Gündəm
""Metsamor" Ermənistana elektrik enerjisi üçün deyil, atom mənbəyi kimi lazımdır"
"Metsamor" Atom Elektrik Stansiyası (AES) Ermənistana elektrik enerjisi üçün deyil, yalnız strateji məqsəd, atom mənbəyi obyekti kimi lazımdır! Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.
Usama Bin Ladenin kompüterindən çıxanlar ŞOK ETDİ
Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) 2011-ci ildə öldürülən Əl-Qaidə terror təşkilatının başçısı Usama Bin Ladenin əməliyyat zamanı ələ keçirilən kompüterindəki sənədlərin siyahısını açıqlayıb. Bir vaxtlar ən çox axtarılan terrorçu olan Bin Ladenin kompüterindən 470 min sənəd aşkarlanıb. Həmin sənədlər arasında “Tom və Cerri” cizgi filminin bir çox seriyaları, mobil telefon üçün musiqilər, karikatura və edam videoları da yer alıb. CİA Pakistanın Abbottabad şəhərində gizləndiyi qərargahda öldürülən Bin Ladenin ölümündən bir gün əvvəl bəzi şeylər yazdığı şəxsi dəftərini də ortaya çıxarıb.
Avtoritet "Qoca"nın Lənkəran həbsxanasından VİDEOSU YAYILDI
Bakı-Astara-Bakı qatarından qaçan kriminal avtoritet Qoca ləqəbli Etibar Məmmədovun Lənkəran həbsxanasında olarkən çəkilmiş görüntüləri yayılıb.
Türkiyəyə satılacaq S-400-lərin qiyməti açıqlandı
S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması üzrə Türkiyə ilə müqavilənin məbləği 2 milyard dolları ötür. Bu haqda “Rosteks” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi artıq Rusiyaya ilkin ödənişi edib. Zenit-raket sistemlərinin çatdırılması iki il ərzində başlanacaq.
ABŞ-da yenə terror həyəcanı - 3 nəfər öldü
ABŞ-ın Kolorado ştatında ölkənin ən böyük supermarketlər zəncirinə məxsus mağazada atışma olub. Daily Mail nəşri atışma nəticəsində mağaza işçilərindən 3 nəfərin öldüyünü yazıb. Hadisə zamanı mağazada olan 2 sakin ağır xəsarət alıb.
Fədayə Laçının “Qoca” ilə növbəti VİDEOsu yayıldı
Müğənni Fədayə Laçının sevgilisi, "Qoca" ləqəbli Etibar Məmmədovla görüntüləri əks olunan növbəti videosu yayılıb. Həmin videogörüntünü təqdim edirik.
Kliçkoya korrupsiya ittihamı
Ukraynanın Milli Antikorrupsiyaya Agentliyi (MAA) Kiyev şəhərinin meri Vitali Kliçkonu korrupsiyada şübhəli bilir. Agentliyin diqqətini V.Kliçkonun Kiyevin əsas tikinti icraçıları olan şirkət nümayəndələri ilə özəl təyyarədə uçduğundan bəhs edən jurnalist araşdırması çəkib.
Avroliqada IV turun oyunları keçiriləcək
Bu gün futbol üzrə Avropa Liqasında IV turun oyunları keçiriləcək. 12 qrupda ümumilikdə 24 matç baş tutacaq.
Məşhur rejissor da təcavüzdə suçlanır - Daha bir qalmaqal
"Rush Hour" və "X Men" kinosaqalarının rejissoru, 49 yaşlı amerikalı Bret Retnerlə bağlı qalmaqal qopub. 6 aktrisa və model açıqlama yayaraq B.Retnerin onlara təcavüz etmək istədiyini deyiblər. Aktrisa və model Nataşa Hentsricin dediyinə görə, B.Retner onu oral seksə vadar etməyə cəhd göstərib: "Bu çirkin olay 1990-cı illərin əvvəllərində baş vermişdi. Onda mənim 19, Retnerinsə 20 yaşı vardı". Oliviya Mann isə deyib ki, "After the Sunset" filminin çəkilişi zamanı B.Ratner əxlaqsızlıq edib: "Onun qaldığı treylerə nahar aparmışdım. Qarşımda çox pis tərbiyəsizlik etdi".
Meksika sahillərində növbəti zəlzələ
Sakit Okeanın Meksika sahillərində növbəti yeraltı təkanlar qeydə alınıb. Zəlzələninin gücü Rixter şkalası üzrə 6 bal olub. Yeraltı təkanların episentri Salina Krus şəhərindən 182 km cənub-şərqdə yerləşir.
Fədayə Laçından “Qoca” ETİRAFI: "O gün istədim yanında qalım, özü buna icazə..." - VİDEO
“Space” telekanalında yayımlanan “Hər gün” xəbər proqramı müğənni Fədayə Laçınla bağlı süjet hazırlayıb. Məlumata görə, verilişdə sənətçinin 2015-ci ildə qonaq olduğu “Məhəbbət əhvalatları” proqramındakı görüntüləri yayımlanıb. Məlum olub ki, Fədayə bu gün öldürülən "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovla uzun illərdir sevgili imiş. O, sevgilisi haqqında bu etirafları edib: “Bilirsiniz, bizi nə ayırdı? Bizi dəmir barmaqlıqlar ayırdı.
Prezident İlham Əliyev Monteneqro xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumata yayıb.
9 noyabr kampaniyasına start verilib
"ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə #9noyabr həştəq kampaniyasına start verilib.
Atəşkəsin pozulması halları azalıb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 62 dəfə pozub.
"Azərbaycan və Türkiyə bütün sahələrdə vahid mövqedən çıxış edəcək"
“Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında həm hərbi texniki, həm siyasi, həm strateji maraqlarımıza cavab verən planlar cızılıb”. Bunu politoloq Fikrət Sadıqov deyib.














