Gündəm

Tramp Qüdslə bağlı qərarını açıqlayacaq

1 Dekabr 2017 11:55

ABŞ prezidenti Donald Tramp bir neçə gün ərzində Qüdsü İsrail paytaxtı elan edəcək.  Bu haqda İsrail mediası yazıb. Bəzi ərəb liderlərinin Vaşinqtona səfərləri “Qüds bazarlığı” kimi şərh edilir. Son olaraq İordaniya kralı Abdullah və Bəhreynin vəliəhd şahzadəsi Salman ibn Hamed Əl-Xəlifə ABŞ-a gedib.

Çavuşoğlu: "Bu, təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir"

1 Dekabr 2017 11:52

"Effektiv regional əməkdaşlıq Əfqanıstanın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm şərtdir. Biz etimadın bərpası üçün tədbirlərin kifayət qədər olmadığını hesab edirik. Terrorizm, narkotiklər və ekstremizm hamımız üçün təhlükə olduğundan ümumi maraqlardan çıxış etməliyik. Bu, bizdən daha çox səy göstərməyi tələb edir. Regionun bütün ölkələri dayanıqlı dialoqda iştirak etməlidir".

Nail Allahverdiyevin məhkəməsinə jurnalistlər buraxılmadı

1 Dekabr 2017 11:51

Bakının Heydər Əliyev prospektində “Galendevagen” markalı avtomobillə dəhşətli yol qəzası törətməkdə təqsirli bilinən Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Bakıda əl işlərindən ibarət sərgi keçiriləcək

1 Dekabr 2017 11:49

7 dekabr 2017-ci il tarixində saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi keçiriləcək.

Anar Nağılbazın halı pisləşdi - Xəstəxanaya yerləşdirilib

1 Dekabr 2017 11:47

Reper Anar Nağılbazın səhhətində ciddi problem yaşanır. Bu barədə "Lider" telekanalında yayımlanan "7 Gün” verilişində aparıcıKönül Muxtarova məlumat verib. O bildirib ki, reper səhhətində problem olduğu üçün canlı yayıma gələ bilməyib.

Azərbaycanın 7 satanisti - 2-si qadın, 5-i kişi...

1 Dekabr 2017 11:45

Bir neçə il bundan əvvəl Azərbaycanda missioner təşkilatlarının gücləndiyi ilə bağlı həyəcan təbili çalınırdı. Bununla paralel olaraq qeyri-ənənəvi inancların da hökm sürdüyü bəlli idi. Bunlardan biri də satanistlər idi ki, onların Azərbaycanda aktivlik göstərdikləri söylənilirdi.

Millət vəkili seçiciləri ilə görüşüb

1 Dekabr 2017 11:44

99 saylı Şəmkir kənd Seçki Dairəsindən millət vəkili Sona Əliyeva Şəmkir Heydər Əliyev Mərkəzində seçiciləri qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, millət vəkili seçicilərinin müraciətlərini dinləyib, onları narahat edən problemlərlə maraqlanıb.

“Kardeşim benim 2” filminin qalasına dəvət olunmayan Kamran Ağabalayev AÇIQLAMA VERDİ

1 Dekabr 2017 11:44

Ötən gün Bakıda “Kardeşim benim 2” filminin təqdimatı olub. Təqdimata filmin baş rol ifaçılarından yalnız Burak Özçivit qatılıb. Onunla birgə kinonun iki xanım ulduzu da qala gecəsində iştirak edib. Filmdə rol alan azərbaycanlı aktyor Kamran Ağabalayevin qala gecədə iştirak etməməsi hərr kəsi təəccübləndirib. Park Cinema –dan K. Ağabalayev qala gecəsinə dəvət olunduğunu, filmin heyəti ilə birgə əyləşəcəyini nəzərdə tutduqlarını və aktyora dəvətnamə göndərdiklərini bildiriblər. Olaylar.az – a açıqlama verən aktyor Kamran Ağabaley  çağırılmamış qonaq olmağı sevmədiyini bildirib.

İstanbulda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçirilib

1 Dekabr 2017 11:40

Noyabrın 30-da İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirak etdiyi görüşdə ölkəmizi İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, iclasda Türk Şurasına üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması məsələləri müzakirə olunub.

Məşhur aktyor paylaşdığı statusda Rza Zərrabı hədəf aldı

1 Dekabr 2017 11:39

Məşhur türkiyəli aktyor Bülənt Əmrah Parlakın ötən gecə twitter hesabından paylaşdığı status bəyənmə rekodu qırır. Olaylar.az bildirir ki, məşhur aktyor rüşvətlə bağlı paylaşdığı statusda həbsdə olan İran vətəndaşı, Azərbaycan əsili Rza Zərrabı hədəf alıb. Olaylar.az həmin statusu təqdim edir:

Şahin Mustafayev Nihat Zeybekçi ilə görüşüb

1 Dekabr 2017 11:38

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Güclü külək 14 nəfərin həyatına son qoydu - FOTO/VİDEO

1 Dekabr 2017 11:36

Hindistanın Tamil Nadu və Kerala əyalətlərinin cənub sahillərində başlayan güclü külək 14 nəfərin ölümü ilə nəticələnib.  "Ockhi" siklonun səbəb olduğu şiddətli külək Tamil Nadu və Kerala əyalətində də 8 nəfərin həyatına son qoyub. Rəsmi məlumata görə, ölənlərin sayının daha da artacağı bildirilir. Əyalətin ətraf bölgələrində külək nəticəsində ağaclar aşıb, yüzlərlə yaşayış evinə ziyan dəyib. Yol kənarında aşan ağac daha 6 nəfərin ölümünə səbəb olub. Bir çox bölgədə rabitə şəbəkələrində fasilələr yaşanıb.

100 milyon insanın həyatı təhlükədə

1 Dekabr 2017 11:34

İndoneziyada 100 milyona yaxın insanın həyatı risk altındadır. Yağışlar səbəbindən 60 milyon insan sel, 40 milyin insan isə uçqun təhlükəsi ilə üz-üzədir. Artıq riskli bölgələr üçün müəyyən hazırlıq işləri görülüb. Ölkədə yağışlı hava şəraitinin 3 ay davam edəcəyi nəzərə alınaraq yerli qurumlara fövqəladə vəziyyətlər üçün xəbərdarlıq edilib. Ölkə miqyasında təkcə noyabr ayı ərzində 545 uçqun və 689 torpaq sürüşməsi qeydə alınıb. Cava adasında Cempaka qasırğasından sonra baş verən torpaq sürüşməsi nəticəsində 27 nəfərin öldüyü bildirilir. Ümumilikdə isə qasırğa 4 min insanın həyatına təsir edib. Onların problemlərinin aradan qaldırılması üçün işlərə başlanılıb.

“Ayə, harıya gessən”nin ifaçısı ilə bağlı İLGİNC FAKTLAR - Özü AÇIQLAYIR - VİDEO

1 Dekabr 2017 11:31

"Ayə, harıya gessən, ayə" ifası ilə son günlər gündəmi zəbt edən musiqiçi Vüsal Rzasoy "Çölçünü tanı" layihəsinin qonağı olub.

Ermənistan Gürcüstana təzyiqin yeni mərhələsinə start verdi

1 Dekabr 2017 11:24

Yerevanda “Xristian və digər dini qruplara qarşı nifrət əsasında cinayətlərin qarşısının alınması və əleyhinə tədbirlərin hazırlanması: ATƏT və onun hüdudlarından kənarda olan perspektivləri” mövzusunda forumda E.Nalbandyan məruzəsini bir neçə tezis üzərində qurmuşdu: