Nizami Gəncəvinin aforizmləri portuqal dilində
Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarke, Nizami Gəncəvinin aforizmləri adlı kitabın portuqal dilinə tərcümə edilmiş nəşrinin təqdimetmə mərasimi keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən Olaylar - a verilən məlumata əsasən, “Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilmiş aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.
27 Oktyabr 2017 22:37 MədəniyyətAzərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarke, Nizami Gəncəvinin aforizmləri adlı kitabın portuqal dilinə tərcümə edilmiş nəşrinin təqdimetmə mərasimi keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən Olaylar - a verilən məlumata əsasən, "Zaman üzərindən bir körpü" (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilmiş aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.
Tədbirdə, Parlamentarilər, diplomatik korpus üzvləri, yerli ictimaiyyətin, elmi dairələrin və mətbuatın nümayəndələri iştiarak ediblər.