Xaricdə yaşayan soydaşımız dünya çempionatında qızıl medal qazanıb

İtaliyanın Karara şəhərində kikboksinq üzrə keçirilən dünya chempionatında (Unified World Championshi) Çexiyada yaşayan azərbaycanlı kikbokçular fərqlənib. Diasporla Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeniyetmələr arasında fullkontakt gaydaları üzrə 60kq çəkiyədək yarışda çıxış edən həmyerlimiz 18 yaşlı Məhəmməd Cəfər final qarşılaşmada irlandiyalı idmançıya qalib gələrək, qızıl medala layiq görülüb.

İtaliyanın Karara şəhərində kikboksinq üzrə keçirilən dünya chempionatında (Unified World Championshi) Çexiyada yaşayan azərbaycanlı kikbokçular fərqlənib. Diasporla Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yeniyetmələr arasında fullkontakt gaydaları üzrə 60 kq çəkiyədək yarışda çıxış edən həmyerlimiz 18 yaşlı Məhəmməd Cəfər final qarşılaşmada irlandiyalı idmançıya qalib gələrək, qızıl medala layiq görülüb.

Qeyd edək ki, Məhəmməd Cəfər bu ilin may ayında WKU Avropa çempionatında fullkontakt qaydaları üzrə yeniyetmələr arasında 60 kq çəki kateqoriyasında yarimfinal və final qarşılaşmasında Ermənistan təmsilçisinə qalib gələrək çempionatın qızıl medalını qazanmışdı.

Yeniyetmələr arasında 42 kq çəkidə iştirak edən Məhəmmədin kiçik qardaşı Əl Cəfər isə laytkontakt qaydaları üzrə çempionatın gümüş medalına layiq görülüb. O, iki döyüşdə qalib gələrək final qarşılaşmasında İngiltərə təmsilçisinə uduzub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31