Məşhur rejissor da təcavüzdə suçlanır - Daha bir qalmaqal

"Rush Hour" və "X Men" kinosaqalarının rejissoru, 49 yaşlı amerikalı Bret Retnerlə bağlı qalmaqal qopub. 6 aktrisa və model açıqlama yayaraq B.Retnerin onlara təcavüz etmək istədiyini deyiblər. Aktrisa və model Nataşa Hentsricin dediyinə görə, B.Retner onu oral seksə vadar etməyə cəhd göstərib: "Bu çirkin olay 1990-cı illərin əvvəllərində baş vermişdi. Onda mənim 19, Retnerinsə 20 yaşı vardı". Oliviya Mann isə deyib ki, "After the Sunset" filminin çəkilişi zamanı B.Ratner əxlaqsızlıq edib: "Onun qaldığı treylerə nahar aparmışdım. Qarşımda çox pis tərbiyəsizlik etdi".

Aktrisalar Ceymi Rey Nyuman, Ketrin Taun və Jorina Kinq, habelə model Eri Sasaki rejissorun onlara nalayiq sözlərlə sataşdığını, cinsi əlaqəyə vadar etməyə çalıqşdığını söyləyiblər. B.Retnerin vəkili Martin Sinqer ittihamları rədd edib: "Artıq 20 ildir ki, cənab Retneri təmsil edirəm. İndiyədək heç bir qadın təcavüzlə və ya əxlaqsız davranışla bağlı ona qarşı iddialarını səsləndirməyib". "Warner Bros." kinokorporasiyası baş vermiş qalmaqala görə B.Retnerin "RatPac Entertainment" studiyası ilə imzaladığı 450 milyon dollarlıq anlaşmanı ləğv edib. B.Retner hazırda "Playboy" jurnalının mərhum sahibi Hyu Höfnerin həyatından bəhs edən biopikin çəkilişlərinə hazırlaşır. Filmdə baş rolda Cared Letonun oynaması nəzərdə tutulub. Bret Ratnerin assistentləri olan 5 qadın da ittihamların yalan olduqlarını söyləyiblər. Rejissorun özü isə ittihamla çıxış edən qadınları böhtanda suçlayaraq onları məhkəməyə verəcəyini deyib. Milli.az Los Angeles Times-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31