Gündəm
Fədayə Laçın və digərləri apellyasiya şikayəti verməyiblər
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Penitensiar Xidmət əməkdaşları, müğənni Fədayə Laçın və digərləri barələrində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün apellyasiya şikayəti verməyiblər. Onlar şikayət vermək hüququndan imtina ediblər.
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən məktəb direktoru barəsində cinayət işi başlanıb
Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb. Məlumata görə, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb. Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Bağlı qapı arxasında meyit tapılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.“Olaylar” nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq mənzildə gərgin psixoloji vəziyyətdə olan vətəndaşı və 1941-ci il təvəllüdlü Roman Aleksandr Zelikoviçin cəsədini aşkarlayıblar. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Türkiyənin bələdiyyə sədrləri Azərbaycana səfər edəcək
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət 29 nəfərlik nümayəndə heyəti noyabrın 5-dək 9-dək Azərbaycanda işgüzar səfərdə olacaq. Bu barədə məlumat “OLAYLAR”-a Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.
Məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılırlar
Paytaxt məktəblərində narkomaniya və digər zərərli vərdişlərin fəsadları ilə bağlı şagirdlərin maarifləndirilməsi işi 2017-2018-ci tədris ilində də davam etdirilir. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Narkomaniya gəncliyimiz üçün böyük təhlükədir”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda maarifləndirici tədbir, “Dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.
Şəhriyar Məmmədyarov dünyanın ikincisi oldu - Azərbaycan tarixində ilk
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE-nin cari reytinqində ikinci yerə yüksəlib. O, belə uğura imza atan ilk azərbaycanlı şahmatçı olub. Avropa çempionatında çexiyalı David Navara üzərindəki qələbədən sonra Ş.Məmmədyarov xallarının sayını 2801,5 çatdırıb. Bununla da, o, erməni Levon Aronyan (2799,9) və amerikalı Fabiano Karuananı (2799) qabaqlayıb. Hazırda Məmmədyarov yalnız dünya çempionu, norveçli Maqnus Karlsendən (2837) geri qalır.
Sumqayıt xəstəxanalarının baş həkimlərinə SƏRT CƏZALAR VERİLDİ - TƏFSİLAT
Sumqayıtda bir sıra xəstəxanaların baş həkimlərinə töhmət verilib. Məlumata görə, Sumqayıtın 1 nömrəli Şəhər xəstəxanasının baş həkimi Nazim Hüseynquliyevə, Sumqayıt şəhər 3 nömrəli poliklinikanın baş həkimi Ariz Axundova və Sumqayıt Psixiatriya xəstəxanasının baş həkimi Mail Tağıyevə töhmət, Sumqayıt şəhər akademik U.Musabəyli adına Rayonlararası Göz Xəstəxanasının baş həkimi İradə Əliyeva və şəhərdə fəaliyyət göstərən qadın məsləhətxanalarının baş həkimlərinə isə şiddətli töhmət verilib.
ABŞ Qətərə 1,1 milyard dollarlıq silah satatcaq
ABŞ Qətərə 1,1 milyard dollar dəyərində silah satatcaq. Bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyi məlumat yayıb. Prezident Donald Trampın "terrora dəstək verməkdə" ittiham etdiyi Qətərə silah satışı icazəsi təsdiqlənib.
Madridlilər türkiyəli hakimə əsəbiləşiblər - “Real” 5 il sonra ŞOK YAŞADI
Madridin “Real” klubu Çempionlar Liqasının H qrupunun 4-cü matçında “Tottenhem” ilə qarşılaşıb. 3:1 hesabı ilə “Tottenhem”ın qalib gəldiyi matçı idarə edən türkiyəli hakim Cüneyt Çakır futbolçuların və azarkeşlərin sərt reaksiyalarına tuş gəlib.
Sarkisyandan gözlənilməz Qarabağ AÇIQLAMASI - “Ermənistanı ağrılı qərar gözləyir”
“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözləyir”. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının siyasi məktəbində çıxışı zamanı deyib.
Bu il əlilliyi olan şəxslər 25,8 min reabilitasiya vasitəsi ilə təmin edilib
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 10 967 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Həmin insanlardan 1 334 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.
Göygöldə ikimərtəbəli villa yanıb
Göygöl rayonunda 6 otaqlı villa yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tayonun Sarısu kəndində ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində dam örtüyünün, aynabəndin və 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Büdcədə dotasiyalar azaldılır
2018-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin yuxrı həddi 2017-ci illə müqayisədə 836 min manat az olmaqla 73421 min manat proqnozlaşdırılıb.
Dövlət büdcəsi üçün ağır yük olan müəssisələrin adı açıqlanıb
2017-ci ilin iyulun 1-nə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə borc məbləğinin həcminin kifayət qədər böyük olmasına (15,565 mlrd. manat) baxmayaraq təqdim olunmuş büdcə layihəsində həmin məbləğ 302,9 mln. manat məbləğində şərti öhdəlik kimi nəzərdə tutulub.
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun daha 8 oyunundan sonra UEFA reytinqi açıqlanıb. Dünən keçiriən matçlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. 22-ci pillədə qərarlaşan ölkəmizin 19.125 xalı var.














