Araz Əlizadə: “Müxalifət vaxtaşırı aldığı vəsaitlər üçün hesabat verməlidir”
“Əgər Milli Şuranının sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli reallıqla hesablaşsaydılar və öz aləmində yaşamasaydılar çoxdan siyasətdən gedərdilər”. Bunu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.
1 Noyabr 2017 16:58 Siyasət"Əgər Milli Şuranının sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli reallıqla hesablaşsaydılar və öz aləmində yaşamasaydılar çoxdan siyasətdən gedərdilər". Bunu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə deyib.
Sədrin sözlərinə görə, onların keçirdikləri mitinqə gələn insanların sayına baxanda bu şəxslər bilməlidirlər ki, artıq xalq bunlara inanmır: "Məhz buna görə də onlar mitinqə gəlmirlər. Bu insanlar 20 ildən artıqdır ki, siyasətdədirlər. Hələ də bir mübarizə yolu tapa bilmirlər. Onlar vaxtaşırı öz aldıqları vəsait üçün bir hesabat verməlidirlər. Ona görə də alındı-alınmadı bu insanlar gərək mitinq cəhdlərini təkrarlasınlar. Mən o qüvvələri başa düşmürəm ki, niyə müxalifətə vəsait verir? Düşünən hər bir adam bilməlidir ki, bu insanlar artıq sıradan çıxıblar. Onların bir illik hakimiyyəti dövründə xalq bunların qabiliyyətini, bacarığını gördü. Hətta hərəkətlərindən də görürlər ki, bu insanlar inkişaf etmirlər". Sia.az