Gündəm
Bremendə supermarketdə atəş açan şəxs polisə təslim olub
Almaniyanın Bremen şəhərində supermarketdə insanlara atəş açan şəxs polisə təslim olub. 30 yaşlı şəxs vəkili ilə birgə polis məntəqəsinə gəlib və təslim olub.
Moskvada yanğın: 6 ölü
Moskvada baş verən yanğın nəticəsində 6 nəfər ölüb. Yanğın Moskvanın şimalında, dəmiryol xətti yaxınlığında yerləşən müvəqqəti tikilidə qeydə alınıb.
Çin naviqasiya sistemi üçün orbitə iki peyk buraxıb
Çin orbitə naviqasiya sistemi üçün daşıyıcı-raket “Çançjen-3B” ilə 2 “Beidou-3” peyki çıxarıb. Hər iki peyk uğurla orbitə çıxıb. “Beidou-3” peyki orbitə ilk dəfə çıxarılıb.
Bu gün milli televiziya və radio günüdür
Bu gün Azərbaycan televiziyasının 61 və radiosunun 91 yaşı tamam olur. 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və o gündən sözügedən tarix radio işçilərinin peşə bayramı kimi keçirilir. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.
Tanınmış futbolçu azadlığa çıxdı
Azərbaycanın ən titullu futbolçularından olan Faiq Cabbarov bu gün azadlığa buraxılıb. "Kəpəz" və "Şəmkir"lə dəfələrlə ölkə çempionu olan sabiq futbolçu 100 gün idi ki, həbsdə yatırdı. O, bu gün cəza müddətini başa vuraraq yenidən azadlığa çıxıb.
"Asqırmaq" deyib keçməyin - Sizi öldürə də bilər
Günlük həyatımızda baş verən asqırmaq beyin qanamasına, hətta ölümə qədər apara bilər. Burnumuzdakı sinirlərin qıcıqlanması nəticəsində bizdən asılı olmadan gerçəkləşən asqırmaq sağlamlığımız üçün olduqca çox əhəmiyyətli refleksdir. Bu qıcıqlanma bəzən günəşə baxarkən, bəzən də burnun içi qaşınarkən də mümkündür.
ABŞ əhalisinin 65 faizdən çoxu Trampa etibar etmir
ABŞ əhalisinin 65 faizdən çoxu prezident Donald Trampın etimad qazanmadığını hesab edir. Məlumata əsasən, bu The Washington Post və ABC telekanalının keçirdiyi sorğu nəticəsində müəyyən edilib.
Messi "Barselona"da yubiley matçına çıxıb
"Barselona"nın hücumçusu Lionel Messi klubda yubiley matçına çıxıb. Primeranın 11-ci turunda "Sevilya" ilə oyun (2:1) argentinalı ulduzun "göy qırmızılar"da 600-cü oyunu olub. Messi bu baxımdan Xavi (767) və Andres İniestadan (643) geri qalır.
Bethovenin kədərli EŞQ MƏKTUBLARI
Motsartın və Haydın tələbəsi olan Bethoven tarixin ən yaddaqalan və sevilən bəstəkarları arasında yer alır. Adı XIX yüzilliyə hakim olmuş Lüdviq Van Bethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnək olmuşdur. Onun haqqındakı araşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssas və əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar bir azadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassik ənənəni ifadə edir.
Böyük sənətkarın ölüm səbəbi 168 il sonra bilindi
Alimlər dünya şöhrətli polyak bəstəkar Frederik Şopenin 168 ildir konyak dolu şüşə balonun içində saxlanılan ürəyini araşdırıblar. Elm adamları bəstəkarın nadir rast gəlinən bir vərəm növündən öldüyünü açıqlayıblar.
"Qab yuyarkən mütləq əlcək taxın, yoxsa..." - XƏBƏRDARLIQ
Kimyəvi maddələr həyatımıza elə daxil olub ki, onlarsız yaşamımızı təsəvvür edə bilmirik. Şəxsi gigiyenada, ev, paltar, qab təmizliyində də mütləq bu vasitələrə müraciət edirik. Amma bu kimyəvi məhsulların həyatımızı zəhər etdiyini, orqanizmimizi, suyu, torpağı, təbii yerləri, havanı yavaş-yavaş çirkləndirdiyini bilirsinizmi? Həmçinin, bu vasitələr xərçəngə, dəri xəstəliklərinə, ağız, mədə, boğaz iltihabına səbəb olur, sinir sisteminə inanılmaz zərər vurur. Mütəxəssislər xəbərdarlıq edir ki, paltar yuyan vasitələr dəriyə təmas etdikdə onun yağını alır, qurumasına və çatlamasına, həssas şəxslərdə dermatitlərin yaranmasına səbəb olur. Paltarlardan və qablardan yuyucu vasitələri təmizləmək üçün bol miqdarda su ilə durulamaq lazımdır.
Tanınmış aktyor məktub yazıb intihar etdi
34 yaşlı serial qəhrəmanı intihar edib. “The Veronica Mars” serialı və “Malcolm in the Middle” komediya verilişi ilə şöhrət qazanan amerikalı aktyor Brad Bufanda özünü öldürüb. Los Anceles küçələrində gəzən kimsəsiz şəxs onun cəsədini tapıb.
Puçdemon saxlanıldı
1 saylı internat məktəbində yanğın
Bu gün Bakı şəhərinin Sabunçu rayonunda 1 saylı internat məktəbin tikilməkdə olan korpusunda otağın yanar konstruksiyaları 24 m² sahədə və içərisində olan yataq dəsti yanıb.
SON DƏQİQƏ! Paytaxtda 200- dən çox insan həbs edildi
Moskvanın mərkəzində 200-dən çox insan həbs edilib. Həbslər həmçinin Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində də baş verib. Məlumata görə, təkcə Moskvanın Manej Meydanında aksiya keçirtməyə cəhd edən 40 nəfər polis tərəfindən saxlanılıb.














