Madridlilər türkiyəli hakimə əsəbiləşiblər - “Real” 5 il sonra ŞOK YAŞADI
Madridin “Real” klubu Çempionlar Liqasının H qrupunun 4-cü matçında “Tottenhem” ilə qarşılaşıb. 3:1 hesabı ilə “Tottenhem”ın qalib gəldiyi matçı idarə edən türkiyəli hakim Cüneyt Çakır futbolçuların və azarkeşlərin sərt reaksiyalarına tuş gəlib.
2 Noyabr 2017 12:25 İdmanMadridin "Real" klubu Çempionlar Liqasının H qrupunun 4-cü matçında "Tottenhem" ilə qarşılaşıb. 3:1 hesabı ilə "Tottenhem"ın qalib gəldiyi matçı idarə edən türkiyəli hakim Cüneyt Çakır futbolçuların və azarkeşlərin sərt reaksiyalarına tuş gəlib.
"Tottenhem"ın rəqib qapısına vurduğu ilk qol ofsayt olub. Yan hakim Bahaddin Duran ofsayt bayrağını qaldırmayıb. "Real"ın futbolçuları Cüneyt Çakıra etiraz etsələr də, hakim qolu qəbul edib. Hücumçu Kristiano Ronaldo isə uzun müddət hakimlə mübahisə edib. Bununla yanaşı, matçda baş hakimin qəbul etdiyi digır qərarlar da etirazlara səbəb olub. İspaniya mediası Cüneyt Çakırın hakimliyindən istifadə edərək yanlış qərarlar verməsini qınayıb.

Beləliklə, "Real" klubu 2012-ci ildən bu yana ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində uduzub. "Tottenhem" isə xalını 10-a yüksəldərək qrup liderliyini ələ keçirib. Publika.az