə əlaqədə şübhəli bilinən 55 əcnəbi şəxs haqqında həbs qərarı çıxarıb.
Ankara meri Melih Gökçek istefa verdi
Bu gün Türkiyənin paytaxtı Ankaranın bələdiyyə başqanı Melih Gökçek istefa verdiyini açıqlayıb. Meri toplantı zamanı özünü “dava adamı” adlandırıb və qeyd edib ki, o heç də yorğun olduğu üçün yox, sırf prezident Rəcəb Tayyib Ərdoğanın tələbinə uyğun olaraq vəzifəsindən ayrılır. Çünki Ərdoğanın daha gözəl bir Türkiyə inşa edəcəyinə inanır.
Avropanın mərkəzində türklərə hücum – 8 yaralı
PKK terror təşkilatı Belçikanın Anvers şəhərində nümayiş keçirib. Terrorçular Abdulla Öcalanın posterləri ilə Türkiyə vətəndaşlarının sıx olduğu Brederode küçəsinə axışıb. Onlar müxtəlif sşüarlar səsləndirərək türkləri qarşıdurmaya təhrik edib. Hadisə nəticəsində 1-i polis olmaqla, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Kataloniyaya yeni rəhbər təyin edildi
İspaniya hökuməti Kataloniyaya yeni rəhbər təyin edib. Kataloniya muxtariyyətinin yeni rəhbəri İspaniya baş nazirinin müavini Sorayya Saens de Santamariya Antondur.
“Hacı Zeynalabdin Tağıyev klubu”nun növbəti məşğələsi
Oktyabrın 28 - də Milli Azərbaycan Tarixi Muzeyində görkəmli sahibkar və mesenat Hacı Zeynalabdin Tağıyevin adını daşıyan klubun növbəti məşğələsi təşkil edilib. Olaylar bildirir ki, H.Z. Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş məşğələ klubun tarixində ilk dəfə olaraq rus dilində keçirilib. Klubun auditoriyasını 16 №-li texniki-humanitar lisey və 189-190 №-li tam orta məktəbin şagirdləri idi.
Rusiya şirkətləri ilə işləyən dövlətlər də sanksiyalara məruz qalacaq
ABŞ sanksiya altında olan Rusiya şirkətləri ilə işgüzar əlaqələrə görə üçüncü dövlətlər və müəssisələrə qarşı seçmə sanksiyalar tətbiq etmək niyyətindədir. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan edib.
Dünyanın ən bahalı saatı satışa çıxarıldı - FOTO
"Phillps" hərrac evində "Legendary Watches of the 20th Century" layihəsi çərçivəsində dünyanın ən bahalı və nadir saatı satışa çıxarılıb. Sözügedən saat "Rolex Cosmograph" firması tərəfindən 1968-ci illərin ortalarında istehsal edilib. Saatı dünya şöhrətli aktyor Paul Nyumana həyat yoldaşı, aktrisa Cuanna Vudvord hədiyyə etmişdir.
Lotu Quli ona uduzan kişinin arvadını qeyri-qanuni yolla içəri keçirib və dəfələrlə zorlayıb - ŞOK FAKTLAR
Azərbaycanda uzun müddət – deyilənə görə, 22 il – həbsxanada yatan və bu günlərdə azadlığa buraxılan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifovun ətrafındakı adamlarına və qohumlarına da, necə deyərlər, həyat asan keçməyib. 1994-cü ildə həbs edilən Lotu Qulinin mühakimə olunduğu ilk qohumu – qardaşı Müşfiq olub. 2005-ci ildə həbsə alınan Müşfiq Səlifov Lotu Quli ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qarşısında dayanıb.
Ərdoğan: "Ankaranı məscidsiz hala gətirmək istədilər"
Prezident Ərdoğan Ankarada məscidin açılışında iştirak edib. Ərdoğanın göstərişilə tikintisinə 4 il əvvəl başlanmış, eyni anda 7 min nəfərin namaz qıla biləcəyi Melike Hatun Camisinin açılış mərasimi olub. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. O, açılışdan sonra çıxış edərək Ankaranın tək partiyalılıq dövründə məscidsiz vəziyyətə gətirilmək istədiyini deyib:
Medvedyev İrəvanda elə mesaj verdi ki...
Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin başa çatması Rusiya və Ermənistanın Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması ilə bağlı cəhdlərini sonlandırmayıb. Bunu “Haqqin.az” saytına açıqlamasında Gürcüstan prezidentinin eks-müşaviri Vaxtanq Maisaya söyləyib.
Türkiyənin ən böyük hava limanı tarixə qovuşur, Atatürkün adı silinir
Türkiyədə dövlət Atatürk hava limanının, bağlanması yönündə hazırlıq işlərinə başlayıb. Onun yerinə artıq 65 %-i hazır olan, yeni hava limanının tikintisi başa çatandan sonra 1900-cü illərin əvvəllərindən fəaliyyət göstərən, Atatürk hava limanının dövrü başa çatacaq.
Pentaqon rəhbəri: "Şimali Koreyanın hücum cəhdi "dağıdıcı cavab zərbələrinə səbəb olacaq
ABŞ müdafiə naziri Ceyms Mettis Şimali Koreya rəhbərliyinə xəbərdarlıq edib ki, onun sürətlə inkişaf edən nüvə proqramı ölkənin təhlükəsizliyini möhkəmləndirməyəcək, əksinə, zəiflədəcək. Pentaqon rəhbəri Şimali Koreyanın nüvə ölkəsi olması ilə heç vaxt barışmayacaqlarını bildirib: "İllüziyalara qapılmayın. ABŞ-a və ya bizim müttəfiqlərimizə istənilən hücum dəf ediləcək. Nüvə silahının tətbiqi cəhdi effektiv və dağıdıcı cavab zərbələri ilə müşayiət olunacaq".
Dünyanın ən zəngin adamı dəyişdi
ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib. Bu barədə “Bloomberg” və “Forbes” məlumat verib. “Amazon”un səhmlərinin qiymətinin kəskin artması C.Bezosa “Microsoft”un təsisçisi Bill Geytsi üstələməyə imkan verib. Son sutka ərzində “Amazon”un səhmlərinin qiyməti 10%, 53-yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.

.jpg)












