Eksternat imtahanlarına qeydiyyat başlayıb

Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbuluna dekabrın 1-dən start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, qeydiyyat və sənəd qəbulu dekabrın 20-nə kimi (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar iştirak edə bilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Eksternat imtahanlarına 16 yaşı tamam olmuş şəxslər qatıla bilərlər.

Eksternat imtahanlarına qeydiyyat və sənəd qəbuluna dekabrın 1-dən start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, qeydiyyat və sənəd qəbulu dekabrın 20-nə kimi (yalnız iş günləri saat 14:00-dan 17:30-dək) Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq. İmtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar iştirak edə bilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Eksternat imtahanlarına 16 yaşı tamam olmuş şəxslər qatıla bilərlər.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər  21-22 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31