Gündəm

Öskürəyi aparan möcüzəvi təbii qarışım – SADƏ RESEPT

1 Noyabr 2017 18:50

Fəsil dəyişimi ilə əlaqədar hazırda demək olar ki, əksər adamlar öskürəkdən əziyyət çəkir. Hətta bəzən bu öskürək tibbi vasitələrlə də keçmək bilmir. Bu təbii qarışım resepti ilə möcüzəvi şəkildə öskürəyi aradan qaldıracaqsınız.

Akademiyada yeni kadr təyinatları oldu

1 Noyabr 2017 18:45

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bəzi kadr dəyişiklikləri aparılıb. Məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib. İclasda bildirilib ki, AMEA-nın Ictimai Elmlər Bölməsi Bürosunun yeni tərkibi və Qafqazşünaslıq İnstitutunun Elmi Şurasının tərkibi təsdiq edilib.

AMEA yeni sənəd imzalayıb

1 Noyabr 2017 18:40

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının AMEA üzrə icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Məlumata görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında məlumat verib.

Sərdar Ortaç: “Ebru Gündəş kişi olduğumu görəndə şoka düşdü”

1 Noyabr 2017 18:36

Müğənni Sərdar Ortaç Ebru Gündəş ilə bağlı Türkiyə mediasına maraqlı açıqlama verib.  Sərdar radioda Kayahanla reportaj hazırlayarkən Ebru onun səsini eşidib və “Bu qadın kimdir? Gedib görməyimiz lazımdır” deyib: “1993-cü il idi.

Tuba Büyüküstün ikinci dəfə evlənməyə hazırlaşır

1 Noyabr 2017 18:33

Tuba Büyüküstün özündən 7 yaş kiçik sevgilisi Ümid Evirgenlə evlənəcək.  Aktrisa ilə iş adamı ilə rəsmi qaydada evlənməyə qərar verib. Tuba Büyüküstün artıq toy hazırlıqlarına başlayıb. İddialara görə, məşhur cütlük 2018-ci ilin ilk həftəsində Romada rəsmi nikaha daxil olacaq. Toy mərasimi isə məşhur rejissor Farzan Özpetekin evində baş tutacaq.

21 yaşlı qız özünü asıb

1 Noyabr 2017 18:32

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb. Məlumata görə, şəhər sakini, 1996-cı il təvəllüdlü Şəmsiyyə Şəmistan qızı Zeynalova yaşadığı evdə özünü asıb. Ş. Zeynalovanın özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

"Doğru zamanda boşanmışıq"

1 Noyabr 2017 18:30

Model-aparıcı Çağla Şikel keçmiş müğənni əri Emre Altuğla barışacağı dedi-qodularına aydınlıq gətirib. Bildirir ki, alış-veriş mərkəzində görüntülənən model bütün şayiələrə son qoyub: "Bu sualı verməkdən yorulun daha. Adətən boşanan cütlüklər sonradan görüşmürlər deyə,Emre ilə bir araya gəlməyimiz dedi-qodulara səbəb olub. Dost qalmağımızın sirri doğru zamanda doğru insandan ayrılmaqdır. Çətin də olsa, boşanmaq qərarımız doğru qərar idi".

Baş Prokurorluq daha bir baş redaktora xəbərdarlıq etdi

1 Noyabr 2017 18:27

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Teref.info” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” Qanunun müddəalarının tələbləri pozulmaqla dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Türkiyədə Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə turist mübadiləsi müzakirə edilib

1 Noyabr 2017 18:14

Mədəniyyət və turizm naziriƏbülfəs Qarayev Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ankarada keçirilən 3-cü Milli Turizm Sammitində iştirak etmək məqsədilə Türkiyədə səfərdədir.

Təhsil Nazirliyi Xaçmazdakı hadisəyə münasibət bildirib

1 Noyabr 2017 18:09

Təhsil Nazirliyi Xaçmaz rayonunun Arzu kəndində məktəb direktorunun 12 yaşlı şagirdə qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı yayılan məlumatlara münasibət bldirib.

Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb

1 Noyabr 2017 18:04

Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindənBMT baş katibinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.

"Neftçi" futbolçusu ilə müqavilənin müddətini artırdı

1 Noyabr 2017 18:02

"Neftçi" PFK futbolçu Rəhman Hacıyevlə gələn ilin yanvar ayında bitən müqavilənin müddətini artırıb.

İES-də partlayış: ölən və yaralananlar var - Hindistanda

1 Noyabr 2017 17:57

Hindistanın Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında baş vermiş partlayış nəticəsində azı 4 nəfər həlak olub. 50-yə yaxın adam xəsarət alıb. Partlayışın baş vermə səbəbləri məlum deyil. Hadisədən sonra stansiyanın fəaliyyəti dayandırılıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Azərbaycan dilinin orfoqrafiya lüğəti yenidən yazılacaq

1 Noyabr 2017 17:56

Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti hazırlanacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Rəyasət Heyətinin bugünkü iclasında çıxış edərkən deyib.