“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı konfrans keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar "BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. "Olaylar" xəbər verir konfransda çıxış edən S.Müslümov ölkəmizdə əlilliyin qarşısının alınmasının, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyasının, onların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsi olduğunu vurğulayıb. Nazir bildirib ki, 2008-ci ilin oktyabr ayında BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasına və onun Fakültativ Protokoluna qoşulan Azərbaycanda müvafiq sahədə qanunvericiliyin və praktiki icra mexanizmlərinin həmin sənədə uyğunlaşdırılması üçün mühüm işlər görülüb: "Təsadüfi deyil ki, Konvensiyanın icrasına dair 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökuməti tərəfindən təqdim edilən ilk məruzə müsbət dəyərləndirilib". S.Müslümov qeyd edib ki, Konvensiyada müəyyən edilən öhdəliklərin səmərəli icrası məqsədilə aidiyyəti dövlət qurumları və QHT-lərin təmsil olunduğu İşçi Qrup fəaliyyət göstərir. Bu Qrupun əsas vəzifəsi əlillərin hüquqlarının müdafiəsi üzrə plan və strategiyaları əlaqələndirmək və icrasını təmin etməkdir. Konvensiyanın nəzərdə tutulan müstəqil monitorinq mexanizmi funksiyaları isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31