Gündəm

Yük avtomobili qatarla toqquşdu - BAKIDA

28 Oktyabr 2017 08:14

Bakıda yük avtomobili qatarla toqquşub. Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib.

"İnstagram"dan daha bir yenilik: Superzoom

28 Oktyabr 2017 08:10

İstifadəçi sayı gündən-günə artan sosial media tətbiqi “instagram” funksiyalarına daha birini əlavə edib.  “Rewind”, “boomerang” və bir-birindən maraqlı effektləri ilə gənclərin sevimlisinə çevrilən “instagram” daha bir yenilik edib. Artıq “superzoom” vasitəsilə hər hansı obyekti maraqlı musiqilərlə yaxınlaşdırmaq mümkün olacaq. Yeni funksiya çəkilən obyekti böyüdərək fərqli səs effektlərinin əlavə olunmasına imkan yaradacaq.

Müştəriləri aldadanları yeni cəza gözləyir - Azərbaycanda

28 Oktyabr 2017 08:08

Cinayət Məcəlləsinin 200-cü maddəsinə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) azadlığın məhdudlaşdırılması əlavə edilib. Dəyişikliyə görə, 200.3-cü maddənin sanksiyasında "üç" sözü "iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki" sözləri ilə əvəz edilib.

Fransa da Kataloniyanın müstəqilliyini tanımadı

28 Oktyabr 2017 08:05

Fransa hakimiyyəti Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir. Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

Elşad Xose saxlanıldı - Oksananı döyüb

27 Oktyabr 2017 22:57

Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsi olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.

Böyük Britaniya da Kataloniyanın müstəqilliyini tanımadı

27 Oktyabr 2017 22:54

Böyük Britaniya Kataloniyanın müstəqillik barədə birtərəfli qətnaməsini tanımır və gələcəkdə də tanımayacaq. Bu barədə Baş nazir Tereza Meyin rəsmi nümayəndəsi deyib.

Amerikalı kamança ifaçısı Cefri Verbok ADMİU-da

27 Oktyabr 2017 22:52

Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok olub. Universitetin “Vernisaj” salonunda musiqiçi ilə təşkil olunan görüşdə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib. Cefri Verboku Azərbaycanın dostu, Azərbaycan musiqisinin dünyada böyük təəssübkeşi adlandıran Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova qonağı salamlayıb. Tələbələrin ifasından ibarət konsert şəklində keçən görüşdə konsertmeyster Gülnar Axundovanın müşayiəti ilə II kurs tələbələri Şərif Şərifov (tar), Səbinə Məmmədli (qanun) H.Rzayevin “Çahargah rapsodiyası”, konsertmeyster Rəbiyə İmamquliyevanın müşayiəti ilə III kurs tələbəsi Afaq İsmiyeva P.Axundovanın “Qəlbimin səsi”, konsertmeyster Şəlalə Kərimovanın müşayiəti ilə Xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi Pərviz Quliyev F.Bədəlbəylinin “Pərvərdigara” əsərlərini ifa ediblər. I kurs magistr tələbəsi Səxavət Məmmədov Zabul-segah muğamını, III kurs tələbəsi Rafael İslamov “Gül dəstəsi” xalq rəqsini, I kurs magistr tələbələri Məmməd Nəcəfov (xanəndə), Mirhüseyn Əsədullayev (tar), II kurs tələbəsi Fərrux Haşımlı (kamança) “Dəli ceyran” xalq mahnısını və tələbələrdən ibarət qanun ansamblı F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”ni səsləndirilib.

Noyabr ayında Yuğ Dövlət Teatrında

27 Oktyabr 2017 22:47

Yuğ Dövlət Teatrı 2017 – ci il noyabr ayı üçün repertuarını açıqlayıb. Olaylar teatrın noyabr repertuarını təqdim edir. 1 noyabr, çərşənbə V.Klim “Medeya Sekvensiya - 01” 19:00 2 noyabr, cümə axşamı Mərcan Dədənin “Sufinin arzuları” musiqili kompozisiyası əsasında “Rindü Şeyda” 19:00

Həftəsonu premyera -  Gənc Tamaşaçılar Teatrında

27 Oktyabr 2017 22:42

Oktyabrın 28-də  saat 10:00, 12:00, 14:00-da Gənc Tamaşaçılar Teatrında  R.Hovardın “Qrinç” (Yaşıl adam) tamaşasının premyerası keçirəcək.

Nizami Gəncəvinin aforizmləri portuqal dilində

27 Oktyabr 2017 22:37

Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarke, Nizami Gəncəvinin aforizmləri adlı kitabın portuqal dilinə tərcümə edilmiş nəşrinin təqdimetmə mərasimi keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən Olaylar - a verilən məlumata əsasən, “Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilmiş aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.

Qızılca xəbərdarlığı

27 Oktyabr 2017 20:57

Dünyada qızılca dövrü başa çatır. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, dünyada qızılcadan ölən uşaqların sayı tarixdə ən aşağı səviyyəyə düşüb. Təşkilat rəsmiləri bildirib ki, 2000-ci ildə 550 mindən çox uşaq qızılcadan həyatını itirib. 2000-ci ildən bu günə qədər uşaqlara 5.5 milyon dozada qızılca peyvəndi vurulub. Bu 20.4 milyon insanın həyatının xilas olunması mənasını gəlir.