Kliçkoya korrupsiya ittihamı

Ukraynanın Milli Antikorrupsiyaya Agentliyi (MAA) Kiyev şəhərinin meri Vitali Kliçkonu korrupsiyada şübhəli bilir. Agentliyin diqqətini V.Kliçkonun Kiyevin əsas tikinti icraçıları olan şirkət nümayəndələri ilə özəl təyyarədə uçduğundan bəhs edən jurnalist araşdırması çəkib.

Agentlik, həmçinin V.Kliçkonun rəsmilərin hədiyyələr almaqla bağlı qadağanı poza biləcəyini hesab edir. Bu maddəyə görə maksimum cəza tədbiri kimi cərimə nəzərdə tutulur. KİV MAA-nın hazırda faktiki sübutlar topladığını və bunun nəticəsində inzibati xətanın olub-olmadığına qərar veriləcəyini yazıb. Kiyev meri noyabrın 2-də dindiriləcək.  Bu barədə report RBK-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31