Uşaq bağçasında yanğın - Körpələr təxliyə edildi
Rusiyanın Çelyabinsk şəhərində uşaq bağçasında yanğın baş verib. Məlumata görə, yanğın bağçanın zirzəmisində başlayıb. Hadisə ilə əlaqədar uşaqlar və bağçanın əməkdaşları təxliyə olunub.
1 Dekabr 2017 12:06 DünyaRusiyanın Çelyabinsk şəhərində uşaq bağçasında yanğın baş verib. Məlumata görə, yanğın bağçanın zirzəmisində başlayıb. Hadisə ilə əlaqədar uşaqlar və bağçanın əməkdaşları təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb. Ümumilikdə 100 nəfərin təxliyə olunduğu barədə məlumat verilib. Yanğının qarşısının alınması üçün 40-dan çox yanğınsöndürən cəlb edilib. Yanğının səbəbləri hələ məlum deyil, araşdırma başlayıb. Olaylar.az Trend-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31