İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehran görüşündə Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti vurğulanıb
İran, Azərbaycan və Rusiya prezidentləri Həsən Ruhani,İlham Əliyev və Vladimir Putinin noyabrın 1-də Tehranda keçirilən üçtərəfli görüşündəBakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyətə başlaması da nəzərdə keçirilib. Məlumata görə, müzakirələrdə layihənin əhəmiyyəti vurğulanıb.
2 Noyabr 2017 12:50 Siyasətİran, Azərbaycan və Rusiya prezidentləri Həsən Ruhani,İlham Əliyev və Vladimir Putinin noyabrın 1-də Tehranda keçirilən üçtərəfli görüşündəBakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyətə başlaması da nəzərdə keçirilib. Məlumata görə, müzakirələrdə layihənin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, bu xətt digər xətlərə alternativ deyil, əksinə yeni imkanlar yaradır. Müzakirələrdə ölkələrin gələcəkdə BTQ də daxil olmaqla bütün marşrutlardan öz maraqları çərçivəsində səmərəli istifadəsi məsələsi də nəzərdə keçirilib və bəyənilib. Apa.az