Gündəm

Almaniyada qeyri-adi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN...

2 Noyabr 2017 13:30

Biz qeyri-adi tapıntılar haqqında xəbərlərdən yan keçməməyə çalışırıq. Bunun sadə səbəbi var: Gündəlik siyasi, iqtisadi xəbərlərlə yanaşı, tarix, tibb, texnologiya, arxeologiya, ümumiyyətlə, elmin bütün sahələrini əhatə etdiyi üçün sevilir.

Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

2 Noyabr 2017 13:27

“Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm”. “Olaylar” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bakıda maşın qaçıranlar saxlandı

2 Noyabr 2017 13:22

Bir neçə gün əvvəl Səbail rayonunda “Toyota Land Cruiser” markalı avtomobili qaçıran şəxslərin saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 31-də Bakı şəhər sakini Vüqar Məhərrəmov Səbail Rayon Polis İdarəsi (RPİ) 39-cu Polis Bölməsinə (PB) Ü.Hacıbəyov küçəsində saxladığı avtomobilinin naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac edilib

2 Noyabr 2017 13:21

Cari ilin oktyabr ayında Novorossiysk limanından 84 min 975 ton, Supsa limanından 261 min 397 ton, Ceyhan limanından 1 milyon 201 min 812 ton xam neft ixrac edilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-oktyabr ayları ərzində Novorossiysk limanından 1 milyon 242 min 679 ton, Supsa limanından 2 milyon 13 min 209 ton, Ceyhan limanından 13 milyon 955 min 348 ton xam neft ixrac edilibş SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Çin dilində  “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” kitabı işıq üzü görüb

2 Noyabr 2017 13:19

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin çin dilində yeni nəşri – “Azərbaycanın regional arenada rolu: həqiqətlər və perspektivlər” adlı kitabı çapdan çıxıb. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitab SAM-ın Xarici Siyasət Məsələlərinin Təhlili şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimov və Çin Sosial Elmlər Akademiyasının Rusiya, Mərkəzi Asiya və Şərqi Avropa Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Yan Cin tərəfindən tərtib və tərcümə edilib.

Əbülfəs Qarayev Türkiyəyə səfər edib

2 Noyabr 2017 13:16

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-3 noyabr 2017-ci il tarixində Ankara şəhərində keçirilən 3-cü Milli Turizm Sammitində iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. “OLAYLAR”-ın xəbərinə görə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan Sammitdə turizm sektoru üzrə dünyanın müxtəlif ictimai institutları, müəssisə, birlik, şirkət və qeyri-hökumət təşkilatları nümayəndələri təmsil olunur. Tədbirin açılış mərasimində Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatında turizmin əhəmiyyəti və turizm sahəsində mövcud qlobal çağırışlar barədə çıxış edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müsabiqə elan edir

2 Noyabr 2017 13:13

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Çağırır vətən” adlı yazı müsabiqəsi elan edir.

Elman Məmmədov: “Siyasəti tənzimləyən çox mühüm amillər var” 

2 Noyabr 2017 13:04

“Tehranda keçirilən Azərbaycan-Rusiya-İran dövlət başçılarının görüşünün iqtisadi, sosial, eyni zamanda çox mühüm siyasi əhəmiyyəti var. Azərbaycan bir-birinin ardınca uğurlu layihələrə imza atır. Yəni Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Rusiya-Azərbaycan-İran dövlət başçılarının üçtərəfli görüşü və cənub-şimal dəmiryolu xətti əlaqələrinin inkişaf etdirilməsi, eyni zamanda regionda stabilliyin, sabitliyin, təhlükəsizliyin qorunub saxlanılması istiqamətində aparılan danışıqlar çox mühüm siyasi əhəmiyyə malikdir”. Bunu millət vəkili Elman Məmmədov deyib.

Qaçan məhbusa qarşı yeni ittiham irəli sürülüb

2 Noyabr 2017 13:01

Xüsusi təyinatlı qatardan qaçan məhbuslardan biri Əli Ağamiyə qarşı istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb. Məlumata görə, ona qarşı daha bir maddə - Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) maddəsi ilə cinayət işi açılıb.

Baş Prokurorluq və DİN "Qoca" ləqəbli Etibar Məmmədovun zərərsizləşdirilməsi barədə məlumat yayıb

2 Noyabr 2017 12:58

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir: "2017-ci il oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçmış, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri ilə onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə məlumat daxil olub.

Ermənilərə cavab verən azərbaycanlı deputatın çıxışını kəsdilər

2 Noyabr 2017 12:55

Kiyevdə keçirilən Avronest Parlament Assambleyasının plenar sessiyasının son iclasında deputat Fərəc Quliyev Kiber hücumlar haqda müzakirələr zamanı ermənilərin böhtanlarına cavab verib.

İlham Əliyev Rusiya Federasiya Şurası sədrinin müavinini və Dağıstan Milli Yığıncağının sədrini qəbul edib

2 Noyabr 2017 12:53

Prezident İlham Əliyev noyabrın 2-də Rusiya Federasiyası Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Milli Yığıncağının sədri Xizri Şixsaidovu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehran görüşündə Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulanıb

2 Noyabr 2017 12:50

İran, Azərbaycan və Rusiya prezidentləri Həsən Ruhani,İlham Əliyev və Vladimir Putinin noyabrın 1-də Tehranda keçirilən üçtərəfli görüşündəBakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyətə başlaması da nəzərdə keçirilib. Məlumata görə, müzakirələrdə layihənin əhəmiyyəti vurğulanıb.

ETSN: Bir neçə avtomobil yolunda sürüşmələr aktivləşib, yeni sürüşmə sahələri yaranıb

2 Noyabr 2017 12:47

Oktyabrda respublikada ekzogen – geoloji proseslərin dinamikası üzərində müşahidələr davam etdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov atmosfer yağıntıları və texnogen amillərin təsirindən Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub.

"Qadınlara təcavüz bizim milli borcumuzdur"- Hüquqşunasın DƏHŞƏTLİ AÇIQLAMASI

2 Noyabr 2017 12:42

Misirli hüquqşünasın qalmaqallı açıqlaması dünya mediasında geniş müzakirə mövzusu olub. Yerli telekanallardan birində çıxış edən hüquqşünas Nəbi əl-Vaxş qadınlara qarşı təcavüzün misirlilərin adət-ənənəsindən irəli gələn "milli borc" olduğunu bildirib.