Gündəm
83 yaşlı imperator taxtdan imtina edir
Yaponiyanın 83 yaşlı imperatoru Akihito 2019 – cu il aprelin 30 – da taxtı buraxacağını açıqlayaıb. Olaylar.az bildirir ki, Akihiti ölkə tarixində 200 ildən sonra taxtdan könüllü imtina edən ilk imperator olacaq. 1817 – ci ildə Yaponiya imperator Koukaku ilk dəfə olaraq öz taxtından imtina etmişdi.
Hakim partiyanın gəncləri turnirə qatılacaq
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri dekabrda Milli Debat Proqramı çərçivəsində debat biliklərinə yiyələnəcək, bacarıqlarını inkişaf etdirib, turnirlərdə iştirak edəcəklər. “OLAYLAR”-ın xəıbərinə görə, YAP-ın 25 illiyinə həsr olunmuş tədbirlər sırasında yer alan debat turnirləri Gənclər Birliyi və DVC-nin təşkilatçılığı ilə keçiriləcək.
Türkiyəli general Azərbaycanın HHQ-nin aviabazalarını ziyarət edib
“OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sevgilisi 17 yaşlı qızı kirayələdiyi mənzilə aparıb öldürdü - VİDEO
İstanbulda 17 yaşlı Aleyna Can dünən axşam saatlarında günlük kirayələnən evdə silahla öldürülmüş halda tapılıb. Gənc qızın olay yerinə gələn anası: ''Nə olar, qızımın qatilini tapın" deyərək fəryad edib.
Azyaşlı idmançılara dərman verib təcavüz etdilər - DƏHŞƏT
Polşa Velosiped Federasiyası təcavüz qalmaqalı ilə çalxalanır. Maliyyə sənədlərində fırıldaqçılıq fakları aşkarlanın federasiyanın bəzi vəzifəli şəxslərinin aralarında yetkinlik yaşına çatmayanların da olduğu bəzi idmançılara dərman verərək təcavüz etdiyi üzə çıxıb.
Vidadi Zeynalovun ailə üzvlərinin kassasiya şikayəti icraata götürüldü
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvlərinin mülklərlə bağlı verdiyi kassasiya şikayət icraata götürülüb. İş Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin icraatına verilib. Məhkəmənin ilkin baxış tarixi isə hələlik məlum deyil.
KTMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul etdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarus paytaxtı Minskdə keçirilən iclasının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib.Təşkilat üzvləri münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək ifadə ediblər. Məlumata görə, KTMT-yə üzv dövlətlər bir daha Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin məlum 3 prinsip əsasında həllinin vacibliyi vurğulanıb: "Bunlar xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq edilməməsi, zorakılıqdan yayınmaq və ərazi bütövlüyüdür".
Stüardessanın bir iş günü - VİDEO
Səhər saat 8. Londondakı "Hitrou" beynəlxalq hava limanının 3-cü terminalı. "Virgin Atlantic" aviaşirkətinin stüardessası, 25 yaşlı Emma Eşli qapılardan içəri daxil olur. Onun iş günü başlanır.
Ebru Gündeş: “ Rza Türkiyəyə zərər verə bilər”
Məşhur türkiyəli müğənni Ebru Gündeşin həbsdə olan həyat yoldaşı, İran vətəndaşı, Azərbaycan əsilli Rza Zərrab haqqında verdiyi açıqlama hər kəsin təəccübünə səbəb olub. Olaylar.az bildirir ki, müğənni Rza Zərrab barədə narahatlığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafına həyat yoldaşının hazırda Amerikada davam edən məhkəmə prosesində Türkiyəyə zərər verə biləcəiyini bildirib.
Uşaq bağçasında yanğın - Körpələr təxliyə edildi
Rusiyanın Çelyabinsk şəhərində uşaq bağçasında yanğın baş verib. Məlumata görə, yanğın bağçanın zirzəmisində başlayıb. Hadisə ilə əlaqədar uşaqlar və bağçanın əməkdaşları təxliyə olunub.
Məhkəmə Gözəl Bayramlının vəsatətlərini təmin etmədi
AXCP sədrinin müavini Gözəl Bayramlı barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Qazax rayon Məhkəməsində hakim Ağarza Səmədovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının anket məlumatları dəqiqləşdirilib. Daha sonra Gözəl Bayramlının vəkili Elçin Sadıqov bir neçə vəsatətlə çıxış edib. Vəkil müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsini və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.
Burakın kişi fanatları izdiham yaratdı - FOTOLAR
Bakıda “Kardeşim benim 2” adlı filmin təqdimat mərasimində türkiyəli aktyor Burak Özçivitin kişi fanatları xanımları geridə qoydu.
"Aprel qəhramanlarının xatirəsinə həsr edilmiş intellektual yarış” keçirilib
“İpək Yolu Qloballaşmaya Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aprel qəhramanlarının xatirəsinə həsr edilmiş intellektual yarış” adlı layihə həyata keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, layihənin əsas məqsədi gənclərə aprel döyüşləri haqqında həqiqətlərin çatdırılması, aprel döyüşlərinin qəhrəmanlarının cəmiyyətdə tanıdılması, aprel döyüşçülərinin şücaətinin gənclər arasında təbliği və s. kimi istiqamətləri əhatə edən intellektual yarışlar vasitəsi ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.
Eksternat imtahanlarına qeydiyyat başlayıb
Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbuluna dekabrın 1-dən start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, qeydiyyat və sənəd qəbulu dekabrın 20-nə kimi (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar iştirak edə bilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Eksternat imtahanlarına 16 yaşı tamam olmuş şəxslər qatıla bilərlər.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı konfrans keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.














