Gündəm

Papadan qəribə etiraf: “Dua edəndə yuxu tutur”

1 Noyabr 2017 17:51

Katoliklərin ruhani lideri Papa Frensis Yutub üzərindən yayım edən bir kanala müsahibəsində maraqlı etiraflar edib.  Papa dua edərkən yatdığını deyib. O, bu vəziyyətin 19-cu əsrdə yaşayan Tereza Anada da olduğunu vurğulayıb. Papa dua edərkən yuxulamağın insanın Tanrını məmnun etdiyi anlamına gəldiyini bildirib. O, bir xristian üçün Tanrı hüzurunda yatmağı bir uşağın atasının qollarında yatmağına bənzədib.

Bağdaddan kürd muxtariyyətinə qarşı SƏRT ADDIMLAR

1 Noyabr 2017 17:49

Rəsmi Bağdad Ərbilin 26 illik muxtariyyətinə son qoymağa hazırlaşır. İraqın baş naziri Heydər əl-İbadinin sözlərinə görə, Şimali İraq Kürd Muxtariyyətinə qarşı atılacaq addımlar dəqiqləşib.

ASAN Xidmətə “Azərsu”yla bağlı 37720  müraciət edilib

1 Noyabr 2017 17:44

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. 2017-ci ilin yanvar-sentyabr aylarında bu mərkəzlərdə “Azərsu” ASC-nin təqdim etdiyi  xidmətlərdən istifadə genişlənib.

Xaricdə yaşayan soydaşımız dünya çempionatında qızıl medal qazanıb

1 Noyabr 2017 17:41

İtaliyanın Karara şəhərində kikboksinq üzrə keçirilən dünya chempionatında (Unified World Championshi) Çexiyada yaşayan azərbaycanlı kikbokçular fərqlənib. Diasporla Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeniyetmələr arasında fullkontakt gaydaları üzrə 60kq çəkiyədək yarışda çıxış edən həmyerlimiz 18 yaşlı Məhəmməd Cəfər final qarşılaşmada irlandiyalı idmançıya qalib gələrək, qızıl medala layiq görülüb.

Britaniya parlamentində “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı

1 Noyabr 2017 17:32

Londonda Böyük Britaniya parlamentində tanınmış yazıçı-publisist, Azərbaycanın əməkdar jurnalisti, Milli Məclisin deputatı Elmira Axundovanın ingilis dillində “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı üçcildlik roman-təqdiqatın beynəlxalq təqdimatı keçirilib. Olaylar/az bildirir ki, təqdimat Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bob Bləkman və Avropa Azərbaycan Cəmiyyətinin birgə əməkdaşlığı şəraitində təşkil edilib. Roman-tədqiqat “TEAS Press” Nəşriyyatında işıq üzü görüb. Üçcildlikdə dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Tədbirdə Lord Kilkluni, Lord Addinqton, parlament üzvləri Mark Pausi və Martin Vikkers, Britaniyanın ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporasının fəalları iştirak ediblər. Avropa Azərbaycan Cəmiyyətinin London ofisinin rəhbəri Cek Peqoraro tədbir

Definitive biography of Heydar Aliyev launched in UK Parliament

1 Noyabr 2017 17:31

On 31 October, the definitive English-language biography of Azerbaijani National Leader Heydar Aliyev received its international launch at the UK Parliament, during a standing-room only event hosted by Bob Blackman MP, who is also Chair of the All-Party Parliamentary Group for Azerbaijan. The event was organised by The European Azerbaijan Society (TEAS). TEAS Press has published the new biography, and attendees included Lord Kilclooney, Lord Addington, Mark Pawsey MP and Martin Vickers MP.

Əli Həsənov: “İlham Əliyevin məqsədyönlü siyasəti ölkəmizin beynəlxalq aləmdə yerini möhkəmləndirdi”

1 Noyabr 2017 17:15

Azərbaycan dünyada mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov feysbuk səhifəsində yazıb.

Fədayə Laçının meşədə görüntüləri yayıldı - “Qoca”ya... -VİDEO

1 Noyabr 2017 17:10

Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının yeni görüntüləri ortaya çıxıb. Müğənninin meşədə mahnı oxuyarkən çəkilmiş videosu yayılıb. Fədayə Laçın “Məni zindanda görən ağlasın” mahnısını ifa edib.

Alimlər elmə məlum olmayan yeni planet kəşf etdilər

1 Noyabr 2017 17:06

Mövcudluğu imkansız sayılan "NGTS-1b" adlı nəhəng planet kəşf edilib. Böyük Britaniynın Uorvik universitetinin bir qrup alimi bu planeti kəşf edib. Məlumata əsasən, planet Yerdən 600 işıq ili uzaqlıqda, Göyərçin bürcündə yerləşir. Onun səthində isə 530 dərəcə tempratur var. Səma cismi ilə günəşi arasındakı məsafə Yerlə Günəş arasındakı məsafənin 3 faizini təşkil edir. Bu səbəbdən Bu planetdə bir il 2.6 günə bərabərdir.

İşsizlikdən sığorta fondunun büdcəsi məlum oldu

1 Noyabr 2017 17:03

2018-ci ilin dövlət büdcəsinin layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi üçün vəsait nəzərdə tutulub. Məlumata görə, bu barədə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib. “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.

Xaçmazda 30 min manatlıq qızıl oğurlayan ələ keçdi

1 Noyabr 2017 17:01

27 oktyabrda Xaçmaz RPŞ-nə rayon sakini şikayət ərizəsi ilə müraciət edərək, ona məxsus Xaçmaz rayon Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov məlumat verib.

"Üç tərəfli görüş regional təhlükəsizlik baxımından çox vacibdir"

1 Noyabr 2017 17:00

“Azərbaycanın həm Rusiya, həm də İranla münasibətləri kifayət qədər yaxşıdır və bu əlaqələr əməkdaşlıq xarakteri daşıyır”. Bunu politoloq Fikrət Sadıqov bu gün Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda baş tutacaq üçtərəfli görüşünə münasibətini bildirərkən deyib.

Araz Əlizadə: “Müxalifət vaxtaşırı aldığı vəsaitlər üçün hesabat verməlidir”

1 Noyabr 2017 16:58

“Əgər Milli Şuranının sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli reallıqla hesablaşsaydılar və öz aləmində yaşamasaydılar çoxdan siyasətdən gedərdilər”. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.

“Real Madrid”in Ronaldonun yerinə gətirəcəyi futbolçunun adı açıqlandı - “PSJ”-yə ŞOK

1 Noyabr 2017 16:55

İspaniya nəhəngi “Real Madrid” klubu ulduz futbolçu Kriştiano Ronaldonun klubdan ayrılacağı təqdirdə yerinə braziliyalı Neymarı gətirəcək. Bu barədə İspaniyanın “Don Balon” dərgisi məlumat yayımlayıb. Məlumatda klubun artıq Neymarla transfer görüşlərinə başladığı bildirilib.

Ölkədə 59325 nəfər Prezident təqaüdü alır

1 Noyabr 2017 16:52

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin doqquz ayı ərzində 450912 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Sosial müavinət alanların 83.4 faizi aylıq, 16.6 faizi isə birdəfəlik müavinət alanlar olub.